Tibb dünyasını təəccübləndirən xəstəliklər Ginnesin Rekordlar Kitabında düşüblər


Digərləri 13 Yan 2024 11:03:00 172 0

Tibb dünyasını təəccübləndirən xəstəliklər  Ginnesin Rekordlar Kitabında düşüblər

Tibb dünyası bir çox maraqlı xəstəliklərin şahidi olur. Bu xəstəliklər arasında müalicəsi olanlar da var, olmayanları da... Amma bəzi xəstəliklər maraqlı olduğu qədər də qorxulu görünə bilər. Bu xəstəliklərin bəziləri hətta Ginnesin Rekordlar Kitabına düşüb.

Son.az sfera.az-a istinadən bu xəstəliklərdən bəzilərini təqdim edir.

1. Şilo Pepin bədbəxt xəstələrdən biridir. Onda "su pərisi sindromu" da adlandırılan xəstəlik var.

Balaca qızcığaz hər iki ayağı bir-birinə yapışmış halda dünyaya gəlib. Həkimin rəyinə görə, qızın yalnız bir böyrəyi işləyirdi. Bundan əlavə, hər iki ayağın tamamilə əridiyi bildirilir.

O, doğulanda sidik kisəsi, uşaqlıq yolu, düz bağırsağı və vaginası olmayıb.

Şilo 2009-cu ildə, 10 yaşında ağır ağciyər iltihabından vəfat edib. 2. Katie (Keti) Renfroe də bu xəstələrdən biridir. Kiçik qızın xəstəliyinin adı bilinmir!

Həkimlər, Ketinin birbaşa beyinə təsir edən inkişaf pozğunluğu olan "megalencepahly" ola biləcəyini müəyyən ediblər. Həkimlər yalnız xarici görünüşə əsaslanaraq belə bir nəticəyə gəlsələr də, balaca qızın göstərdiyi digər əlamətlər heç bir başqa xəstəliyə uyğun gəlməyib.

Ketinin anası: "Doğulduğundan qızım beyin əməliyyatı keçirib, badamcıqları çıxarılıb, qulağı, dili və yanaqları kiçilib. Başından hətta kist də çıxarılıb. Onu sonsuza qədər xoşbəxt edəcəyimizə inanırıq. Kati də bizi xoşbəxt edir". 3. Culiana Vetmor "Treacher-Collins" sindromu ilə doğulub. "Üzsüz doğulmuş qız" olaraq da adlandırılan Culiana anadangəlmə kar olub və üzündə bəzi sümüklər yoxdur.

Anası ilk dəfə dünyaya gələndə uzun müddət "qızım haradadır"-ağladığını deyir. "O, son dərəcə maraqlı və istedadlı bir şəxsiyyətə malikdir. Rəsm çəkməyi və özünü ifadə etməyi sevir".

Culiananın üzündə 45 əməliyyat keçirils də, bədəni və beyni həmişə sağlam olub. 4. Virsaviya Borun-Qonçarova adlı qızın xəstəliyi ağılları qarışdırır. 11 yaşlı qızın ürəyi sinəsinin xaricindədir.

Qızcığaz hələ doğuşdan əvvəl qabırğa və qarın əzələlərinin düzgün formalaşmamasına səbəb olan nadir xəstəliklə doğulub. Bu vəziyyət balaca qızcığazda heç bir ağrı və əzab hiss etdirməsə də, ürəyi bədəninin içində deyil. "Bu, həqiqətən bir möcüzədir. Mən onu olduğu kimi sevirəm. O, bənzərsiz bir qızdır" - deyir anası.

Həkimlərin gələcəklə bağlı ümid verməməsinə baxmayaraq, o, sağ qalıb və indi yeniyetmədir.

5. Alyssa (Alissa) Pursleyin xəstəliyi isə həqiqətən qan dondurur. Onun təri, sidiyi və nəfəsi balıq qoxuyur.

Trimetilanuriya adlı genetik xəstəlik bədəndə kəskin qoxuya səbəb olan trimetilamin kimyəvi maddəsini parçalaya bilmir. Buna görə də Alissanın bədənində kəskin balıq qoxusu yaranır.

"Məni tanımayan uşaqların çoxu mənə balıq bazarı deyir. Nə vaxt məşq və ya hərəkət etsəm, dərhal qoxu hiss edilir". 6. Cozef Merrik. O, anomaliyasına görə "fil adam" ləqəbini alıb.

Merrikin eybəcərlikləri uşaqlıqda görünməyə başladı. Əvvəlcə dodağında şiş üzünə yayılmış, daha sonra alnındakı sümüklü şişlə sağ qolu və ayaqları anormal dərəcədə böyümüş, dərisi kobud, çuxurlu bir quruluş almağa başlamışdı. Digər tərəfdən, sol qolu kimi digər üzvləri də normal inkişafını davam etdirirdi. Həkimlər illərdir bu xəstəliyə diaqnoz qoymağa çalışıblar.

1909-cu ildə dermatoloq Frederik Parkes Merrikin xəstəliyini "Von Recklinghausen" və ya neyrofibromatoz tip 1 (NF-1), şişlər və piqmentasiya ləkələri əmələ gətirən genetik mənşəli bir xəstəlik kimi təsvir etdi. Lakin bu xəstəlik Merrikin dərisində mövcud deyildi. Bütün iyirminci əsr boyu Fil Adamın "Maffukki sindromu" və "McCune-Olbrayt" sindromundan əziyyət çəkdiyi də irəli sürülüb, lakin hər iki halda əsaslı dəlil olmayıb. 7. Liang Xiuzhen həqiqətən dəhşətli xəstəliklə üzləşib. 87 yaşlı qadın iki ildir ki, başında böyüyən buynuz şikayəti ilə həkimə müraciət edib.

Çindəki həkimlər bu vəziyyətin olduqca nadir olduğunu bildirirlər. Əvvəlcə 1 sm uzunluğunda olan bu "buynuz" sonradan 13 sm-ə qədər böyüyüb.

Xiuzhenin dediyinə görə ağrıların təsirindən gecələr yata bilmir. 8. Nadia Lauricella qolsuz, əyri onurğası və yalnız qismən inkişaf etmiş alt ətrafları olmadan sağ qalmağa çalışır.

28 yaşlı Nadia Laurisella nadir rast gəlinən Fokomeliya xəstəliyi ilə doğulub. Bu xəstəlikdə körpə qısa ayaq və ya tamamilə ayaqsız doğulur. Nadia da qolsuz və ayaqları qüsurlu doğulub.

"Ən çətin günlərim yeniyetməlik illərim olub. Çox əziyyət çəkirdim. İndi normal həyata qayıtdığım üçün çox xoşbəxtəm".

Məktəbdə onu heç kimin aşağılamadığını deyən Nadia yad adamlardan maraqlı baxışlar aldığını da vurğulayır. 9. Meqan Hop Brayn. Ana bətnində olarkən onda çox nadir rast gəlinən xəstəlik müşahidə edilib. Balaca körpə doğulanda damaq yarığı olub və ona hidrosefali diaqnozu qoyulub.

O, bütün dünyada fetusun beyninin böyüməsinə və bölünməsinə mane olan holoprosensefaliya (HPE) xəstəliyi olan yalnız on yeddi uşaqdan biri olub.

"Skan nəticələri heç də ürəkaçan olmadı. Bizə ümid vermədilər". 10. Codi Robsonun xəstəliyi həqiqətən qorxuncdur! Codi ilk övladını dünyaya gətirdikdən sonra "Yatan Gözəl Sindromu"na tutulub. O, uşağını demək olar ki, əlaqə qura bilməyib.

Bəzən günlərlə, bəzən həftələrlə yatdığını bildirən Codi tualetə getməyə və ya yemək yeməyə çalışarkən yuxuda gəzdiyini də deyir.

"Gözlərimi yumuram və oyananda iki-üç həftə vaxt keçmiş olur. Hətta bayramlar və qardaşımın on səkkizinci ad günü üçün darıxıram. Bu, həqiqətən də kədərlidir, çünki doğduğum anı belə xatırlaya bilmirəm".

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Müdafiə sənayesi nazirinin yeni müavini kimdir?  DOSYE like
  • 13 Yan 10:57  
Digərləri Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? DOSYE

Azərbaycanın müdafiə sənayesi nazirinə müavin təyin edilib.

arrow Ətraflı
Neftimiz ucuzlaşdı like
  • 13 Yan 10:55  
Digərləri Neftimiz ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli

arrow Ətraflı
Hər kəsdən gizlətdiyi oğlu üzə çıxdı  Studiyadakılar ŞOK OLDU  VİDEO like
  • 13 Yan 10:50  
Şou-biznes Hər kəsdən gizlətdiyi oğlu üzə çıxdı Studiyadakılar ŞOK OLDU VİDEO

Müğənni Dəniz ATV-də yayımlanan "Rəngarəng" verilişinin qona�

arrow Ətraflı
Müdafiə sənayesi nazirinə müavin təyin olundu like
  • 13 Yan 10:47  
Digərləri Müdafiə sənayesi nazirinə müavin təyin olundu

Müdafiə sənayesi nazirinə yeni müavini təyin olunub.

arrow Ətraflı
DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ like
  • 13 Yan 10:46  
Digərləri DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hazırda ölkə ərazisində küləkl

arrow Ətraflı
Azərbaycan Gürcüstana 16 ceyran bağışlayıb? like
  • 13 Yan 10:43  
Digərləri Azərbaycan Gürcüstana 16 ceyran bağışlayıb?

Azərbaycan Gürcüstana 16 ceyran hədiyyə edib.

arrow Ətraflı
Oğlunu illərlə kasıb mühitdə böyüdən atanın milyonçu olduğu ortaya çıxdı like
  • 13 Yan 10:28  
Dünya Oğlunu illərlə kasıb mühitdə böyüdən atanın milyonçu olduğu ortaya çıxdı

Milyonçu ata 20 il ərzində özünü kasıb kimi göstərib və oğluna əslin

arrow Ətraflı
Zelenski və Baydeni tənqid edən bloqer həbsxanada öldü like
  • 13 Yan 07:29  
Dünya Zelenski və Baydeni tənqid edən bloqer həbsxanada öldü

Ukrayna Prezidenti Volodimir Zelenskini dəfələrlə tənqid edən amerikalı b

arrow Ətraflı
Ermənistanda şəhər meri qəbula gələn vətəndaşı bıçaqladı like
  • 13 Yan 07:27  
Dünya Ermənistanda şəhər meri qəbula gələn vətəndaşı bıçaqladı

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" Partiyasının üzvü,

arrow Ətraflı
Putinin qızı ilk dəfə müsahibə verdi like
  • 13 Yan 07:22  
Dünya Putinin qızı ilk dəfə müsahibə verdi

Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə j

arrow Ətraflı
Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verdi like
  • 13 Yan 07:17  
Digərləri Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
Abşeronda üç avtomobil toqquşub, xəsarət alanlar var like
  • 13 Yan 07:13  
Digərləri Abşeronda üç avtomobil toqquşub, xəsarət alanlar var

Abşeron rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol

arrow Ətraflı
Ermənistanda bu fəxri adlar ləğv olunacaq like
  • 13 Yan 06:44  
Digərləri Ermənistanda bu fəxri adlar ləğv olunacaq

Ermənistanda bir sıra fəxri adlar ləğv olunacaq.

arrow Ətraflı
Məşhur aktrisadən diqqətçəkən like
  • 13 Yan 06:39  
Şou-biznes Məşhur aktrisadən diqqətçəkən

Türkiyənin məşhur aktrisası Melis Sezen diqqət çəkən fotosessiyası il�

arrow Ətraflı
İsrail Qəzzaya dərman göndərəcək like
  • 13 Yan 06:19  
Dünya İsrail Qəzzaya dərman göndərəcək

İsrail hakimiyyəti Qətərin vasitəçiliyi ilə Qəzza zolağında HƏMAS-ın

arrow Ətraflı