Həbsdən çıxıb gəlinini baltaladı


Kriminal 18 Sen 2023 19:49:00 373 0

Həbsdən çıxıb gəlinini baltaladı

Bakıda gəlinini qətlə yetirməkdə təqsirli bilinən Firdovsi Məhərrəmovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş, 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Daha sonra F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb və dindirilən zaman törətdiyi cinayəti etiraf edib.

İş üzrə dindirilmiş Firdovsi Məhərrəmov ifadəsində göstərib ki, təxminən 13 il əvvəl o, cəzaçəkmə müəssəsində olanda oğlu Elməddin Cəmilə Məhərəmova ilə ailə həyatı qurub. Həbsxanada olanda gəlinin arvadı Gülbənizlə mübahisə etdiyini ona evdə yaşamasına imkan vermədiyini eşidib. Cəza çəkib qurtarandan sonra evə qayıdıb.

2016-cı ildə gəlin barəsində Xəzər rayon 2-ci polis şöbəsinə şikayət edərək guya onu döydüyünü bildirib. Halbuki belə hadisə olmayıb. Nəticədə Cəmilə ərizəsini geri götürdüyü üçün araşdırma dayandırılıb.

Bir ildən sonra gəlin qayınanasının guya külqabı ilə başına xəsarət yetirməsi ilə bağlı şöbəyə növbəti dəfə ərizə verib. Xəzər rayon məhkəməsi arvadına 300 manat məbləğində cərimə cəzası təyin edib.

Cəmilə ilə eyni evdə yaşamağın mümkün olmadığını başa düşüb, arvadı ilə Şüvəlan qəsəbəsində ev kirayələyib. 2019-cu ilin iyun ayınadək orada yaşayıb. Kirayə pulunu ödəyə bilmədiyinə görə, bir müdət sonra yenidən öz evinə qayıdıb.

Sentyabrın 23-ü saat 18:00 radələrində həyətə çıxanda qudası Fərhadı görüb, bura gəlməməsini deyib. Sonuncu isə qızının evinə gəldiyini söyləyib. Az sonra Cəmilə otağa girib, qəzəblə onun atası ilə nə işi olduğunu bildirib və ona şillə vurub. Artıq əsəblərini cilovlaya bilməyib və çölə çıxıb baltanı götürüb. Gəlinindən içəridən bağladığı evin qapısını açmasını tələb edib. Pəncərənin şüşəsini yumruqla vurub sındıranda, şüşə parçası əlini kəsib. Cəmilə bunu görüb qapıdan çıxıb və darvazaya tərəf qaçıb. Həyətin ortasında ona çataraq çiynindən tutub və balta ilə zərbələr vurmağa başlayıb. Zərbələrin təsirindən qadın yerə yıxılıb. Neçə zərbə vurması yadında qalmayıb. Sonra paltar asılan ipdən uşaq mələfəsini götürüb, baltanı ona büküb. Evdə nəvələrinin televizora baxdıqlarını görüb. Taksi ilə kürəkəninin evinə gedərək ona və qızına Cəmiləni öldürdüyünü deyib. Oradan Xəzər RPİ-nə yollanıb və təslim olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Səbinə Bayramova ifadəsində göstərib ki, bacısı Cəmilənin 4 övladı olub. Əri ilə münasibəti yaxşı olsa da, qayınatası və qayınanası onu gəlin kimi qəbul etmək istəməyiblər. Sentyabrın 23-də atası xəbər verib ki, bacısını qayınatası qətlə yetirib.

Məhkəmə iclasında Firdavsi Məhərrəmov ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə hesab edib ki, Məhərrəmovun əməli CM-nin 120.2.4-cü(xüsusi amansızlıqla qəsdən adam öldürmə) madəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.

Sonda məhkəmənin hökmü ilə Firdovsi Məhərrəmov 16 il müddətinə azadlıqdan məhrum olunub.

QAİ Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyir like
  • 18 Sen 19:28  
Digərləri QAİ Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyir

Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı L

arrow Ətraflı
Bakıda şok  Qadın ərinə başqası ilə tanış olduğunu dedi, o da... like
  • 18 Sen 19:27  
Digərləri Bakıda şok Qadın ərinə başqası ilə tanış olduğunu dedi, o da...

Bakıda avadını qətlə yetirməkdə təqsirli bilinən Vadim Avçiyevin cinay

arrow Ətraflı
Adnan Oktarın malikəsini görün hansı milyarder aldı? like
  • 18 Sen 19:16  
Digərləri Adnan Oktarın malikəsini görün hansı milyarder aldı?

Adnan Oktarın illərdir yaşadığı Kandilli Vaniköydəki malikanəni dünyac

arrow Ətraflı
Ermənistan MNin iki məmuru həbs edildi like
  • 18 Sen 19:05  
Digərləri Ermənistan MNin iki məmuru həbs edildi

Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı rüşvət qarşılığında

arrow Ətraflı
Fransa səfiri Rusiya XİNə çağırıldı like
  • 18 Sen 18:55  
Dünya Fransa səfiri Rusiya XİNə çağırıldı

Fransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

arrow Ətraflı
Əhali ötən ay restoranlara nə qədər pul xərcləyib? like
  • 18 Sen 18:54  
Digərləri Əhali ötən ay restoranlara nə qədər pul xərcləyib?

2023-cü ilin avqust ayında Azərbaycanda əhali kafe və restoranlara 186 mily

arrow Ətraflı
İki ölkə arasında məhbus mübadiləsi baş tutdu like
  • 18 Sen 18:43  
Dünya İki ölkə arasında məhbus mübadiləsi baş tutdu

İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

arrow Ətraflı
Bakıda yüksək vəzifədə çalışmış qadın like
  • 18 Sen 18:39  
Kriminal Bakıda yüksək vəzifədə çalışmış qadın

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük müt�

arrow Ətraflı
Hadisədən keçmiş əri ilə barışma iddilarına like
  • 18 Sen 18:32  
Şou-biznes Hadisədən keçmiş əri ilə barışma iddilarına

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Hadisənin son paylaş�

arrow Ətraflı
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul edildi like
  • 18 Sen 18:31  
Digərləri İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul edildi

Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdı

arrow Ətraflı
7 yaşlı uşaq kiçik qardaşını qaçırılmaqdan belə like
  • 18 Sen 18:21  
Dünya 7 yaşlı uşaq kiçik qardaşını qaçırılmaqdan belə

Mançesterdə mağazada bir kişi üç yaşlı uşağı qaçırmağa cəhd edib,

arrow Ətraflı
Ermənistanın bu hərəkəti beynəlxalq uçuşlar üçün böyük təhlükədir like
  • 18 Sen 18:19  
Siyasət Ermənistanın bu hərəkəti beynəlxalq uçuşlar üçün böyük təhlükədir

Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elek

arrow Ətraflı
Rusiya bu addımı müsbət qiymətləndirir  Zaxarova like
  • 18 Sen 18:15  
Digərləri Rusiya bu addımı müsbət qiymətləndirir Zaxarova

Rusiya Laçın yolu ilə Ağdam-Xankəndi marşrutunun eyni vaxtda açılmasın�

arrow Ətraflı
Bakıda tanınmış şirkət rəhbərini işçisi like
  • 18 Sen 18:12  
Kriminal Bakıda tanınmış şirkət rəhbərini işçisi

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərini öldürməyə c�

arrow Ətraflı