İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib


Siyasət 18 Sen 2023 14:55:00 236 0

İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib

Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevərləri 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təbrik edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mətndə deyilir:

"Bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir.

Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır.

Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir.

Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir.

Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırmışdır.

Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı "Məhəbbət əfsanəsi" baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırmışdır.

Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan "Məhəbbət əfsanəsi" baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur.

Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaqdır".

İtkin düşmüşlərin ailə üzvlərindən 10 min 815 bioloji nümunə götürülüb like
  • 18 Sen 14:52  
Digərləri İtkin düşmüşlərin ailə üzvlərindən 10 min 815 bioloji nümunə götürülüb

Birinci Qarabağ Müharibəsi zamanı itkin düşən şəxslərin meyit qalılqa

arrow Ətraflı
Bella Hadid müalicədən sonra ilk dəfə göründü like
  • 18 Sen 14:41  
Şou-biznes Bella Hadid müalicədən sonra ilk dəfə göründü

Supermodel Bella Hadid laym xəstəliyinin müalicəsini başa vurduqdan sonra i

arrow Ətraflı
Separatçılar geri çəkildi, Bakının gündəmi isə dəyişmir  VİDEO like
  • 18 Sen 14:30  
Digərləri Separatçılar geri çəkildi, Bakının gündəmi isə dəyişmir VİDEO

Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avt

arrow Ətraflı
XƏBƏRDARLIQ! Binalarda yerləşən klinikalar RADİASİYA VERƏ BİLƏR  VİDEO like
  • 18 Sen 14:20  
Digərləri XƏBƏRDARLIQ! Binalarda yerləşən klinikalar RADİASİYA VERƏ BİLƏR VİDEO

Azərbaycanda radiasiya yayan qurğulara nəzarət məsələsi gündəmə gəlib

arrow Ətraflı
Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb  Xanlar Vəliyev like
  • 18 Sen 14:18  
Siyasət Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb Xanlar Vəliyev

Ermənistan tərəfindən 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin m

arrow Ətraflı
Ərdoğanın Maska sualı maraq doğurdu  "Arvadın haradadır?" like
  • 18 Sen 14:09  
Dünya Ərdoğanın Maska sualı maraq doğurdu "Arvadın haradadır?"

Xəbər verdiyimiz kimi ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tay

arrow Ətraflı
Təyyarələr toqquşdu: Pilotlar həlak oldu  VİDEO like
  • 18 Sen 13:58  
Dünya Təyyarələr toqquşdu: Pilotlar həlak oldu VİDEO

ABŞ-ın Nevada ştatında iki təyyarənin toqquşması nəticəsində pilotlar

arrow Ətraflı
Ümidvarıq ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa edəcək  İran XİN like
  • 18 Sen 13:57  
Siyasət Ümidvarıq ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa edəcək İran XİN

İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyin�

arrow Ətraflı
Hədəfə aparan yol açıldı  Separatçılar like
  • 18 Sen 13:50  
Siyasət Hədəfə aparan yol açıldı Separatçılar

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını a

arrow Ətraflı
Bədəninin çürüdüyünü deyən Leyla yenidən əməliyyat olunur like
  • 18 Sen 13:47  
Şou-biznes Bədəninin çürüdüyünü deyən Leyla yenidən əməliyyat olunur

Plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşan azərbayc

arrow Ətraflı
Ermənistan əsir və girovlar barədə bizə heç bir məlumat vermir like
  • 18 Sen 13:44  
Digərləri Ermənistan əsir və girovlar barədə bizə heç bir məlumat vermir

Biz güman edirik ki, müharibə zamanı əsir və girov götürülən şəxslə

arrow Ətraflı
COVİDin yeni növü “Eris” Azərbaycana RİSK YARADIRMI?  VİDEO like
  • 18 Sen 13:36  
Digərləri COVİDin yeni növü “Eris” Azərbaycana RİSK YARADIRMI? VİDEO

3 ildir həyatımıza daxil olan və çıxmaq bilməyən koronavirus yenə mutas

arrow Ətraflı
"Yuqoslaviya kimi, Azərbaycan da bu əzabı yaşayan dövlətdir" like
  • 18 Sen 13:28  
Digərləri "Yuqoslaviya kimi, Azərbaycan da bu əzabı yaşayan dövlətdir"

Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzab

arrow Ətraflı