Əliyevin İrəvana xəbərdarlığı: Ordumuz tədbir görə bilər!


Digərləri 11 Yan 2024 21:58:00 149 0

Əliyevin İrəvana xəbərdarlığı: Ordumuz tədbir görə bilər!

Azərbaycan Prezidenti İlham Əliyev də il ərzində bir neçə dəfə mövcud vəziyyət və aktual məsələlər barədə toplam şəkildə ictimaiyyəti məlumatlandırmağı lazım bilir. İlham Əliyev bu yolla həm də dost və düşmənlərə, o cümlədən Ermənistana mesajlarını göndərmiş olur.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin Prezident İlham Əliyevin 10 yanvar 2024-cü ildə yerli televiziyalara geniş müsahibəsi haqda analizində əksini tapıb.

Təhlildə bildirilib ki, Prezidentin geniş müsahibəsindən əsasən bu nəticələri çıxarmaq mümkündür:

1. Fransa antiazərbaycan mövqeyindən geri çəkilməyincə rəsmi Bakı da beynəlxalq aləmdə Fransanın kolonial siyasətinə qarşı mübarizəsini davam etdirəcək. Azərbaycanın Qoşulmayanlar Hərəkatında sədrliyi başa çatmaq üzrə olsa da, rəsmi Bakı hərəkat çərçivəsində Fransanın kolonial siyasətinə qarşı formalaşdırdığı "Bakı təşəbbüsü" çərçivəsində fəaliyyətini davam etdidəcək. Bununla İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona mesaj göndərdi ki, siz bizə problem yaratmaqda davam edəcəyiniz halda, biz də sizə beynəlxalq aləmdə problem yaratmaqda davam edəcəyik;

2. İlham Əliyev Nikol Paşinyanın təbliğat məqsədilə irəli sürdüyü "Sülh qovşağı" ideyasını qəbul etmir. Paşinyan "Sülh qovşağı" təşəbbüsü altında bölgə ölkələri arasında kommunikasiya xətlərinin hər bir ölkənin suverenliyi çərçivəsində açılmasının tərəfdarıdır. Rəsmi Bakı Paşinyanın təklifinə o halda razılaşmağa hazırdır ki, Ermənistan Azərbaycan vətəndaşlarına Zəngəzur dəhlizi ilə rahat gediş-gəliş imkanı yaratsın. Bu olmadan Azərbaycan Ermənistanla sərhədin heç bir məntəqəsini açmayacaq;

3. İlham Əliyev Azərbaycanın tarixi qələbəsindən sonra yeni hədəflər barədə düşünülməsinin tərəfdarıdır. Prezidentin "tarixi zəfəri istismar etmək olmaz" tezisini "tənbəlləşmək olmaz" kimi oxumaq lazımdır. Prezidentin bu tezisindən çıxış edərək Azərbaycan diplomatiyasının və diasporunun fəallaşmasına ehtiyac var. Çünki Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər;

4. İlham Əliyev 2024-cü ildə Ermənistanla sülh sazişinin imzalanması üçün şəraitin yarandığı qənaətində olsa da, Ermənistanın silahlanmağa çalışmasının bu prosesi əngəlləyə biləcəyinə diqqəti çəkib. Prezident bir daha o fikri xatırladıb ki, əgər Ermənistan Azərbaycana təhlükə yaradan silah və ya raketlər əldə edərsə, Azərbaycan buna qarşı qabaqlayıcı addımlar atacaq. İlham Əliyevin bu xəbərdarlığı Ermənistanı xarici ölkələrdən hücum xarakterli silah və hərbi texnika almaqdan çəkindirməlidir. Əks halda müharibə qaçılmaz olacaq. Halbuki, Azərbaycan yeni müharibədə maraqlı deyil;

5. İlham Əliyev iki ölkə arasında sərhədlərin müəyyənləşməsinin sülh sazişinin imzalanmasına mane olmayacağı qənaətindədir. Həqiqətən sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar uzun illər davam edə bilər və bu sülh sazişinin xaricində qalacaq. Azərbaycanın sərhəddəki strateji yüksəkliklərdən geri çəkilməyəcəyi bir daha vurğulandı. Sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə də ehtiyac yoxdur. Azərbaycan anklav kəndləri geri qaytarmaq siyasətindən imtina etməyəcək. Azərbaycana bitişik kəndlər təhvil verilməli, Ermənistanın içində qalan kəndlərlə bağlı vəziyyət isə iki tərəfin formalaşdırdığdığı komissiyasının müzakirə predmeti olmalıdır.

6. Azərbaycan Cənubi Qafqazda böyük dövlətlər arasında gesosiyasi rəqabətin əleyhinədir. Çünki bu rəqabət bölgə üçün əlavə problemlər yaradır. Bu mənada sülh sazişinin harada imzalanması mübahisə predmeti olmamalıdır. Önəmli olan heç bir dövlətin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına və sonrakı danışıqlar prosesinə mane olmamasıdır.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Hazır qəhvə orqanizm üçün zərərlidir? like
  • 11 Yan 21:55  
Digərləri Hazır qəhvə orqanizm üçün zərərlidir?

Mütəxəssislər hazır qəhvənin həqiqətən zərərli olub-olmadığını a

arrow Ətraflı
“Artıq heç vaxt müharibə olmayacaq” like
  • 11 Yan 21:50  
Digərləri “Artıq heç vaxt müharibə olmayacaq”

"Bundan sonra daha müharibə vəziyyətində olmayacağıq".

arrow Ətraflı
Qadın 12 il sonra qohumuna ərə getdiyini öyrəndi like
  • 11 Yan 21:45  
Digərləri Qadın 12 il sonra qohumuna ərə getdiyini öyrəndi

Amerikalı tiktoker Marsella Hill təsadüfən qohumu ilə evləndiyini aşkar e

arrow Ətraflı
Hər seçki məntəqəsində 3 müşahidəçi olacaq like
  • 11 Yan 21:40  
Digərləri Hər seçki məntəqəsində 3 müşahidəçi olacaq

"Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident s

arrow Ətraflı
Bu əlamətlər varsa, sevgiliniz zorakılığa meyllidir like
  • 11 Yan 21:35  
Digərləri Bu əlamətlər varsa, sevgiliniz zorakılığa meyllidir

Kanadalı tədqiqatçılar intim partnyorun zorakılığa meyilli olduğunu gös

arrow Ətraflı
Naxçıvanda seçkilərə hazırlıq işləri davam etdirilir like
  • 11 Yan 21:32  
Digərləri Naxçıvanda seçkilərə hazırlıq işləri davam etdirilir

Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin b

arrow Ətraflı
7 saat problem olar? like
  • 11 Yan 21:30  
Digərləri 7 saat problem olar?

İKT üzrə ekspert Osman Gündüz Azərbaycanda bank kartları ilə ödənişl�

arrow Ətraflı
Tərtərdə avtomobil piyadanı vuraraq xəsarət yetirib like
  • 11 Yan 21:27  
Digərləri Tərtərdə avtomobil piyadanı vuraraq xəsarət yetirib

Tərtərdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
“Kriptovalyuta kraliçası” istintaq təcridxanasında uşaq doğdu like
  • 11 Yan 21:25  
Digərləri “Kriptovalyuta kraliçası” istintaq təcridxanasında uşaq doğdu

Dələduzluqda ittiham olunan Bitmama təxəllüsü ilə tanınan bloger Valeriy

arrow Ətraflı
London meri: “Aİdən çıxış Britaniya iqtisadiyyatına 140 milyard funta başa gəlib” like
  • 11 Yan 21:22  
Dünya London meri: “Aİdən çıxış Britaniya iqtisadiyyatına 140 milyard funta başa gəlib”

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkə iqtisadiyyat

arrow Ətraflı
Səudiyyə Ərəbistanı 12 milyard dollarlıq istiqraz buraxıb like
  • 11 Yan 21:20  
Dünya Səudiyyə Ərəbistanı 12 milyard dollarlıq istiqraz buraxıb

Səudiyyə Ərəbistanı 2024-cü ildə ümumi məbləği 12 milyard dollar olan

arrow Ətraflı
Fincanda şokoladlı kekslər – like
  • 11 Yan 21:15  
Digərləri Fincanda şokoladlı kekslər –

"Cupcakes" hazırlamaq o qədər sadədir ki, hətta uşaqlar bunu ed�

arrow Ətraflı
Yaponiyada zəlzələdə ölənlərin sayı artdı like
  • 11 Yan 21:13  
Dünya Yaponiyada zəlzələdə ölənlərin sayı artdı

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 213-ə �

arrow Ətraflı
Qriqoryan Zelenskinin “sülh formulu” ilə bağlı görüşdə iştirak edəcək like
  • 11 Yan 21:10  
Dünya Qriqoryan Zelenskinin “sülh formulu” ilə bağlı görüşdə iştirak edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna Prezide

arrow Ətraflı
Əliyev İrəvanın qaytarılması xəritəsini irəli sürür  3 variant like
  • 11 Yan 21:05  
Siyasət Əliyev İrəvanın qaytarılması xəritəsini irəli sürür 3 variant

Prezident İlham Əliyevin 10 yanvarda yerli telekanallara müsahibəsində sər

arrow Ətraflı