Ermənilər əsir və girov götürlən azərbaycanlıları ağır işgəncələrə məruz qoyub Xanlar Vəliyev
Siyasət 18 Sen 2023 14:25:00 353 0
Ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddialarını davam etdirib, məqsədlərinə nail olmaq üçün ümumbəşəri dəyərləri özündə ehtiva edən beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozub.
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanınbaş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, ermənilər Azərbaycan Respublikasının silahlı qüvvələrinin əsir düşmüş hərbi qulluqçularına, girov götürülən şəxslərə qarşı olduqca qəddar və qeyri-insani rəftar edilib, ağır işgəncələrə məruz qoyulub.
"Həmçinin, 3890 nəfərin taleyi barədə bugünədək heç bir məlumat verilməyib", - deyə X.Vəliyev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir. Son.az
Azərbaycanda radiasiya yayan qurğulara nəzarət məsələsi gündəmə gəlib
Ermənistan tərəfindən 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin m
Xəbər verdiyimiz kimi ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tay
ABŞ-ın Nevada ştatında iki təyyarənin toqquşması nəticəsində pilotlar
İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyin�
Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını a
Plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşan azərbayc
Biz güman edirik ki, müharibə zamanı əsir və girov götürülən şəxslə
3 ildir həyatımıza daxil olan və çıxmaq bilməyən koronavirus yenə mutas
Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzab
Türkiyədə ürəkparçalayan olay yaşanıb.
Mən Azərbaycana 25 ildən çoxdur səfər edirəm. Xocalı soyqırımı haqqı
Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xan
"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahıs
Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federas