Fransız senator və deputatlar Natəvanın abidəsinə qarşı vandalizmi pisləyiblər


Dünya 12 Yan 2024 17:50:00 143 0

Fransız senator və deputatlar Natəvanın abidəsinə qarşı vandalizmi pisləyiblər

Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Evian-le Bən şəhərində "Azərbaycan bağı"na və Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş yolverilməz davranışı sərt tənqid ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a bildiriblər ki, Fransanın fəxri senatoru Alen Vassel (Alain Vasselle) şəhər meriyasının "Azərbaycan bağı"nın adının dəyişdirilməsi və bağa ziyan vurulması təşəbbüslərini absurd və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməlləri adlandırıb.

Fəxri senatorun fikrincə, hər hansı bir hadisədən narazılığın müxtəlif yolları var. Lakin yazıçı və şairlər bizim tariximizdir. Aleksandr Dümanın və şair-şahzadə Xurşidbanu Natəvan kimi dahilərimizin əsərləri mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur.

O diqqətə çatdırıb ki, Azərbaycana sülh yolu ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi üçün şərait yaradılmalı, Ermənistan və Azərbaycanın diplomatik kanalları vasitəsilə danışıqlar masası arxasına əyləşmək barədə razılığa gəlinməli idi.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jerom Lamber də Evian şəhər meriyasının əl atdığı əməlləri tamamilə yersiz davranış və çox güclü erməni diasporunun fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.

"Ermənistan tərəfindən 30 il bundan qabaq işğal olunmuş əraziləri üzərində Azərbaycan öz suverenliyini bərpa etdikdən bəri xüsusilə Fransada rəsmi Bakıya qarşı müxalif qüvvələr baş qaldırıb. Bu qüvvələr vəziyyətdən narazı olan Fransadakı erməni diasporundan istifadə edirlər. Bu müxalifət hətta isterik davranışlara, Azərbaycanla əlaqəsi olan bütün rəmzlərə, məkanlara əl atmağa çalışır. Erməni diasporunun Fransadakı bir sıra nümayəndələri fransalı siyasətçiləri Azərbaycana qarşı qızışdırmağa çalışırlar", - deyən Assosiasiyasının prezidenti qeyd edib ki, Azərbaycana qarşı aparılan mənfur əməllərə heç bir əsas göstərmək mümkün deyil. Azərbaycan öz haqlarına sahib çıxıb. Fransada Azərbaycana qarşı fəaliyyət göstərən ermənipərəst qüvvələr Bakı ilə İrəvan arasında sülhün yaranmasına mane olurlar.

Fransa Milli Assambleyasının və NATO-nun Parlament Assambleyasının fəxri üzvü Jan-Lük Reitzer (Jean-Luc Reitzer) etiraf edib ki, Evian şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı nümayiş etdirilmiş pis rəftardan çox kədərlənib. "Mən Evian şəhərində baş verənləri kədərlə qarşıladım. Azərbaycanla Fransa arasında hər zaman hər bir sahədə - istər iqtisadi, istər mədəni və digər sahələrdə gözəl münasibətlər olub. Lakin bu gün Fransada bir çoxları Azərbaycanı tanımadan, tarixini bilmədən, heç zaman Azərbaycana ayaq basmadan ona qarşı mövqe tutmaqdadırlar", - deyə o qeyd edib.

Jan-Lük Reitzer xatırladıb ki, Birinci Qarabağ müharibəsi zamanı Qarabağ separatçılar tərəfindən ələ keçirilmişdi və idarə olunurdu. Amma heç bir dövlət, hətta Ermənistan belə bu ərazinin müstəqilliyini tanımamışdı. "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Erməni qaçqınlarından danışanlar unudublar ki, yüz minlərlə azərbaycanlı Birinci Qarabağ müharibəsindən sonra evini, torpağını Qarabağda qoyub getməyə məcbur olub, öz doğma yurdlarından didərgin düşüb. Mən Bakıda o qaçqınların düşərgələrində olmuşam. Mən bu gün ölkəmdə Azərbaycan və Azərbaycan xalqının mövqeyinə göstərilən ədalətsiz münasibətlərdən çox kədərlənirəm", - deyə Reitzer söyləyib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçki könüllülərinin səfər etdiyi şəhər və rayonların sayı iyirmi ikiyə çatıb  FOTO like
  • 12 Yan 17:47  
Digərləri Seçki könüllülərinin səfər etdiyi şəhər və rayonların sayı iyirmi ikiyə çatıb FOTO

Region gənclərini fəal şəkildə səsvermə hüququndan istifadəyə təşvi

arrow Ətraflı
Direktor həyat yoldaşını özünə like
  • 12 Yan 15:26  
Digərləri Direktor həyat yoldaşını özünə

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru

arrow Ətraflı
Elgizin Elzaya baxışları gündəm oldu  VİDEO like
  • 12 Yan 15:20  
Şou-biznes Elgizin Elzaya baxışları gündəm oldu VİDEO

Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" verilişində Xalq artisti F

arrow Ətraflı
Prezidentdən hər kəsi maraqlandıran suala konkret cavab like
  • 12 Yan 15:15  
Siyasət Prezidentdən hər kəsi maraqlandıran suala konkret cavab

Bu ilə suverenliyini tam bərpa etmiş ölkə kimi başladıq. Ölkə başçı

arrow Ətraflı
Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu  FOTO like
  • 12 Yan 15:11  
Şou-biznes Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu FOTO

Məşhur müğənni Şakiranın həyat yoldaşı olduğunu iddia edən Daniel Co

arrow Ətraflı
"Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb" like
  • 12 Yan 13:57  
Digərləri "Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb"

Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç

arrow Ətraflı
"Ölüm, dirim qalmadı, hamısını söydünüz"  qalmaqallı görüntüsündən danışdı  VİDEO like
  • 12 Yan 13:48  
Şou-biznes "Ölüm, dirim qalmadı, hamısını söydünüz" qalmaqallı görüntüsündən danışdı VİDEO

Müğənni Nadir Qafarzadə ötən gün etdiyi paylaşımlarına görə tənqid

arrow Ətraflı
"Azərbaycan və Ermənistan sülhə doğru hərəkət etməlidir" like
  • 12 Yan 13:47  
Digərləri "Azərbaycan və Ermənistan sülhə doğru hərəkət etməlidir"

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu

arrow Ətraflı
Sabah Bakıda sulu qar yağacaq like
  • 12 Yan 13:23  
Digərləri Sabah Bakıda sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah havanın gün ərzində arabir yağı

arrow Ətraflı
Rusiya BMT TŞnin təcili iclasını çağırdı like
  • 12 Yan 13:17  
Dünya Rusiya BMT TŞnin təcili iclasını çağırdı

Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Tə

arrow Ətraflı
Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük like
  • 12 Yan 12:58  
Dünya Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük

"Son aylarda husilər Qırmızı dənizdə kommersiya gəmiçiliyinə qarş

arrow Ətraflı
Ordumuzda bir neçə general ehtiyata və istefaya like
  • 12 Yan 12:52  
Digərləri Ordumuzda bir neçə general ehtiyata və istefaya

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya gönd�

arrow Ətraflı
Bakıda evlərin və torpağın qiyməti qalxacaq  VİDEO like
  • 12 Yan 12:52  
Digərləri Bakıda evlərin və torpağın qiyməti qalxacaq VİDEO

Təsdiq olunmuş yeni Baş Plana əsasən, şəhərin mərkəz hissələrində s

arrow Ətraflı
Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə like
  • 12 Yan 12:50  
Digərləri Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Təhsildə kö

arrow Ətraflı