"Fransa erməni lobbiçilərin dəstəyi müqabilində antiAzərbaycan təbliğatına göz yumur"


Dünya 12 Yan 2024 18:41:00 142 0

"Fransa erməni lobbiçilərin dəstəyi müqabilində antiAzərbaycan təbliğatına göz yumur"

Fransanın beynəlxalq arenada Azərbaycana hücum strategiyası mühüm dərəcədə erməni lobbiçilərin, eləcə də ermənipərəst QHT və qrupların nüfuzuna əsaslanıb.

Bu barədə Trend-ə  amerikalı analitik İrina Tsukerman deyib.

"Beynəlxalq institutlarda Azərbaycana bu hücum strategiyası bir çox hüquqi və siyasi səbəblərdən qaçınılmaz olaraq əks nəticələrə gətirib çıxaracaq. Birinci səbəb sübutların təqdim olunmamasıdır və bir sıra bu cür tədbirlər rədd edilib. İkincisi isə ona görə ki, Azərbaycanın regionda rolu və diplomatik nüfuzu artmaqdadır və getdikcə bunda daha az ölkə iştirak edir. Bu səbəbdən, Fransa son nəticədə çətin vəziyyətə düşə və beynəlxalq arenada təcrid olunmuş görünə bilər", - o deyib.

Analitikin sözlərinə görə, zaman və resursları hüquqi və siyasi prosedurlara yatırmaq cəhdləri ilə eyni zamanda daima Azərbaycanı mənfi reklam etmək Fransaya heç bir üstünlük gətirmir, lakin bu açıq-aşkar erməni lobbiçilərinin və digər anti-Azərbaycan strukturlarının maraqlarına xidmət edir.

"Son nəticədə ictimaiyyətin böyük hissəsi uzunmüddətli problemləri diqqətlə izləmir və yalnız ilk başlıqları oxumağa meyllidir. Beləliklə, hətta bu təhqiqatlar Bakı üçün əlverişli qərar qəbulu ilə başa çatsa da, bir çoxları bu barədə heç bilməyəcək. Bu, Bakının narahat olmalı olduğu aspektdir və buna siyasi tədbirlərlə cavab verilməlidir ki, Fransanın irəli sürülən iddialara inamı azalsın ", - deyə o bildirib.

İrina Tsukerman bildirib ki, Fransanın hazırlığı və hərbi dəstəyinə rəğmən separatçılar və onların müttəfiqləri üçün iki faciəvi nəticələnən son iki hadisədən sonra Ermənistan Azərbaycana qarşı hər hansı hücum edə bilməz. Lakin erməni təbliğatı belə bir təəssürat yaradır ki, Azərbaycan öz ərazilərini genişləndirməyə çalışır.

"Bu cür ittihamlardan qorunmağın yeganə yolu davamlı xoş məram və müsbət münasibətin təzahürüdür. Lakin ermənilər istədiklərindən təlim ala bilərlər, xüsusən bu ölkə Avropa İttifaqına üzvdürsə. Sözügedən tərəflərdən hər hansı biri tərəfindən təxribatçı missiyalar və terrorizmə hazırlıq faktları kimi qeyri-dürüstlük nümayiş etdirən istənilən pozuntuların izləməsinə və aşkarlanmasına diqqət yetirmək lazımdır", - deyə analitik əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində dediyi kimi, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başlayıb.

"Bu qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana münasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalarda və başqa addımlarda israr edirdi. Artıq bu tezislər səsləndirilib və onlar belə desək havadan asılı qalıb, sözdən əmələ keçməyib", - dövlət başçısı deyib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Müğənninin qətli ilə bağlı like
  • 12 Yan 18:39  
Şou-biznes Müğənninin qətli ilə bağlı

Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan ər

arrow Ətraflı
Ənsarullah itkilərini like
  • 12 Yan 18:36  
Dünya Ənsarullah itkilərini

ABŞ və Böyük Britaniyanın 73 zərbəsi nəticəsində 5 Ənsarullah döyü�

arrow Ətraflı
"Xəzər TV"də yeni veriliş aparacaq like
  • 12 Yan 18:30  
Şou-biznes "Xəzər TV"də yeni veriliş aparacaq

Aparıcı Aytəkin Məradova yeni verilişlə tamaşaçıların qarşısına ç�

arrow Ətraflı
Fazil Mustafaya suiqəsd işi ilə bağlı like
  • 12 Yan 18:25  
Kriminal Fazil Mustafaya suiqəsd işi ilə bağlı

Milli Məclisin deuputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı like
  • 12 Yan 18:23  
Digərləri Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qa

arrow Ətraflı
"İntim səhnələrim izləyiciləri şoka salacaq" like
  • 12 Yan 18:18  
Digərləri "İntim səhnələrim izləyiciləri şoka salacaq"

Homoseksual olduğunu etiraf edən dünya şöhrətli aktrisa Kristen Stüart ye

arrow Ətraflı
Aİ səviyyəsində məkrli plan  Fransa Ermənistanı like
  • 12 Yan 18:06  
Dünya Aİ səviyyəsində məkrli plan Fransa Ermənistanı

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahib�

arrow Ətraflı
Bəhram Bağırzadənin məşq zamanı bu görüntüləri gülüş hədəfi oldu  VİDEO like
  • 12 Yan 18:00  
Şou-biznes Bəhram Bağırzadənin məşq zamanı bu görüntüləri gülüş hədəfi oldu VİDEO

Əməkdar artist Bəhram Bağırzadə rəsmi "Instagram" hesabında di

arrow Ətraflı
Hikmət Mirzəyevin əvəzlədiyi general kimdir? like
  • 12 Yan 17:57  
Digərləri Hikmət Mirzəyevin əvəzlədiyi general kimdir?

Xəbər verdiyimiz kimi, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə

arrow Ətraflı
Prezident nazir müavinini vəzifədən azad edib like
  • 12 Yan 17:52  
Digərləri Prezident nazir müavinini vəzifədən azad edib

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad

arrow Ətraflı
Ermənistanda bu şəxslər avtomat silah gəzdirə biləcək like
  • 12 Yan 17:51  
Digərləri Ermənistanda bu şəxslər avtomat silah gəzdirə biləcək

Son vaxtlar Ermənistanda əsgər analarının hərbçilərə hücumu, hərbçil

arrow Ətraflı
Fransız senator və deputatlar Natəvanın abidəsinə qarşı vandalizmi pisləyiblər like
  • 12 Yan 17:50  
Dünya Fransız senator və deputatlar Natəvanın abidəsinə qarşı vandalizmi pisləyiblər

Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Evian-le Bən şəhərind�

arrow Ətraflı
Seçki könüllülərinin səfər etdiyi şəhər və rayonların sayı iyirmi ikiyə çatıb  FOTO like
  • 12 Yan 17:47  
Digərləri Seçki könüllülərinin səfər etdiyi şəhər və rayonların sayı iyirmi ikiyə çatıb FOTO

Region gənclərini fəal şəkildə səsvermə hüququndan istifadəyə təşvi

arrow Ətraflı
Direktor həyat yoldaşını özünə like
  • 12 Yan 15:26  
Digərləri Direktor həyat yoldaşını özünə

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru

arrow Ətraflı
Elgizin Elzaya baxışları gündəm oldu  VİDEO like
  • 12 Yan 15:20  
Şou-biznes Elgizin Elzaya baxışları gündəm oldu VİDEO

Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" verilişində Xalq artisti F

arrow Ətraflı