Azad edilmiş ərazilərdə obyektlər açın


Digərləri 10 Yan 2024 21:45:00 203 0

Azad edilmiş ərazilərdə obyektlər açın

Əmlak Məsələləri üzrə Dövlət Xidməti mikrosahibkarlara müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb.

"Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (fast food, dönər və s.), çay evi, bərbərxana və gözəllik salonu, dərzi və başmaqçı, çilingər, santexnika və elektrik xidmətləri, məişət və elektrik cihazlarının təmiri məntəqəsi) bərpası planlaşdırılır. Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən mikro sahibkarlıq subyektlərinə (10 nəfərədək işçisi və 200 min manatadək illik dövriyyəsi) əməkdaşlıq təklif edilir. Müraciətçilərə dair tələblər:

Fəaliyyətə ən qısa zamanda başlama imkanının olması;

Müvafiq sahə üzrə təcrübəyə malik olması;

Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər öhdəliklərinin olmaması;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması.

Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsinə maraqlı olduğunuz təqdirdə aşağıda göstərilən sənədləri 31 yanvar 2024-cü il saat 12:00-a kimi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik", - məlumatda deyilir.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra vergi güzəştləri və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur.

Vergi güzəştləri:

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

İşğaldan azad edilmiş ərazinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu azadolma müvafiq qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.

İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.

İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması tətbiq olunur.

İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur.

Yuxarıda nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.

Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.

Əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı:

İşəgötürənlər işçi heyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Əməkhaqqının 50%-i işəgötürən tərəfindən, 50%-i isə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcəkdir.

Sosial güzəştlər:

Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.

İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə məzuniyyət

Sosial sığorta güzəştləri:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:

2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək - 100 faizi miqdarında;

2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək - 80 faizi miqdarında;

2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək - 60 faizi miqdarında;

2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək - 40 faizi miqdarında.

Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur.

Kommunal güzəştlər:

Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində maliyyə yardımı ödənilir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azərbaycan Prezidenti: Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir like
  • 10 Yan 21:40  
Siyasət Azərbaycan Prezidenti: Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli te

arrow Ətraflı
Pensiya ödənişləri 16 faiz artdı like
  • 10 Yan 21:40  
Digərləri Pensiya ödənişləri 16 faiz artdı

Pensiya ödənişləri 2023-cü ildə 781 milyon manat və ya 16 faiz artaraq, 5

arrow Ətraflı
İlham Əliyev: Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik like
  • 10 Yan 21:37  
Siyasət İlham Əliyev: Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik

Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını

arrow Ətraflı
ABŞda 44 il həbs yatan şəxsin təqsirsiz olduğu üzə çıxıb like
  • 10 Yan 21:36  
Dünya ABŞda 44 il həbs yatan şəxsin təqsirsiz olduğu üzə çıxıb

Ronni Lonq adlı ABŞ vətəndaşı günahsız yerə 44 il həbsdə yatdığına

arrow Ətraflı
Bu il daha beş şəhərə keçmiş məcburi köçkünlər qaytarılacaq like
  • 10 Yan 21:34  
Siyasət Bu il daha beş şəhərə keçmiş məcburi köçkünlər qaytarılacaq

İnfrastruktur layihələri (Qarabağ və və Şərqi Zəngəzurda həyata keçi

arrow Ətraflı
Prezident: Bu il Qarabağ, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək like
  • 10 Yan 21:33  
Siyasət Prezident: Bu il Qarabağ, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək

Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dir

arrow Ətraflı
“İnqilab” və kapitulyasiya təsadüfi deyildi like
  • 10 Yan 21:32  
Dünya “İnqilab” və kapitulyasiya təsadüfi deyildi

Ermənistan ictimaiyyəti yönünü itirmiş və deqradasiyaya uğramış vəziy

arrow Ətraflı
Prezident: Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq like
  • 10 Yan 21:29  
Siyasət Prezident: Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq

Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışd�

arrow Ətraflı
Zelenski: Müharibəni dayandırmaq üçün tərəfdaşlarımızın təzyiqinə məruz qalmırıq like
  • 10 Yan 21:29  
Dünya Zelenski: Müharibəni dayandırmaq üçün tərəfdaşlarımızın təzyiqinə məruz qalmırıq

"Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması il�

arrow Ətraflı
Ticarət mərkəzi və bazarlarda baş verən yanğınlarda məhkəmələrin mövqeyi necədir? like
  • 10 Yan 21:25  
Digərləri Ticarət mərkəzi və bazarlarda baş verən yanğınlarda məhkəmələrin mövqeyi necədir?

Azərbaycanda ən mübahisəli məhkəmə işləri sırasında yanğın hadisəl

arrow Ətraflı
ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri istefa verəcək like
  • 10 Yan 21:17  
Dünya ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri istefa verəcək

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri Pol Nakasone fevralın

arrow Ətraflı
Azərbaycan Prezidenti: Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır like
  • 10 Yan 21:08  
Siyasət Azərbaycan Prezidenti: Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır

Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi

arrow Ətraflı