Aİ səviyyəsində məkrli plan Fransa Ermənistanı


Dünya 12 Yan 2024 18:06:00 157 0

Aİ səviyyəsində məkrli plan  Fransa Ermənistanı

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesinin yaranmasına mane olan ölkələr arasında Fransanın rolunu xüsusi qabardıb. Dövlət başçısı bu ölkəni İrəvanı silahlandırmaqla yanaşı, revanşizmə sürükləməkdə, növbəti müharibəyə hazırlamaqda ittiham edib.

Cənubi Qafqazda sülh prosesinə əngəl törətmək işində Fransa tək deyil, sülh prosesinə mane olan qüvvələr arasında Avropa İttifaqı (Aİ) da xüsusi fəallığı ilə seçilir. 44 günlük Qarabağ müharibəsindən sonra vasitəçilik Azərbaycanın Qarabağda öz suverenliyini bərpa etməsi ilə dəyişdi. Təşkilat birtərəfli qaydada əsasən Ermənistanı müdafiə edir, hətta onu silahlandırmağa da cəhd göstərir. Bu ölkədəki mülki missiyasının sayını da artırıb. Belə ki, missiyanın tərkibinin 138 nəfərdən 209 çatdırılması barədə qərar qəbul edilib. Görünən odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını, o cümlədən Brüsseldə oturan siyasətçiləri qane etmir. Bu səbəbdən də hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atırlar.

Ermənistandakı Aİ missiyasının sayının artırılmasının bu ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldiyi iddia edilir. Ortaya belə bir sual çıxır - İrəvanın təhlükəsizliyinə kim təhdid yaradır? Görünür, bu addımın arxasında Avropa İttifaqının çox gizli və məkrli planı gizlənir. Bu plan da Rusiya və İranla bağlıdır. Hər iki ölkənin mövqeyini zəiflədərək bölgədən sıxışdırılıb çıxarmaq hədəf götürülüb.

Ermənistanın son vaxtlar Avropa ilə əlaqələrini gücləndirməsi də bundan xəbər verir. Bu günlərdə Aİ-nin Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) rəhbəri Rorb Dommi ilə görüşən müdafiə naziri Suren Papikyan onunla təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Danışıqlar Domminin İrəvana səfəri çərçivəsində baş tutub. Müdafiə naziri ilə yanaşı, XİN rəhbəri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlarında Avropa Sülh Fondu (European Peace Facility) vasitəsilə Ermənistana dəstək müzakirə olunub. Sual olunur, Aİ Ermənistanı kimdən və nədən qoruyur? Şübhəsiz ki, məqsəd Ermənistandan yenə alət kimi istifadə etməyə yönəlib.

Qeyd edək ki, bədnam Avropa Sülh Fondu "sülh" adı altında Ermənistana silah verməklə tanınır. Aİ İrəvana 10,45 milyon avro humanitar yardımla yanaşı, büdcə dəstəyi kimi 15 milyon avro ayırıb. Uzunmüddətli perspektivə gəlincə, Aİ mühüm infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb. Göründüyü kimi, Qərb Ermənistan üzərindən özünün çirkin niyyətini daha açıq şəkildə ortaya qoymaqdadır. Avropa Sülh Fonduna gəlincə, bu, büdcədənkənar alət olub, özünü daha çox qlobal təhlükəsizliyin qarantı kimi göstərməyə çalışır. Təşkilat 2021-ci ildə avropalı məmurlar tərəfindən yaradılıb və 2021-2027-ci illər üçün büdcəsi 12 mlrd. avro müəyyən olunub.

Təbii ki, Ermənistana bu dəstək də əvəzsiz deyil. Aİ və Qərblə sıx əməkdaşlığın artmasının nəticəsi kimi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna, Ukrayna ilə bağlı humanitar konfranslara qoşulub, ABŞ ilə hərbi təlimlər keçirib. Baş nazir Nikol Paşinyan Brüsselə istənilən formada inteqrasiyaya hazır olduğunu bildirib və Rusiyanın moderator olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bütün tədbirlərin ləğvi də bunun göstəricidir. Moskvanın mövqeyinə gəldikdə, əgər əvvəl bu addımlar gözlənilməz və sərt qərar kimi qarşılanırdısa, indi İrəvanın Qərbə yaxınlaşması trendə çevrilib. Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov də açıq şəkildə bildirib ki, Ermənistan Qərbin şirin vədlərinə uyaraq Rusiyadan uzaqlaşmağa çalışır. Nazir onu da əlavə edib ki, Paşinyan hökuməti Qərbə üz tutmasına haqq qazandırmaq üçün Azərbaycandakı separatçı layihənin iflasını Rusiyanın üzərinə yıxır.

Maraqlıdır ki, Aİ-nin daha bir nüfuzlu üzvü Almaniya da Ermənistanda aktivləşib. Rusiya mediası yazır ki, rəsmi Berlin "Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamaq" üçün maliyyə yardımı və dəstək müqabilində Ermənistanı Rusiya sərhədçilərini geri çəkməyə sövq edir. İrəvanda səfərdə olan Almaniyanın İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Nils Annen İrəvana 85 mln. avro yardım göstərəcəyini deyib. Məlumata görə, Almaniya Ermənistanı antirusiya ritorikaya çəkməyə, İrəvanla Moskvanın arasını maksimum dərəcədə vurmağa çalışır.

Beləliklə, ABŞ Qərb və onun nəzarəti altında olan strukturlar Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışırlar. Ermənistana çoxsaylı səfərlər və görüşlərin sayının artması da bundan xəbər verir. Məkrli planın hədəfi bəllidir - bölgədə sabitliyə, əmin-amanlığa qarşı çıxmaq, Ukrayna və Suriyada yaşananların burada təkrarlanması. Ermənistan da hələ ki bu məkrli oyunun iştirakçısına çevrilməkdə və beynəlxalq güclərin əlində vasitə olmaqdadır.

REPORT

Bəhram Bağırzadənin məşq zamanı bu görüntüləri gülüş hədəfi oldu  VİDEO like
  • 12 Yan 18:00  
Şou-biznes Bəhram Bağırzadənin məşq zamanı bu görüntüləri gülüş hədəfi oldu VİDEO

Əməkdar artist Bəhram Bağırzadə rəsmi "Instagram" hesabında di

arrow Ətraflı
Hikmət Mirzəyevin əvəzlədiyi general kimdir? like
  • 12 Yan 17:57  
Digərləri Hikmət Mirzəyevin əvəzlədiyi general kimdir?

Xəbər verdiyimiz kimi, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə

arrow Ətraflı
Prezident nazir müavinini vəzifədən azad edib like
  • 12 Yan 17:52  
Digərləri Prezident nazir müavinini vəzifədən azad edib

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad

arrow Ətraflı
Ermənistanda bu şəxslər avtomat silah gəzdirə biləcək like
  • 12 Yan 17:51  
Digərləri Ermənistanda bu şəxslər avtomat silah gəzdirə biləcək

Son vaxtlar Ermənistanda əsgər analarının hərbçilərə hücumu, hərbçil

arrow Ətraflı
Fransız senator və deputatlar Natəvanın abidəsinə qarşı vandalizmi pisləyiblər like
  • 12 Yan 17:50  
Dünya Fransız senator və deputatlar Natəvanın abidəsinə qarşı vandalizmi pisləyiblər

Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Evian-le Bən şəhərind�

arrow Ətraflı
Seçki könüllülərinin səfər etdiyi şəhər və rayonların sayı iyirmi ikiyə çatıb  FOTO like
  • 12 Yan 17:47  
Digərləri Seçki könüllülərinin səfər etdiyi şəhər və rayonların sayı iyirmi ikiyə çatıb FOTO

Region gənclərini fəal şəkildə səsvermə hüququndan istifadəyə təşvi

arrow Ətraflı
Direktor həyat yoldaşını özünə like
  • 12 Yan 15:26  
Digərləri Direktor həyat yoldaşını özünə

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru

arrow Ətraflı
Elgizin Elzaya baxışları gündəm oldu  VİDEO like
  • 12 Yan 15:20  
Şou-biznes Elgizin Elzaya baxışları gündəm oldu VİDEO

Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" verilişində Xalq artisti F

arrow Ətraflı
Prezidentdən hər kəsi maraqlandıran suala konkret cavab like
  • 12 Yan 15:15  
Siyasət Prezidentdən hər kəsi maraqlandıran suala konkret cavab

Bu ilə suverenliyini tam bərpa etmiş ölkə kimi başladıq. Ölkə başçı

arrow Ətraflı
Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu  FOTO like
  • 12 Yan 15:11  
Şou-biznes Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu FOTO

Məşhur müğənni Şakiranın həyat yoldaşı olduğunu iddia edən Daniel Co

arrow Ətraflı
"Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb" like
  • 12 Yan 13:57  
Digərləri "Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb"

Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç

arrow Ətraflı
"Ölüm, dirim qalmadı, hamısını söydünüz"  qalmaqallı görüntüsündən danışdı  VİDEO like
  • 12 Yan 13:48  
Şou-biznes "Ölüm, dirim qalmadı, hamısını söydünüz" qalmaqallı görüntüsündən danışdı VİDEO

Müğənni Nadir Qafarzadə ötən gün etdiyi paylaşımlarına görə tənqid

arrow Ətraflı
"Azərbaycan və Ermənistan sülhə doğru hərəkət etməlidir" like
  • 12 Yan 13:47  
Digərləri "Azərbaycan və Ermənistan sülhə doğru hərəkət etməlidir"

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu

arrow Ətraflı
Sabah Bakıda sulu qar yağacaq like
  • 12 Yan 13:23  
Digərləri Sabah Bakıda sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah havanın gün ərzində arabir yağı

arrow Ətraflı
Rusiya BMT TŞnin təcili iclasını çağırdı like
  • 12 Yan 13:17  
Dünya Rusiya BMT TŞnin təcili iclasını çağırdı

Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Tə

arrow Ətraflı