Sevinc Fətəliyeva: ABŞ öz cəsarətsizliyinin günahını Azərbaycanda görür


Siyasət 17 Sen 2023 12:37:00 275 0

Sevinc Fətəliyeva: ABŞ öz cəsarətsizliyinin günahını Azərbaycanda görür

Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Antoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm də Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq etmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyinə və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir.

Qarabağda keçirilmiş "seçkilər"ə münasibətdə də ABŞ-ın riyakarlığının şahidi olduq. Sentyabrın 9-da "keçirilmiş seçkilər"dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun "seçkiləri"ni tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə "seçki"ni tanımadığını bildirmək məcburiyyətində qaldı.

S.Fətəliyevanın sözlərinə görə, ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Bononun regiona səfəri bölgədə problemlərin həllinə heç bir töhfə vermədi və nəticəsiz qaldı. Çünki ABŞ öz niyyətində səmimi deyil - onu sülh maraqlandırmır. Əks təqdirdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan "Dağlıq Qarabağ xalqının hüquqları"ndan danışmazdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.

"Faktiki olaraq bu gün ABŞ Fransa ilə birlikdə Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanın belə açıq ermənipərəst siyasəti nəticəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə, eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ı da gözləyir", - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Təyyarə qəzasında 14 nəfər like
  • 17 Sen 12:36  
Digərləri Təyyarə qəzasında 14 nəfər

Braziliyanın şimalındakı ekvatorial Amazon tropik meşələrində baş verə

arrow Ətraflı
ABŞda riyakarlıq artıq dövlət siyasəti səviyyəsinə yüksəlib like
  • 17 Sen 12:26  
Siyasət ABŞda riyakarlıq artıq dövlət siyasəti səviyyəsinə yüksəlib

ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayand

arrow Ətraflı
Nişanlandılar like
  • 17 Sen 12:24  
Şou-biznes Nişanlandılar

Türkiyəli aktyor Burak Dakakla aktrisa Leyla Tanlar evlənir.

arrow Ətraflı
Son Dəqiqə: like
  • 17 Sen 12:08  
Digərləri Son Dəqiqə:

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

arrow Ətraflı
"Azərbaycanın ərazi bütövlüyü ifadəsi səsləndirilmədi, əvəzində..." like
  • 17 Sen 12:01  
Siyasət "Azərbaycanın ərazi bütövlüyü ifadəsi səsləndirilmədi, əvəzində..."

"Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsl

arrow Ətraflı
NATO Soyuq Müharibədən bəri ən böyük təlimlər keçirəcək like
  • 17 Sen 11:48  
Dünya NATO Soyuq Müharibədən bəri ən böyük təlimlər keçirəcək

Gələn il NATO Soyuq Müharibə bitdikdən sonra 40 mindən çox hərbçinin i�

arrow Ətraflı
ABŞnın mövqeyi separatçılıqla mübarizə deyil like
  • 17 Sen 11:43  
Siyasət ABŞnın mövqeyi separatçılıqla mübarizə deyil

ABŞ sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi ma

arrow Ətraflı
Blinken ilə Quterreş taxıl müqaviləsini müzakirə etdilər like
  • 17 Sen 11:39  
Dünya Blinken ilə Quterreş taxıl müqaviləsini müzakirə etdilər

ABŞ dövlət katibi Antoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş ş

arrow Ətraflı
“Oktyabrda sülh müqaviləsi imzalanacaq?” sualına like
  • 17 Sen 11:36  
Digərləri “Oktyabrda sülh müqaviləsi imzalanacaq?” sualına

"Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində

arrow Ətraflı
Fransa kimi, ABŞ da vasitəçi statusunu itirəcək? like
  • 17 Sen 11:35  
Siyasət Fransa kimi, ABŞ da vasitəçi statusunu itirəcək?

Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini bərabərhüquqlu tərəfd

arrow Ətraflı
" "Generalım”, dünyanın ən yaxşı...” like
  • 17 Sen 11:30  
Şou-biznes " "Generalım”, dünyanın ən yaxşı...”

Aktrisa Çimnaz Sultanova son paylaşımı ilə gündəmə səs salıb.

arrow Ətraflı
Türkiyəli aktrisa xəstəxanalıq oldu like
  • 17 Sen 11:24  
Şou-biznes Türkiyəli aktrisa xəstəxanalıq oldu

Türkiyəli aktrisa Ceyda Düvenci xəstəxanalıq olub.

arrow Ətraflı
Yumor hissi güclü olan like
  • 17 Sen 11:12  
Digərləri Yumor hissi güclü olan

Yaxşı yumor hissi insanın xarakterinin qeyri-adi cazibəsidir. Astroloqlar yu

arrow Ətraflı