ABŞnın məqsədi bölgədə erməni məsələsini aktuallaşdırmaqdır
Siyasət 17 Sen 2023 12:49:00 393 0
Ötən il Azərbaycanda bir çoxları Vaşinqtonda keçirilən görüşlərə ümidlər bəsləyərək Demokratlar partiyasının tarixində ilk dəfə olaraq birinin - məhz Antoni Blinkenin məsələyə obyektiv yanaşacağını düşünürdü. Ədalət naminə qeyd edək ki, Vaşinqtonda bu il baş tutan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin (A.Blinkenin də iştirakı ilə) görüşlərində çox yaxşı ab-hava yarandı. ABŞ Dövlət Departamentinin rəhbəri 30 illik tarixdə öz sələflərindən fərqli olaraq daha rasional yanaşma orta qoyaraq ölkəmizin tezislərinin əksəriyyətini nəinki qəbul etdi, hətta həyata keçirilməsi üçün əməli addımlar atdı. Lakin görünən odur ki, son zamanlar okeanın o tayındakı müəyyən qüvvələrin təzyiqi və "səyləri" nəticəsində A.Blinken geri çəkilmək qərarı verdi.
Çox güman kı, dünən Lui Bononun Bakıda bağlı qapılar arxasında dedikləri Vaşinqton ilə Bakı arasında Senatda bir neçə gün əvvəl baş tutan çıxışdakı qərəz ab-havasını yumşaltmadı, əksinə, daha da qəlizləşdirdi. Hazırda Azərbaycanın ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiyadan eşitmək istədiyi ilk prinsip ölkənin suverenliyinin və ərazi bütövlüyünün prioritetliyi, digər məsələlərə isə məhz bu aspektdən yanaşılmasıdır. Təəssüf olsun ki, son zamanlar Qərbin məsələlərə yanaşmasında ərazi bütövlüyü və suverenlik prinsipləri "unudulur".
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov qeyd edib.
"Prinsip etibarilə iki gün əvvəl ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin "Dağlıq Qarabağ xalqının hüquqları" terminindən istifadə etməsi onun həmkarlarının hansı düşüncədə olmasının göstəricisi idi. Senatdakı həmin çıxışlar zamanı amerikalı siyasətçilərin Qarabağdakı erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan hökumətini az qala soyqırımıda günahlandırmaları, onların Prezident İlham Əliyevin apardığı Qarabağ siyasəti ilə bağlı səsləndirdikləri fikirlər cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. Həmin çıxış və ondan sonra Vaşinqtonun məsələlərə yanaşması bu ölkənin Azərbaycana münasibətdə beynəlxalq hüququ "kənara qoyduğu"nun göstəricisidir.
Senatdakı dinləmələr zamanı Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı ifadəsini bir nəfər belə səsləndirmədi. Əvəzində separatçı quldur dəstəsini müdafiə edən ifadələr yer aldı. Halbuki hamıya məlumdur ki, Ermənistanın əsas məqsədi Azərbaycan torpağında "xilas naminə azadlıq" şüarını beynəlxalq səviyyədə təbliğ edərək Kosovoda olduğu kimi, Qarabağın da Azərbaycandan ayrılmasına nail olmaqdır.
Senatda Laçın yolunun guya bağlandığı, Qarabağda ermənilərin ac olduğunu bildirən amerikalı senatorlar və hökumət nümayəndələri növbəti şouları ilə Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında öz imiclərini sual altına qoymuş oldular. Çünki nəinki Azərbaycan ictimaiyyəti, o cümlədən separatçılıqdan əziyyət çəkən digər dövlətlərin hakimiyyətləri də Senatdakı bu çıxış fonunda okeanın o tayı ilə münasibətləri haqqında düşünməli oldular. Fikir verin, iclas zamanı az qala cib dəsmalı ilə "ac erməni"lərin halına kövrələn siyasətbazlar nədənsə Ağdam yolu ilə bağlı susmağa üstünlük verdilər. O zaman sual yaranır, humanitar yardım etmək istəyirsən və 30 min insana görə pərişansansa, o zaman niyə Bakıya ərzaq göndərərək Ağdam vasitəsilə Xankəndiyə yardım etmirsən? Əlbəttə, cavab bəllidir. Fransa və ABŞ humanitar fəlakət adlı şou ilə bölgədə erməni məsələsini aktuallaşdırmaq və öz oyunlarını oynamaq istəyirlər. Halbuki A. Blinken yaxşı bilir ki, əldə edilmiş razılıqlara əsasən, sentyabrın 1-dən Ağdam-Xankəndi yolu açılmalı idi", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan hazırda bütün vasitəçi ölkələrin sülh danışıqlarındakı davranışlarını diqqətlə izləyir. Dnestryanı, Abxaziya və Osetiya, Krım, Luqansk, Donetskdəki mübahisələrə eyni, Qarabağa isə fərqli yanaşmanın olduğu aydın şəkildə görünməkdədir. Bu münaqişələrlə bağlı Vaşinqtonun eyni davranışı da qeyd edilməlidir - adları çəkilən bütün bölgələr tərkibində olduğu dövlətdən ayrıldılar və onların geri qaytarılması üçün Gürcüstana, Moldovaya real dəstək yoxdur. Ukraynada isə hazırkı proseslər ərazi bütövlüyünün təmin ediləcəyi ilə bağlı ümidləri sual altına qoyur.
Vurğulanıb ki, yuxarıda sadalanan münaqişələr və separatçı ocaqlar arasında ilk dəfə olaraq məhz Azərbaycan öz məsələsini heç kimin "şirin" vədinə güvənməyərək təkbaşına həll etməyi bacardı. Rəsmi Bakının 3 il əvvəl atdığı addım ətrafda münaqişələrdən və separatizmdən əziyyət çəkən bütün dövlətləri ruhlandırdı. Təbii ki, bu vəziyyət bəzi dairələri narahat etməyə bilməzdi. Onlar təkcə qalib gələn Azərbaycan dövlətinin hakimiyyətinə deyil, eyni zamanda, vətəndaş cəmiyyəti, ayrı-ayrı sosial qruplar ilə bağlı əvvəllər digər dövlətlərdə sınaqdan keçirilmiş metodlardan istifadə etdilər. Əgər əvvəllər müxalifət partiyalarındakı bəzi şəxslərin beyinlərinin yuyulması üçün işlər aparılırdısa, son 3 ildə QHT sektoru, ictimai birliklər, tələbə qrupları vasitəsilə öz məqsədlərini həyata keçirmək üçün cəhd göstərdilər. Milli dəyərlərin, adət-ənənələrin, vətənpərvərlik hisslərinin yox edilməsi, LGTB-yə dəstək, "No War" kimi hərəkatların yaradılması əlbəttə ki, məqsədli xarakter daşıyır. Ermənipərəst mövqeyi ilə seçilən və Azərbaycanla sülhsevərlər münasibət yaratmayan Samanta Pauerin başçılıq etdiyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ancaq Bakıda ermənilərlə sülhün zəruriliyi haqqında danışan insanlar axtarışındadır. Xarici ölkələrdə sülh platformaları çərçivəsində Qarabağdakı erməni sakinlər haqqında danışan iclaslarda nədənsə Xocalıdan, Ağdərədən, Şuşanın kəndlərindən, Xocavənddən, Xankəndidən məcburi köçkün düşmüş şəxslərin hüquqları müzakirə edilmir.
Politoloq təəssüflə qeyd edib ki, regionda sülh və sabitlik erasına başlama şansımız olduğu bir vaxtda Fransanın və ABŞ-dakı ermənipərəst qüvvələrin atdığı addımlar separatçıların arxayınlaşması ilə nəticələnə bilər. Azərbaycan onsuz da bu və ya digər şəkildə öz məqsədlərinə çatacaq. Kimin nə deməsindən asılı olmayaraq, biz haqq yolumuzdan dönməyəcəyik. Üç il əvvəl olduğu kimi, bu dəfə də Zəfərdə yanımızda kimlərin olmasına baxacağıq. Regionda geosiyasi məqsədləri olan qüvvələr o halda maraqlarını qoruyacaqlar ki, proseslərdə obyektivlik nümayiş etsinlər.
80 erməniəsilli şəxs Qarabağı tərk edərək Ermənistana gedib.
Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1
Braziliyanın şimalındakı ekvatorial Amazon tropik meşələrində baş verə
ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayand
"Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsl
Gələn il NATO Soyuq Müharibə bitdikdən sonra 40 mindən çox hərbçinin i�
ABŞ sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi ma
ABŞ dövlət katibi Antoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş ş
"Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində
Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini bərabərhüquqlu tərəfd
Aktrisa Çimnaz Sultanova son paylaşımı ilə gündəmə səs salıb.