Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub


Siyasət 17 Sen 2023 14:16:00 244 0

Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

17 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

XİN-dən Son.az-a bildirilib ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Bununla yanaşı, son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü bir daha məmnunluqla xatırlayıb.

Nazirlər arasında eyni zamanda, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan tədbirlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb. Ermənistan Baş naziri Nikol Paşinyanın 2 Sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin "seçki" adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Rusiyalı tarixçi: ABŞ bütün əxlaqi çərçivələri aşdı like
  • 17 Sen 14:13  
Siyasət Rusiyalı tarixçi: ABŞ bütün əxlaqi çərçivələri aşdı

İnsan haqları mövzusu ABŞ tərəfindən 1950-ci ildən bəri ənənəvi olar

arrow Ətraflı
Əməkdar artistin ayağı amputasiya edildi like
  • 17 Sen 14:12  
Şou-biznes Əməkdar artistin ayağı amputasiya edildi

Rusiyanın Əməkdar artisti Aleksandr Qalevskinin sol ayağını amputasiya edi

arrow Ətraflı
Üç bürc sevgidə ikinci şans əldə edəcək: like
  • 17 Sen 14:00  
Digərləri Üç bürc sevgidə ikinci şans əldə edəcək:

Sentyabr ayı ulduz falı üç Bürc əlamətinə ehtiraslı məhəbbət və uzu

arrow Ətraflı
Üzündə döyülmə izləri ilə podiuma çıxan İrina Şeyk hamını like
  • 17 Sen 13:38  
Şou-biznes Üzündə döyülmə izləri ilə podiuma çıxan İrina Şeyk hamını

Supermodel İrina Şeyk Londonda keçirilən "Mowalola" brendinin  n�

arrow Ətraflı
Hirkan meşələri UNESCOnun Ümumdünya İrs Siyahısına daxil edildi like
  • 17 Sen 13:26  
Digərləri Hirkan meşələri UNESCOnun Ümumdünya İrs Siyahısına daxil edildi

"Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdün

arrow Ətraflı
Rusiya mövqelərini bərpa etməyə çalışır, like
  • 17 Sen 13:24  
Dünya Rusiya mövqelərini bərpa etməyə çalışır,

Ötən gün ərzində Baxmut istiqamətində Kleşiyevka ərazisində Ukrayna or

arrow Ətraflı
ABŞ niyə separatçıların qarşısında geri çəkildi? like
  • 17 Sen 13:14  
Siyasət ABŞ niyə separatçıların qarşısında geri çəkildi?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vas

arrow Ətraflı
Daha bir serial reytinq qurbanı oldu like
  • 17 Sen 13:12  
Şou-biznes Daha bir serial reytinq qurbanı oldu

"Ya çok seversen" serialı ilə bağlı final qərarı alınıb.

arrow Ətraflı
Ac qalmadan arıqlayın like
  • 17 Sen 13:00  
Digərləri Ac qalmadan arıqlayın

Dazıotu çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə,

arrow Ətraflı
Ölkə ərazisinə yağış və qar yağacaq like
  • 17 Sen 12:53  
Digərləri Ölkə ərazisinə yağış və qar yağacaq

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
ABŞnın məqsədi bölgədə erməni məsələsini aktuallaşdırmaqdır like
  • 17 Sen 12:49  
Siyasət ABŞnın məqsədi bölgədə erməni məsələsini aktuallaşdırmaqdır

Ötən il Azərbaycanda bir çoxları Vaşinqtonda keçirilən görüşlərə ü

arrow Ətraflı
Daha 80 erməni Qarabağı tərk etdi like
  • 17 Sen 12:48  
Digərləri Daha 80 erməni Qarabağı tərk etdi

80 erməniəsilli şəxs Qarabağı tərk edərək Ermənistana gedib.

arrow Ətraflı
Sevinc Fətəliyeva: ABŞ öz cəsarətsizliyinin günahını Azərbaycanda görür like
  • 17 Sen 12:37  
Siyasət Sevinc Fətəliyeva: ABŞ öz cəsarətsizliyinin günahını Azərbaycanda görür

Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1

arrow Ətraflı
Təyyarə qəzasında 14 nəfər like
  • 17 Sen 12:36  
Digərləri Təyyarə qəzasında 14 nəfər

Braziliyanın şimalındakı ekvatorial Amazon tropik meşələrində baş verə

arrow Ətraflı