Günün qoroskopu: Dəyər verdiyiniz insanları incitməyin


Digərləri 12 Yan 2024 00:01:00 151 0

Günün qoroskopu: Dəyər verdiyiniz insanları incitməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında özünüzə əmin olsanız, işləriniz uğurlu alınacaq. Yaşanan olaylarla bağlı fikrinizi bildirməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizi dinləyəcəklər. Peşəkar fəaliyyətlə bağlı sizdən məsləhət istəyənlər var.

Günün ikinci yarısında adi günlərlə müqayisədə əhvalınız daha sürətlə dəyişəcək. Obyektiv səbəblər ilk baxışdan yoxdur.

Yaxınlarınızın, sevdiyiniz insanın iradlarını nəzərə alın. Ünvanınıza deyilən istənilən tənqid sizi təbdən çıxarmasın. Aqressiv cavab versəniz, sonradan peşman ola bilərsiniz.  

Buğa - günün ilk yarısı yeni layihəyə başlamaq, sifarişi yerinə yetirmək üçün əlverişli zamandır. İşlərə ağılla, məntiqlə yanaşsanız, çətinlikləri dəf etmək olar. Əlverişli situasiya, ən başlıcası isə ətrafınızdakı insanların dəstəyi önəmli məqamlardır.

Günün ikinci yarısında yadlara sirlərinizi danışmayın, planlarınızı bölüşməyin. Mənasız söhbətlər və boş mübahisələr vaxtınızı alacaq. Yaşlı qohumlardan birinin səhhətində, yaxud da maddi durumunda problemlər yarana bilər.

Əkizlər - soyuqqanlı, səbrli olun. İşlərə başlayanda nə ilə məşğul olduğunuzun təfərrüatlarını öyrənin. Qətiyyətli və iradəli davranışı seçin. Müstəqil fəaliyyət göstərin, təkbaşına işləyin. Əməkdaşlıq və ya birgə çalışmaq məhsuldar, uğurlu olmayacaq.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas olun. Qıcıqlı və aqressiv davranmayın. Səhhətinizə fikir verin. Əsəbilik, nevrozlar orqanizminizdə fəsadlar yarada bilər.

Axşam saatlarında normal istirahət edin.  

Xərçəng - günün ilk yarısında baş verən olayları diqqətlə müşahidə edin. Çətinliyinə görə yarımçıq qalmış işləri başa vurun. Yaradıcı potensialınızı inkişaf etdirin.

Günün ikinci yarısında hadisələrin axarına sərt təsir etməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək.

Yaxınlarınızla təmaslarda alicənab olun. Ən başlıcası isə hiyləgərlik etməyə, aşkar məqamları gizləməyə çalışmayın. Subaysınızsa, axşam saatlarında yeni tanışlıq ola bilər.

Şir - bu gün formalaşacaq ideya gəlirlərinizi artıra bilər. Amma bunun üçün xeyli zəhmət və ciddi çalışmaq gərəkdir. Vaxt qıtlığı yaranmasın deyə, planlı hərəkət edin. Adi günlərdən fərqli olaraq işgüzar tərəfdaşlarla münasibətlərdə sərinlik formalaşacaq.

Günün ikinci yarısı alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasibdir.

Axşam saatlarını ailənizə, ən yaxın insanlara həsr edin. Qonşu və ya dostlardan biri davranışı ilə sizdə qıcıq yaradacaq. O, özünə ifrat diqqət tələb edir.

Qız - mənasız söhbətlərə qatılmayın. Başqalarının problemləri ilə məşğul olmayın, bilavasitə sizə dəxli olmayan məsələlərlə bağlı fikir yürütməkdən ehtiyatlanın.

Tələskənliyə yol verməyin, plana uyğun hərəkət edin.

Günün ikinci yarısında bir sıra işlərin öhdəsindən gələ bilərsiniz.

Axşam saatlarına yaxın yaşlı şəxslə mübahisə istisna deyil. Mənasız təhlil və müzakirələri dayandırın. Yeni tanışlıq və görüş üçün münasib zaman deyil.

Tərəzi - sayıq olsanız, əlavə gəlirlərlə bağlı ideyanı reallaşdırmaq olar. Sərvaxtlıq, düşünülməmiş qərarların verilməməsi planlarınızda irəliləyişlər yaradacaq. Əks təqdirdə uzun müddətdən bəri hazırladığınız məsələdə geriləyəcəksiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırın. Ailə üzvləriniz sizdən əsla maraqlanmadığınız işi görməyi tələb edəcəklər. Güzəştə meylli olun, amma öz mənafeyinizi də qulaqardına vurmayın.

Əqrəb - günün ilk yarısı məhsuldar fəaliyyət üçün çox əlverişlidir. Durumu təhlil edin, ətrafınızdakı insanlara təsir göstərməyə çalışın. Kiçik problemlərə və xırda maneələrə fikir verməyin.

Günün ikinci yarısında sonradan yaşamınızda və işlərinizdə önəmli rol oynayacaq insanla qarşılaşacaqsınız. Ailədə anlaşılmazlıq yaranarsa, səbr və dözüm xoşagəlməz məqamı çözməyə imkan verəcək.

Axşam saatlarında yaradıcı fəaliyyətlə məşğul olmaq mümkündür.

Oxatan - riskdə xeyir var. Çəkinməyin, məqsədə çatmaq üçün iradəli davranın. Maliyyə məsələlərində eksperimentlər uğurlu alına bilər. İntuisiyanıza güvənin və o, seçim anında sizi yanıltmayacaq.

Günün ikinci yarısı yeni işgüzar münasibətlərə başlamaq üçün əlverişlidir. Peşəkar fəaliyyətinizlə bağlı məsələlərdə diqqətli olun. Uzun səfərə yollanmayın.

Axşam saatlarında proseslərin donuq müşahidəçisinə çevrilməyin.

Oğlaq - aktual məsələləri həll etməyə başlayın. Önəmli anlaşmada emosiyalara qapılaraq yanlış qərar verməyin. Ümumi maraqlar tələb edirsə, güzəştə getməyi və bir qədər geri çəkilməyi bacarın.

Yaxın ətrafınızdakı insanlara sayğı ilə yanaşsanız, ağır problemin öhdəsindən gəlməkdə sizə yardım edəcək insanla qarşılaşacaqsınız. İşgüzar səfər pis alınmayacaq.

Günün ikinci yarısında yaxınlarınızdan birinin tənqidi sizdə kəskin reaksiya və qıcıq yaratmamalıdır. Siz dəstək sözləri, tərif və ya əməyinizin nəticələrinin təqdirini eşitmək istəsəniz də, reallıq fərqlidir.

Dəyər verdiyiniz insanları incitməyin.

Dolça - günün ilk yarısında maraqlı tanışlıqlar və xoş görüşlər istisna deyil. Peşəkar fəaliyyət sahəsində gözlənilməz irəliləyiş, şəraitin yüngülləşməsi yaşanacaq. İşgüzar səfər və uzaqdan gəlmiş adamla danışıqlar pis alınmayacaq.

Başqalarının uğurlarına sevinməyi bacarın.

Günün ikinci yarısında yaxınlarınıza diqqət ayırın. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin. Həmin şəxsin dəstəyinə və məsləhətlərinə ehtiyacınız var.

Balıqlar - bu gün ən yaxşı məziyyətlərinizi, üstün yönlərinizi nümayiş etdirə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Ən müxtəlif sahələrdə fəaliyyət göstərməli olacaqsınız.

Günün ikinci yarısında uzun müddətdən bəri diqqətinizdən kənar qalan işi başa vurun. Əks cinslə ünsiyyətdə diqqətli olun. Sevdiyiniz insanın qayğılarını anlayın. Müsbət emosiyalar bəxş edin.  

Son.az

İspaniya qaz idxalçılarını Rusiya ilə yeni müqavilələr imzalamamağa çağırdı like
  • 11 Yan 23:55  
Dünya İspaniya qaz idxalçılarını Rusiya ilə yeni müqavilələr imzalamamağa çağırdı

İspaniyanın Baş nazirinin müavini, ekoloji keçid naziri Teresa Ribera ölk�

arrow Ətraflı
Hər gün 1 blok kərə yağı və 22 yumurta yeyir like
  • 11 Yan 23:51  
Digərləri Hər gün 1 blok kərə yağı və 22 yumurta yeyir

İncə bədən quruluşuna sahib qadının sosial şəbəkədə baxış sayı 1,

arrow Ətraflı
Vətən müharibəsi qazisi naməlum səbəbdən öldü like
  • 11 Yan 23:48  
Digərləri Vətən müharibəsi qazisi naməlum səbəbdən öldü

Gəncədə 44 günlük Vətən müharibəsinin qazisi naməlum səbəbdən ölü

arrow Ətraflı
Verilişə zəng edən qadın elə şeylər danışdı ki, like
  • 11 Yan 23:45  
Digərləri Verilişə zəng edən qadın elə şeylər danışdı ki,

Türkiyənin "Beyaz Tv" kanalında yayımlanan "Hayatta Her Şey

arrow Ətraflı
İlkin ekspertiza Rusiyanın Şimali Koreya raketlərindən istifadə etdiyini təsdiqləyir like
  • 11 Yan 23:42  
Dünya İlkin ekspertiza Rusiyanın Şimali Koreya raketlərindən istifadə etdiyini təsdiqləyir

İlkin verilənlərə əsasən, Rusiya hərbçiləri yanvarın 2-də Xarkovu at�

arrow Ətraflı
Qadağalardan sonra "Kızıl goncalar"da dəyişiklik like
  • 11 Yan 23:40  
Şou-biznes Qadağalardan sonra "Kızıl goncalar"da dəyişiklik

Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncala

arrow Ətraflı
Dollara tələb 50% artdı – like
  • 11 Yan 23:28  
Digərləri Dollara tələb 50% artdı –

Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifar

arrow Ətraflı
"Kişi və qadınlar özlərini sevməli və bu cür enerji verməlidir..."  92 yaşlı model like
  • 11 Yan 23:24  
Dünya "Kişi və qadınlar özlərini sevməli və bu cür enerji verməlidir..." 92 yaşlı model

"O, 92 yaşında dünyanın ən yaşlı modeli kimi "Vogue Czechoslova

arrow Ətraflı
ABŞdan İrana: Dərhal tankeri azad edin like
  • 11 Yan 22:57  
Dünya ABŞdan İrana: Dərhal tankeri azad edin

ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad et

arrow Ətraflı
Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib like
  • 11 Yan 22:50  
Dünya Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın hazırkı vəziyy�

arrow Ətraflı
İlham Əliyevin adını çəkdiyi Həsən Məcidov kimdir? like
  • 11 Yan 22:43  
Digərləri İlham Əliyevin adını çəkdiyi Həsən Məcidov kimdir?

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallar�

arrow Ətraflı
İran ABŞın neft tankerini ələ keçirdi like
  • 11 Yan 22:42  
Dünya İran ABŞın neft tankerini ələ keçirdi

Bu gün səhər saatlarında İranın hərbi dəniz qüvvələri Oman dənizind�

arrow Ətraflı
Prezidentin müsahibədəki təklifini İrəvan qəbul etdi? like
  • 11 Yan 22:37  
Digərləri Prezidentin müsahibədəki təklifini İrəvan qəbul etdi?

Prezident İlham Əliyevin dünənki geniş müsahibəsi Ermənistanda da ciddi

arrow Ətraflı
Yaponiya “Fobos” missiyasının işə salınmasını 2026cı ilə təxirə saldı like
  • 11 Yan 22:33  
Digərləri Yaponiya “Fobos” missiyasının işə salınmasını 2026cı ilə təxirə saldı

Daha əvvəl 2024-cü ilin sonuna planlaşdırılan Marsın peyki Fobosdan torpa

arrow Ətraflı