Türkdilli dövlətlərlə münasibətlərimizi “qazanqazan” prinsipi əsasında qururuq Ömər Bolat


Digərləri 18 Sen 2023 09:46:00 214 0

Türkdilli dövlətlərlə münasibətlərimizi “qazanqazan” prinsipi əsasında qururuq  Ömər Bolat

Türkdilli dövlətlərlə münasibətlərimizi "qazan-qazan" prinsipi əsasında qururuq.

Son.az xəbər verir ki, bu barədə TurkicWorld-ə eksklüziv müsahibəsində Türkiyənin Ticarət Naziri Ömər Bolat bildirib.

Nazir qeyd edib ki, Türkiyə digər türkdilli dövlətlər ilə hər sahədə əlaqələri gündən-günə artırır. Münasibətlərimiz mahiyyətcə dostluq və qardaşlıq üzərində qurulub. Biz son 30 ildə siyasi sahədə əldə etdiyimiz sıx əməkdaşlığı, son 20 ildə iqtisadi və ticari əlaqələrimizdə əldə etdiyimiz irəliləyişlə gücləndirmişik. Biz istehsalın və ixracın şaxələndirilməsi üçün əməkdaşlıq edirik",- deyə nazir bildirib.

Onun sözlərinə görə, Türkiyə region ölkələrinin azad bazar iqtisadiyyatına uyğunlaşması və transformasiya prosesində sosial dinamikanın zədələnməməsi üçün böyük səylər göstərib.

"Biz bilirik ki, kommersiya dinamikasının yalnız bir məhsula yönəldilməsi iqtisadi sabitliyə nail olmaq üçün əsas maneədir və region dövlətləri də bu vəziyyətdən xəbərdardır. Bizim sıx əməkdaşlığımız istehsalın və ixracın şaxələndirilməsi istiqamətində davam edir. Xüsusilə, qida emalı sektoruna qoyulan investisiyalar hesabına region əhalisinin ərzaq təminatına olan tələbatının ödənilməsinə önəm veririk",- deyə Türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, turizm sektoru Türkiyənin hər zaman önəm verdiyi bir sektordur.

"Region ölkələrinin turizm potensialı yüksəkdir. Podratçılarımızın həyata keçirdiyi layihələr vasitəsilə region ölkələrinin infrastrukturuna verdiyimiz töhfələr turizm sektorunun səviyyəsinin yüksəlməsinə təkan verəcək. Bundan əlavə, region bərpa olunan enerji sahəsində yüksək potensiala malikdir. Bu sahəyə qoyulacaq sərmayələrlə təkcə ekoloji təmiz istehsal təmin edilməyəcək, həm də enerji istehsal kanallarının şaxələndirilməsi təmin ediləcək. Bu sahədə təcrübəli investorlarımız bölgədə hər cür ehtiyacları qarşılamaq üçün çalışırlar", - deyə nazir vurğulayıb.

Türkiyədə olan azad iqtisadi zonalarda ixracyönümlü istehsal, ticarət və digər xidmət fəaliyyətlərinin həyata keçirildiyini qeyd edən Bolat bildirb ki, zonalarda dost və qardaş ölkə Azərbaycan investorları daxil olmaqla, digər ölkələrin investorlarına da güzəştlər tətbiq edilir.

"Azad iqtisadi zonalarda bütün yerli və xarici investorlarımıza, istehsalat fəaliyyətlərində korporativ vergi istisnası, istehsal olunan məhsulların 85%-i ixrac olunduğu təqdirdə isə işləyən işçilərə ödənilən əməkhaqqından gəlir vergisi tutulmasından azad edilməsi, daşınmaz əmlak vergisindən azadolma və vergi, möhür və rüsum azadlığı kimi imkanlar təklif edilir",- deyə nazir qeyd edib. Son.az

"Balmain"nin yeni kolleksiyasının başına iş gəldi like
  • 18 Sen 09:38  
Şou-biznes "Balmain"nin yeni kolleksiyasının başına iş gəldi

"Balmain"-in yeni kolleksiyasından 50 məhsulun daşınma zamanı oğ

arrow Ətraflı
Hacı Natiq vəfat etdi like
  • 18 Sen 09:31  
Digərləri Hacı Natiq vəfat etdi

Nardaran Ağsaqqallar Şurasının sədri​ Hacı Natiq Kərimov vəfat edib.

arrow Ətraflı
Balakəndə qonşular saxlanıldı like
  • 18 Sen 09:30  
Digərləri Balakəndə qonşular saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisind

arrow Ətraflı
Xankəndiyə göndərilən budəfəki yardımda nə var idi? like
  • 18 Sen 09:22  
Siyasət Xankəndiyə göndərilən budəfəki yardımda nə var idi?

"Beynəlxalq Qırmızı Xaç Komitəsi həm Laçın, həm də Ağdam yolund

arrow Ətraflı
Tolik universitetə daxil oldu like
  • 18 Sen 09:11  
Şou-biznes Tolik universitetə daxil oldu

Tanınmış prodüser və aparıcı Tarix Əliyev tələbə adını qazanıb.

arrow Ətraflı
BQXKnin Xankəndinə aparılan yardımı Laçın postunda belə yoxlanıldı like
  • 18 Sen 09:07  
Siyasət BQXKnin Xankəndinə aparılan yardımı Laçın postunda belə yoxlanıldı

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi

arrow Ətraflı
Hacıqabulda avtomobil aşıb, 5 nəfər xəsarət alıb like
  • 18 Sen 09:00  
Digərləri Hacıqabulda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Hacıqabulun Nəvahı kəndində 5 nəfərin xəsarət alması ilə nəticələn

arrow Ətraflı
Əhaliyə sevindirici XƏBƏR  Maaşlar BU TARİXDƏ artacaq like
  • 18 Sen 08:52  
Digərləri Əhaliyə sevindirici XƏBƏR Maaşlar BU TARİXDƏ artacaq

"Hesablamalara görə ölkədə 12 faizlik inflyasiya müşahidə olunur. G

arrow Ətraflı
Ərdoğandan İlon Maska İKİ TƏKLİF like
  • 18 Sen 08:37  
Dünya Ərdoğandan İlon Maska İKİ TƏKLİF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "Tesla" kompa

arrow Ətraflı
Yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 18 Sen 08:21  
Digərləri Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu gün qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi m

arrow Ətraflı
Polis patrul avtomobilində ÖLDÜRÜLDÜ like
  • 18 Sen 08:13  
Digərləri Polis patrul avtomobilində ÖLDÜRÜLDÜ

ABŞ-ın Kaliforniya ştatında Los-Anceles dairəsi şerifinin müavini şəxsi

arrow Ətraflı
Bu milli parklar insan həyatı üçün TƏHLÜKƏLİDİR  SİYAHI like
  • 18 Sen 08:05  
Digərləri Bu milli parklar insan həyatı üçün TƏHLÜKƏLİDİR SİYAHI

İnsan çoxdan dünyada ən qiymətli varlıq hesab olunur. Lakin dünyada elə

arrow Ətraflı
Çox şadıq ki, humanitar konsensus əldə edildi  BQXK rəsmisi like
  • 18 Sen 07:57  
Siyasət Çox şadıq ki, humanitar konsensus əldə edildi BQXK rəsmisi

BQXK hazırda həm Laçın, həm də Ağdam yolundan keçməklə yük maşınlar

arrow Ətraflı
Cəlilabadda AĞIR YOL QƏZASI: ölən var like
  • 18 Sen 07:38  
Digərləri Cəlilabadda AĞIR YOL QƏZASI: ölən var

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası baş

arrow Ətraflı