QAİda Böyük Qarakilsə rayon icmasının iclası keçirildi


Digərləri 17 Sen 2023 16:44:00 227 0

QAİda Böyük Qarakilsə rayon icmasının iclası keçirildi

Sentyabrın 16-da Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmasının iclası keçirilib.

Son.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov QAİ-nin strukturu və rayon və kənd icmalarının təşkilati strukturu haqda məlumat verib. Rayon və kənd icma sədrlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifləri haqda danışıb.

Daha sonra çıxış üçün söz Qərbi Azərbaycan İcmasının Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərova verilib. O, Böyük Qarakilsə rayon icmasının sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib, Böyük Qarakilsə rayonunun tarixi və əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı məlumat verib.

Tədbirə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədri, Türkiyə Böyük Millət Məclisinin 17-ci dönəm millət vəkili Aziz Kaygısızla birgə qatılan Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq Qərbi Azərbaycan İcmasının fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası ilə bağlı geniş məlumat verib, sonra tədbir iştirakçılarına qardaş Türkiyədən gəlmiş qonağı - əslən Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən olan Aziz Kaygısızı təqdim edib. İcmada olmaqdan məmnunluğunu ifadə edən qonaq bildirib ki, ata-babaları Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən 19-cu əsrin sonlarında qırğınlar zamanı İqdır, Qars bölgəsinə köç ediblər.

Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov və Böyük Qarakilsə rayon icmasının nümayəndələri çıxış edərək öz təkliflərini veriblər. İcmanın qarşısında üzərinə düşən işlərin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Tədbirdə Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusu ilə bağlı nitqini, həmçinin ölkə başçısı cənab Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində çıxışını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Separatçı rejim Azərbaycanın tələbi ilə razılaşdı like
  • 17 Sen 16:28  
Digərləri Separatçı rejim Azərbaycanın tələbi ilə razılaşdı

Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub,

arrow Ətraflı
Ən yalançı bürclər bunlardır like
  • 17 Sen 16:26  
Digərləri Ən yalançı bürclər bunlardır

Yalan danışmaq vərdişi münasibətlərdə böyük problemlərə yol açır.

arrow Ətraflı
MAR prezidentindən Makrona: like
  • 17 Sen 16:24  
Dünya MAR prezidentindən Makrona:

Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanj Tuadera fransalı h�

arrow Ətraflı
Düşmən bu dəfə Şuşadakı mövqelərimizi atəşə tutdu like
  • 17 Sen 16:17  
Digərləri Düşmən bu dəfə Şuşadakı mövqelərimizi atəşə tutdu

Sentyabrın 17-si saat 15:10 radələrində erməni qeyri-qanuni silahlı dəst�

arrow Ətraflı
Elnarə Abdullayeva plastik əməliyyatdan sonra belə oldu like
  • 17 Sen 16:12  
Şou-biznes Elnarə Abdullayeva plastik əməliyyatdan sonra belə oldu

Bir ay əvvəl göz nahiyyəsində "blefaroplastika" əməliyyatı ke�

arrow Ətraflı
MN: Qanunsuz erməni silahlıları Ağdam istiqamətində mina basdırmağa cəhd etdilər like
  • 17 Sen 16:03  
Digərləri MN: Qanunsuz erməni silahlıları Ağdam istiqamətində mina basdırmağa cəhd etdilər

Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müv�

arrow Ətraflı
“50 ildə bu dərəcədə görməmişliklə rastlaşmamışam” like
  • 17 Sen 16:02  
Digərləri “50 ildə bu dərəcədə görməmişliklə rastlaşmamışam”

Yeni tədris ilinin ilk günündə valideynlərdən birinin ali məktəbə daxil

arrow Ətraflı
Ev üsulu ilə boğaz ağrısına əlac  1 DƏFƏYƏ KEÇƏCƏK like
  • 17 Sen 16:00  
Digərləri Ev üsulu ilə boğaz ağrısına əlac 1 DƏFƏYƏ KEÇƏCƏK

Boğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsullarından b

arrow Ətraflı
5 ölkədən qadağa: like
  • 17 Sen 15:48  
Dünya 5 ölkədən qadağa:

Finlandiya, Litva, Latviya, Estoniya və Polşa Rusiyadan avtomobillərin ərazi

arrow Ətraflı
Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən pislənilmir like
  • 17 Sen 15:37  
Digərləri Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən pislənilmir

Təəssüf ki, Ermənistanın əsir, girov götürülmüş, itkin düşmüş ş�

arrow Ətraflı
Miqrantlarla toqquşmalarda 26 polis yaralandı like
  • 17 Sen 15:36  
Dünya Miqrantlarla toqquşmalarda 26 polis yaralandı

Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritr

arrow Ətraflı
2 il yarıma 1 milyard like
  • 17 Sen 15:24  
Şou-biznes 2 il yarıma 1 milyard

Son zaman ifaları ilə adından söz etdirən müğənni Semicenk rəqəmsal pl

arrow Ətraflı
Ermənistan tərəfi kütləvi məzarlıqların yerini gizlədir like
  • 17 Sen 15:16  
Digərləri Ermənistan tərəfi kütləvi məzarlıqların yerini gizlədir

Ermənistan tərəfi əsir, girov və itkin düşmüş şəxslırlə bağlı əm

arrow Ətraflı
Qanunsuz erməni silahlıların hücumu gözlənilir like
  • 17 Sen 15:14  
Digərləri Qanunsuz erməni silahlıların hücumu gözlənilir

Son saatlar ərzində qanunsuz silahlı dəstələr Ağdam istiqamətində atə�

arrow Ətraflı