Məşhur psixoloqdan YENİ QALMAQAL: “Evli şəxslə münasibətdə olmağın "komfortu" ondandır ki...”


Digərləri 11 Yan 2024 19:52:00 183 0

Məşhur psixoloqdan YENİ QALMAQAL: “Evli şəxslə münasibətdə olmağın "komfortu" ondandır ki...”

"İnsanlar həyatın hər sahəsində olduğu kimi münasibətlərdə də arxayınlıq axtarırlar".

Son.az xəbər verir ki, bunu məşhur psixoloq Əfsanə Rüstəmova "Cebhe.info"-ya açıqlamasında deyib.

O bildirib ki, münasibətdə idarəetmənin sizdə olmadığını bildikdə arxayın olursunuz: "Məsələn, arxayınlıq axtaranların böyük əksəriyyəti dini inancı da arxayınlıq kimi görür. Düşünürlər ki, dinin verdiyi sistemlə getdikdə sonda yaxşı bir mükafat alacaqlar. Yəni din ən böyük arxayınlıq səbəbidir. Ona görə də insanlar münasibətlərdə də arxayınlıq axtarırlar. Bunu ancaq tərəflərin bir-birinə güvənməsi ilə təmin etmək olar. Əks halda, tərəflərdə bir-birinin səhvlərinin və eyiblərinin axtarışına başlayırlar. Bu isə münasibətə ziyan vurur və yorucu bir dönəmə səbəb olur".

Psixoloq hazırda insanların bir-birinə olan etibarının hansı həddə olması barədə də danışıb: "Əlbəttə ki, bu, müzakirəyə açıq mövzudur. Hazırda insanlar bir-birinə əvvəlki kimi etibar etmirlər. Bunun önəmli səbəblərindən biri də insanların informasiya alıcılarının artmasıdır. Yəni qulağımız, gözümüz, əlimiz və s. hər yerdən informasiya alır. Beləliklə, biz daha çox informasiya alırıq, özümüz yaşamasaq da daha çox neqativ təcrübə görürük.

Ümumiyyətlə, qoruyucu mexanizm özümüz olmayanda bizdə çox böyük arxayınlıq yaranır. Yəni biri var ki, mən müdir olaraq işçini idarə edirəm, biri də var müdir başqasıdır və mən sadəcə situasiyanı idarə edirəm.

Düşünürəm ki, münasibəti də buna bənzətmək olar. Yəni evli biri ilə münasibətdə onun "namusuna", xəyanətinə, iradəsinə, güvəninə və puluna başqasının nəzarət edib, sənin isə sadəcə anlıq zövqdən faydalanman deməkdir. Çünki başqasının qazandığı pulu xərcləmək, özünün əziyyətlə qazandığını xərcləməkdən daha maraqlıdır. Hətta deyərdim ki, evli biri ilə münasibət çox böyük "komfort"dur".

Həmsöhbətimizin sözlərinə görə, qarşı tərəfin kişi və ya qadın olmasından asılı olmayaraq, onu izləyənin başqası olduğuna arxayın oluruq: "Yəni evli şəxsin həyatında olan insan ona xoşbəxtlik sahəsi yaradır. Təcrübə göstərir ki, bu günə qədər qadınlar daha çox evli kişilərlə münasibətdə olurdular.

Bu, onlar üçün daha "komfortlu" idi. İndi isə bəlkə kişilər də evli qadınlarla münasibətdə olmağa başlayıblar. Çünki kişilər artıq qadınların həyatına nəzarəti itirdikləri üçün məsuliyyətdən qurtulmağa çalışırlar. Yəni nəzarət mexanizmini başqasının üzərinə götürdüyü münasibətlərdə olmağı daha az yorucu qəbul edirlər.

Böyük ehtimalla, əsas motivlərdən biri budur. Bu, həm də maddi yükün və emosional ehtiyacın bölünməsidir. 

Həmçinin, insanın doyma həddi də artıb. Deməli, bir insan qarşı tərəfi qane edə bilmir. Əslində evli kişi və ya evli xanımla birlikdə olmağın "komfortu" ondandır ki, onu maddi, emosional və cinsi olaraq sadəcə sən təmin etməli deyilsən. İnsanlar hazırda tək bir şəxs üçün bu qədər çalışmaqdan yorulduğu üçün "komfort"da olacağı münasibətləri seçirlər".  Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

"Qeyrəti, namusu olan başqasının..."  Nura Suri like
  • 11 Yan 19:47  
Şou-biznes "Qeyrəti, namusu olan başqasının..." Nura Suri

"Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunu

arrow Ətraflı
Azərbaycanda 700 min manata Quran satılır like
  • 11 Yan 19:41  
Digərləri Azərbaycanda 700 min manata Quran satılır

Azərbaycanda dünyanın ən kiçik ölçülü Quranı satılır.

arrow Ətraflı
Taksi sürücülərinin yeni fırıldağı: xidmətdən istifadə etmədən...  VİDEO like
  • 11 Yan 19:36  
Digərləri Taksi sürücülərinin yeni fırıldağı: xidmətdən istifadə etmədən... VİDEO

Son vaxtlar bəzi taksi sürücülərinin yeni fırıldağa əl atdıqları bild

arrow Ətraflı
Elnarədən Tünzalənin bu geyiminə reaksiya  FOTO like
  • 11 Yan 19:25  
Şou-biznes Elnarədən Tünzalənin bu geyiminə reaksiya FOTO

Müğənni Elnarə Xəlilova Xalq artisti Tünzalə Ağayeva ilə bağlı payla�

arrow Ətraflı
Bakıda oğlan küçədən keçənlərə yaxınlaşıb görün nə təklif etdi like
  • 11 Yan 19:18  
Digərləri Bakıda oğlan küçədən keçənlərə yaxınlaşıb görün nə təklif etdi

Bakıda gənc oğlan sosial eksperiment keçirməyə qərar verib. Son.az xə

arrow Ətraflı
Kafedə dava düşdü: Barista sevgilisinə elə hərəkət etdi ki...  VİDEO like
  • 11 Yan 19:03  
Digərləri Kafedə dava düşdü: Barista sevgilisinə elə hərəkət etdi ki... VİDEO

Türkiyənin Bakırköy bölgəsində bir kişi sevgilisi ilə gəldiyi kafenin

arrow Ətraflı
Tezliklə varlanacaq BÜRCLƏR like
  • 11 Yan 18:58  
Digərləri Tezliklə varlanacaq BÜRCLƏR

Yanvarın ortaları Bürc dairəsinin üç nümayəndəsi üçün dönüş nöqt

arrow Ətraflı
Bakını su ilə təmin edə biləcək böyük anbar varmış like
  • 11 Yan 18:45  
Digərləri Bakını su ilə təmin edə biləcək böyük anbar varmış

Bakının Yasamal rayonunda yerləşən yeraltı su anbarı şəhərin su təmin

arrow Ətraflı
Qaraşovun qardaşı oğlu hakim qarşısına çıxarılır like
  • 11 Yan 18:39  
Kriminal Qaraşovun qardaşı oğlu hakim qarşısına çıxarılır

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Q

arrow Ətraflı
İraqdan Türkiyəyə neft daşıyan tankerlə əlaqə kəsilib like
  • 11 Yan 18:29  
Digərləri İraqdan Türkiyəyə neft daşıyan tankerlə əlaqə kəsilib

İraqdan İzmirə neft gətirən tankerlə Oman sahillərində əlaqə kəsilib.

arrow Ətraflı
"Mən onun sayəsində Nigar olmuşam.”  VİDEO like
  • 11 Yan 18:23  
Şou-biznes "Mən onun sayəsində Nigar olmuşam.” VİDEO

Əməkdar artist Nigar Şabanova tək qalmaqdan və sınanmaqdan qorxduğunu aç

arrow Ətraflı
10 min manat maaşı olan iş təklif ediləcək  VİDEO like
  • 11 Yan 18:16  
Digərləri 10 min manat maaşı olan iş təklif ediləcək VİDEO

Yaxın vaxtlarda əmək və məşğulluq altsisteminin yeni funksiyasi istifadə

arrow Ətraflı
Tələbə arvadını və körpəsini öldürməyə görə tutulan şəxsin məhkəməsi başlayır like
  • 11 Yan 18:12  
Kriminal Tələbə arvadını və körpəsini öldürməyə görə tutulan şəxsin məhkəməsi başlayır

Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid

arrow Ətraflı
Türkiyə gözəli zorlanıb like
  • 11 Yan 17:54  
Digərləri Türkiyə gözəli zorlanıb

ABŞ-də qız uşaqlarının cinsi istismarı, pedofiliya və əxlaqsızlıq ş�

arrow Ətraflı