Hədəfə aparan yol açıldı Separatçılar


Siyasət 18 Sen 2023 13:50:00 237 0

Hədəfə aparan yol açıldı  Separatçılar

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını artıq Xankəndinə çatıb

Sentyabrın 1-də əldə olunan razılaşma yubansa da separatçıların niyyəti baş tutmayıb. Belə ki, ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarından yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib. Artıq BQXK-ya məxsus 1 yük, 2 minik maşını Xankəndinə çatıb.

Yüklər BQXK-nın maşınları ilə daşınıb. Burada diqqət çəkən nüans var. Separatçılar əvvəl deyirdilər ki, bu yollar ümumiyyətlə açıla bilməz. İndi isə  açıqlama yayaraq bildiriblər ki, Azərbaycan dövlət nömrə nişanlı yük maşınları ilə Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklər.

"Feysbuk qəhrəmanları bizə irad tutur ki, niyə Ağdam yolunun açılmasına razı olduq. Ağdam yolundan gələn maşının sürücüsü azərbaycanlı deyil. Maşın Azərbaycan nömrəsi ilə deyil. Məhsullar Azərbaycan istehsalı deyil. Nə etməli idik?Azərbaycan istehsalı məhsul bura daxil olmayacaq", - qondarma qurumun rəhbərinin köməkçisi David Babayan deyib.

Əvvəla, bu bəyanatla separatçılar öz yalanlarını ifşa etmiş olurlar. Əgər həqiqətən də humanitar yardıma ehtiyac varsa, məhsulun "türk ya rus çörəyi"nin olmasının əhəmiyyəti olmamalıdır. Aydın məsələdir ki, onlar rasizm tipli davranışları ilə vəziyyəti daha da gərginləşdirmək istəyirlər. 

Yüklərin Xankəndinə çatması qarabağlı ermənilərin "humanitar fəlakət", "aclıq", "blokada" ilə bağlı təbliğatlarının nəticəsiz qaldığının göstəricisidir. Əslində təklif Azərbaycan tərfindən edilsə də, separatçılar iddia edirlər ki, Beynəlxalq Qızıl Xaçın Xankəndi ofisinin və Rusiya sülhməramlılarının təklifini qəbul etməyə razılaşıblar. Azərbaycanın etdiyi hər iki yolun paralel açılması təklifini həzm edə bilməyən erməni separatçılar 18 gün sonra Azərbaycan dövlətinin maraqlarına uyğun qərar qəbul ediblər. Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzatsa da məsələ Azərbaycanın istədiyi kimi həllini tapıb.

Separatçların geri çəkilməsini Bakını Xankəndi hədəfinə doğru daha da yaxınlaşması kimi qəbul etmək olar. Yolların açılması, yüklərin qəbulu onu göstərir ki, separatçılar prosesləri nə qədər uzatmağa, Azərbaycana şər, böhtan atmağa, təxribatlar törətməyə çalışsalar da, nəticədə Rəsmi Bakının istədiyi kimi qərar qəbul etməli olurlar. Onlar hələ də anlamırlar ki, məsələnin çıxış yolu erməni əhalisinin reinteqrasiyası prosesidir.

Bəxtiyar Umarlı Son.az

Bədəninin çürüdüyünü deyən Leyla yenidən əməliyyat olunur like
  • 18 Sen 13:47  
Şou-biznes Bədəninin çürüdüyünü deyən Leyla yenidən əməliyyat olunur

Plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşan azərbayc

arrow Ətraflı
Ermənistan əsir və girovlar barədə bizə heç bir məlumat vermir like
  • 18 Sen 13:44  
Digərləri Ermənistan əsir və girovlar barədə bizə heç bir məlumat vermir

Biz güman edirik ki, müharibə zamanı əsir və girov götürülən şəxslə

arrow Ətraflı
COVİDin yeni növü “Eris” Azərbaycana RİSK YARADIRMI?  VİDEO like
  • 18 Sen 13:36  
Digərləri COVİDin yeni növü “Eris” Azərbaycana RİSK YARADIRMI? VİDEO

3 ildir həyatımıza daxil olan və çıxmaq bilməyən koronavirus yenə mutas

arrow Ətraflı
"Yuqoslaviya kimi, Azərbaycan da bu əzabı yaşayan dövlətdir" like
  • 18 Sen 13:28  
Digərləri "Yuqoslaviya kimi, Azərbaycan da bu əzabı yaşayan dövlətdir"

Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzab

arrow Ətraflı
Sülhün əldə olunmaması beynəlxalq ictimaiyyətin uğursuzluğudur  Devid Merkel like
  • 18 Sen 13:20  
Siyasət Sülhün əldə olunmaması beynəlxalq ictimaiyyətin uğursuzluğudur Devid Merkel

Mən Azərbaycana 25 ildən çoxdur səfər edirəm. Xocalı soyqırımı haqqı

arrow Ətraflı
Erməni lobbisi uduzdu, Bakı prosesə başladı like
  • 18 Sen 13:14  
Dünya Erməni lobbisi uduzdu, Bakı prosesə başladı

Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xan

arrow Ətraflı
“Xınalıq kəndi və Köç yolu” UNESCOnun İrs Siyahısına salındı like
  • 18 Sen 13:08  
Digərləri “Xınalıq kəndi və Köç yolu” UNESCOnun İrs Siyahısına salındı

"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahıs

arrow Ətraflı
Prezident yol tikintisinə 11 milyon manat ayırdı like
  • 18 Sen 13:04  
Siyasət Prezident yol tikintisinə 11 milyon manat ayırdı

Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federas

arrow Ətraflı
Qiyməti dəyişən Taksi xidmətinin keyfiyyəti də dəyişdimi?  VİDEO like
  • 18 Sen 13:03  
Digərləri Qiyməti dəyişən Taksi xidmətinin keyfiyyəti də dəyişdimi? VİDEO

İyulun 24-də ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri tər

arrow Ətraflı
Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı like
  • 18 Sen 13:02  
Digərləri Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Əsas yerləşdirmədən sonra ali təhsil müəssisələrinə qəbul olunan ş�

arrow Ətraflı
Qondarma rejim Ermənistana getmək istəyən Qarabağ ermənilərindən bu qədər pul istəyir like
  • 18 Sen 13:00  
Siyasət Qondarma rejim Ermənistana getmək istəyən Qarabağ ermənilərindən bu qədər pul istəyir

Qarabağdakı qondarma rejim Rusiya sülhməramlıları ilə birlikdə Ermənist

arrow Ətraflı
Ermənistan itkin düşən şəxslərlə bağlı təşəbbüsümüzə cavab vermir  Fariz Rzayev like
  • 18 Sen 12:50  
Siyasət Ermənistan itkin düşən şəxslərlə bağlı təşəbbüsümüzə cavab vermir Fariz Rzayev

Biz itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll etməyə

arrow Ətraflı
Separatçıların yolu daraldı  Rusiyadan cavab like
  • 18 Sen 12:42  
Digərləri Separatçıların yolu daraldı Rusiyadan cavab

"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi ilə yüklərin daşınmas�

arrow Ətraflı