Prezidentdən hər kəsi maraqlandıran suala konkret cavab


Siyasət 12 Yan 2024 15:15:00 187 0

Prezidentdən hər kəsi maraqlandıran suala konkret cavab

Bu ilə suverenliyini tam bərpa etmiş ölkə kimi başladıq. Ölkə başçısının da dediyi kimi, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonraya təsadüf edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq həyata keçirilməsi zəruri olan lokal xarakterli antiterror tədbirlərindən sonra vəziyyət tam dəyişdi. Xocalıda, Xankəndidə bayrağın qaldırılması ilə ədalət bərpa oldu.

Növbədə isə sülh müqaviləsinin imzalanmasıdır. Bu proseslərə qədər çətin, ağrılı-acılı günlərdən keçdik. Döyüşlərdə itkilərimiz oldu. Bu məsələni müharibəsiz də həll etmək təklif olunmuşdu. Belə ki, təkliflər əsasında rayonların bir neçəsi Azərbaycana heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normallaşacaqdı. Lakin, Azərbaycan bu təkliflə razılaşmadı. Ölkə başçısı yerli televiziya kanallarına müsahibəsi zamanı sualları cavablandırarkən bunun səbəbini açıqlayıb. O bildirib ki, bu, tarixi məsələdir: "Bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi", - ölkə başçısı söyləyib.

Prezident çıxışı zamanı Şuşanın azad olunmasının önəmi barəsində danışarkən bildirib ki, bu baş verməsəydi Üçtərəfli Bəyanata bəzi şərtləri saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq.

Göründüyü kimi dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. 44 günlük müharibə ərzində də, ondan sonrakı dövrlərdə də, bugün də Azərbaycana qarşı təzyiqlər edilir. Bu təzyiqlər əsasən daim ermənipərəst mövqeyi ilə seçilən Fransa tərəfindən edilir.

Bugünkü gündə də Fransa açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparır. Onlar Ermənistanı silahlandırmağa davam edir ki, bizi daim təzyiq altında saxlasınlar. Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Ermənistan da Fransaya arxalanaraq yenidən Qarabağı qaytarmaq eşqinə düşüb. Ermənistan  bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik: "Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik", - ölkə başçısı söyləyib.

Ölkə başçısı sülh prosesindən də danışıb. O bildirib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması prosesində zəmanətçilərə ehtiyac duymur. Bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, Rəsmi Bakı buna da etiraz etmir: "Bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq", - deyən ölkə başçısı hər iki variantın da mümkünlüyünü bildirib. 

İslam Son.az

Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu  FOTO like
  • 12 Yan 15:11  
Şou-biznes Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu FOTO

Məşhur müğənni Şakiranın həyat yoldaşı olduğunu iddia edən Daniel Co

arrow Ətraflı
"Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb" like
  • 12 Yan 13:57  
Digərləri "Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb"

Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç

arrow Ətraflı
"Ölüm, dirim qalmadı, hamısını söydünüz"  qalmaqallı görüntüsündən danışdı  VİDEO like
  • 12 Yan 13:48  
Şou-biznes "Ölüm, dirim qalmadı, hamısını söydünüz" qalmaqallı görüntüsündən danışdı VİDEO

Müğənni Nadir Qafarzadə ötən gün etdiyi paylaşımlarına görə tənqid

arrow Ətraflı
"Azərbaycan və Ermənistan sülhə doğru hərəkət etməlidir" like
  • 12 Yan 13:47  
Digərləri "Azərbaycan və Ermənistan sülhə doğru hərəkət etməlidir"

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu

arrow Ətraflı
Sabah Bakıda sulu qar yağacaq like
  • 12 Yan 13:23  
Digərləri Sabah Bakıda sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah havanın gün ərzində arabir yağı

arrow Ətraflı
Rusiya BMT TŞnin təcili iclasını çağırdı like
  • 12 Yan 13:17  
Dünya Rusiya BMT TŞnin təcili iclasını çağırdı

Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Tə

arrow Ətraflı
Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük like
  • 12 Yan 12:58  
Dünya Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük

"Son aylarda husilər Qırmızı dənizdə kommersiya gəmiçiliyinə qarş

arrow Ətraflı
Ordumuzda bir neçə general ehtiyata və istefaya like
  • 12 Yan 12:52  
Digərləri Ordumuzda bir neçə general ehtiyata və istefaya

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya gönd�

arrow Ətraflı
Bakıda evlərin və torpağın qiyməti qalxacaq  VİDEO like
  • 12 Yan 12:52  
Digərləri Bakıda evlərin və torpağın qiyməti qalxacaq VİDEO

Təsdiq olunmuş yeni Baş Plana əsasən, şəhərin mərkəz hissələrində s

arrow Ətraflı
Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə like
  • 12 Yan 12:50  
Digərləri Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Təhsildə kö

arrow Ətraflı
Prezident seçkiləri ilə bağlı media üçün təlim keçirilib like
  • 12 Yan 12:47  
Digərləri Prezident seçkiləri ilə bağlı media üçün təlim keçirilib

Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MED�

arrow Ətraflı
"Əxlaqsızlıq, kütbeyinlik, cahillik baş alıb gedir"  Cəlalə Nəzəroğlu like
  • 12 Yan 12:30  
Digərləri "Əxlaqsızlıq, kütbeyinlik, cahillik baş alıb gedir" Cəlalə Nəzəroğlu

Son.az qafqazinfo-ya istindən Cəlalə Nəzəroğlunun yazısını təqdim edir

arrow Ətraflı
Tərtərdə naməlum heyvan skeleti tapıldı  FOTOlar like
  • 12 Yan 12:26  
Digərləri Tərtərdə naməlum heyvan skeleti tapıldı FOTOlar

Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.

arrow Ətraflı
Survivorda qalmaqal: "Turabi keçmişindən danışıb AĞLADI"  FOTOlar like
  • 12 Yan 11:57  
Şou-biznes Survivorda qalmaqal: "Turabi keçmişindən danışıb AĞLADI" FOTOlar

Survivorda yarışan Turabi ilə Ögeday arasında mübahisə yenidən alovlanı

arrow Ətraflı