"Məhkəmələr Prezident seçkilərində öz üzərinə düşən vəzifələri həyata keçirməyə hazırdır"


Digərləri 08 Yan 2024 12:43:00 160 0

"Məhkəmələr Prezident seçkilərində öz üzərinə düşən vəzifələri həyata keçirməyə hazırdır"

Ölkəmizdə seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də, proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarə olunmasını təmin etmək məqsədi daşıyır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov bu gün seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib.

O qeyd edib ki, məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərinə düşən vəzifələri həyata keçirməyə hazırdır.

"Bu sahədə münasibətləri tənzimləyən Seçki Məcəlləsi ölkəmizdə seçkilərin təşkili və keçirilməsinin əsas qaydalarını müəyyən edir. Seçki Məcəlləsində həm də seçki qanunvericiliyinin güman olunan pozulması hallarında məhkəmələrə müraciət edilməsi ilə bağlı çoxsaylı hüquqi imkanlar öz əksini tapıb.

Məcəllə ilk öncə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin əhatə dairəsini müəyyən edir. Bu şəxslərin dairəsinə - seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir.

Şikayət hüququnun reallaşdırılması iki imkanı nəzərdə tutur - inzibati şikayət və məhkəməyə şikayət verilməsi. Dairə seçki komissiyasının qərarından ilk öncə Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər.

Maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Bu növ şikayətlərə apellyasiya instansiyası məhkəmələrində seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatda Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır.

İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır", - deyə o qeyd edib.

İ.Kərimov vurğulayıb ki, məhkəmələrdə seçki hüquqlarının müdafiəsinə dair mübahisələrə baxılarkən, bir qayda olaraq, müvafiq seçki komissiyalarının qərar və hərəkətlərinin qanuniliyi yoxlanılır.

"Bu zaman icraatın özünün aparılmasına münasibətdə prosessual təminatlara riayət edilib-edilmədiyinə, maddi hüququn düzgün tətbiq olunub-olunmadığına qiymət verilir. Dinlənilmə hüququnun təmin edilməsi, tərəflərə vəsatət və sübut təqdim etmək imkanlarının yaradılması, obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməklə şikayətin araşdırılması və s. hallar prosessual təminatlarla əhatə olunur. Seçki komissiyalarından öz fəaliyyətlərini sözügedən tələblərə uyğun qurmaları gözlənilir.

Bununla yanaşı, seçki hüquqlarının müdafiəsi ilə bağlı hər bir qaldırılan məsələyə münasibətdə işin bütün faktiki halları tam araşdırılmalı, qərarların əsaslandırılmış formada qəbul edilməsi təmin edilməlidir. Seçki hüquqlarının müdafiəsi ilə əlaqədar müraciətlərə baxılmasının təfsilatlı xüsusiyyətləri barədə bir qədər sonra Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov daha ətraflı məlumat verəcəkdir.

Xüsusilə vurğulamaq istərdim ki, seçki komissiyaları tərəfindən prosedurların inzibati icraat qaydalarına uyğun aparılması, nəticədə məhkəmələrə olunan müraciətlərin də azalmasına səbəb olur. Bu baxımdan qeyd etmək istəyirəm ki, ölkəmizdə seçki prosesi və onun idarə olunması ildən-ilə daha da təkmilləşdirilir. Bu sahədə müasir texnologiyaların imkanlarından da gün keçdikcə daha geniş istifadə olunur. Bütün bunlar isə seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilini təmin edir, həmçinin vətəndaşların seçki hüquqlarının hərtərəfli qorunmasına xidmət edir", - deyə o əlavə edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Aygün Bəylərin həbsdə olan qardaşı dəfn mərasiminə niyə buraxılmadı? like
  • 08 Yan 12:37  
Kriminal Aygün Bəylərin həbsdə olan qardaşı dəfn mərasiminə niyə buraxılmadı?

Qeyd edək ki, Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsiro

arrow Ətraflı
“Dedim, qızının yanında ağlamayın” like
  • 08 Yan 12:25  
Şou-biznes “Dedim, qızının yanında ağlamayın”

Əməkdar artist Elnur Məmmədov mərhum həmkarı Aygün Bəylərin qızı Can

arrow Ətraflı
Duetlərini ağlayaraq oxudu  VİDEO like
  • 08 Yan 12:14  
Şou-biznes Duetlərini ağlayaraq oxudu VİDEO

Müğənni Nigar Camal efirdə Aygün Bəylərə görə ağlayıb.

arrow Ətraflı
“Hərdən düşünürəm ki, onu musiqiyə nahaq gətirdim...”  FOTO like
  • 08 Yan 12:10  
Şou-biznes “Hərdən düşünürəm ki, onu musiqiyə nahaq gətirdim...” FOTO

"Deməyə söz tapmıram. Biz ən böyük sənətçilərimizdən birini iti

arrow Ətraflı
"Mən yaltaqlığı bacarmıram ki, qızıl üzüklə Aygün xanımı çağırım" like
  • 08 Yan 11:50  
Şou-biznes "Mən yaltaqlığı bacarmıram ki, qızıl üzüklə Aygün xanımı çağırım"

Müğənni Səidə Sultan Atv-də yayımlanan "Rəngarəng" verilişin

arrow Ətraflı
Aygün Bəylərin qızı anası ilə vidalaşır  TƏSİRLİ GÖRÜNTÜLƏR like
  • 08 Yan 11:44  
Şou-biznes Aygün Bəylərin qızı anası ilə vidalaşır TƏSİRLİ GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi,  Əməkdar artist Aygün Bəylər yanvarın 6-da Ankar

arrow Ətraflı
Röya Aygünü buna görə məhkəməyə vermişdi  VİDEO like
  • 08 Yan 11:38  
Şou-biznes Röya Aygünü buna görə məhkəməyə vermişdi VİDEO

Aygün Bəylərin vəfatından sonra onun Röya Ayxan haqda efirdə dediyi sözl

arrow Ətraflı
Ukrayna işğalçıların hücumuna tab gətirməsə... like
  • 08 Yan 11:30  
Dünya Ukrayna işğalçıların hücumuna tab gətirməsə...

Ukrayna işğalçıların hücumuna tab gətirməsə, Rusiya ordusu dayanmayacaq

arrow Ətraflı
Bakıda parklanma ilə bağlı məsafə qısaldılacaq like
  • 08 Yan 11:26  
Digərləri Bakıda parklanma ilə bağlı məsafə qısaldılacaq

Bakının Mərkəzi Planlaşdırma Rayonunun Xüsusi Mühafizə Zonasının hüd

arrow Ətraflı
3 ardıcıl aviaqəza baş verdi like
  • 08 Yan 11:20  
Dünya 3 ardıcıl aviaqəza baş verdi

Kanadanın Britaniya Kolumbiyası dağlarında qəzaya uğrayan helikopter tapı

arrow Ətraflı
Rusiya bir daha Qərbə üz tutmayacaq  Titov like
  • 08 Yan 11:14  
Dünya Rusiya bir daha Qərbə üz tutmayacaq Titov

Hətta sabah Vaşinqton və Brüssel bütün sanksiyaları aradan qaldırsalar b

arrow Ətraflı
Aygün Bəylərin həyat yoldaşı kim idi?...  FOTOlar like
  • 08 Yan 11:10  
Şou-biznes Aygün Bəylərin həyat yoldaşı kim idi?... FOTOlar

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan m�

arrow Ətraflı
Evindən meyiti tapılan qızın like
  • 08 Yan 11:05  
Dünya Evindən meyiti tapılan qızın

Ötən gün 4-cü kurs tələbəsinin evdən meyiti tapılması barədə məlum

arrow Ətraflı
Aygün Bəylərin nəşi bacısının evindən götürüldü...  Yenilənir like
  • 08 Yan 10:56  
Kriminal Aygün Bəylərin nəşi bacısının evindən götürüldü... Yenilənir

Əməkdar artist Aygün Bəylərlə vida mərasimi başlayıb.

arrow Ətraflı
Azərbaycanda 74 yaşlı kişi qətlə yetirildi  oğlu saxlanıldı like
  • 08 Yan 10:55  
Kriminal Azərbaycanda 74 yaşlı kişi qətlə yetirildi oğlu saxlanıldı

Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəll

arrow Ətraflı