MMin payız sessiyasında ilk iclası keçirildi FOTO


Digərləri 15 Sen 2023 18:41:00 274 0

MMin payız sessiyasında ilk iclası keçirildi  FOTO

Sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən xəbərə görə, komitənin sədri Tahir Mirkişili əvvəlcə Azərbaycan iqtisadiyyatının son səkkiz ayının bəzi göstəricilərindən danışıb. Diqqətə çatdırıb ki, keçən ilin müvafiq dövrünə nisbətdə ÜDM qeyri-neft sektorunda 3,4% olmaqla, 0,7% artıb. Azərbaycan iqtisadiyyatının artım potensialına toxunan komitə sədri iqtisadi sabitliyin və maliyyə dayanıqlılığının saxlanması tendensiyalarından danışıb.

Sonra komitə sədri gündəliyin 1-ci məsələsini - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatını müzakirəyə çıxarıb. O, bildirib ki, hesabat dövründə komitənin 29 iclası keçirilib, bu iclaslarda 223 məsələyə baxılıb, o cümlədən 97 qanun layihəsi və 1 hesabat (Hesablama Palatası) müzakirə edilib. Həmçinin komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb.

Komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada büdcə zərfi və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Qeyd olunub ki, planda artıq bir neçə yeni qanun layihəsi, o cümlədən Rəqabət Məcəlləsi layihəsi öz əksini tapıb. Eyni zamanda, qarşıdakı sessiyada komitədə aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlərin, ictimai dinləmələrin və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.

İclasın gündəliyində olan qanun layihələrini müzakirəyə təqdim edərkən komitə sədri "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat vermək üçün Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Fərid Əhmədova söz verib. O, bildirib ki, preambuladan və 30 maddədən ibarət Sazişin məqsədi tərəf dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və vergi münasibətlərində əməkdaşlığın gücləndirilməsidir. Sazişin müddəaları tərəf dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərin Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinə, Slovakiya Respublikasında isə fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergisinə münasibətdə tətbiq edilir.

4-cü məsələ olan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, dəyişikliklər bəzi terminlərin, adların dəqiqləşdirilməsinə və fondun daha effektiv işləməsinə xidmət edir.

Sonra komitə sədri bildirib ki, növbəti 4 qanun layihəsi Azərbaycanın ümumdünya poçt xidmətinin bəzi beynəlxalq sənədlərinə qoşulması ilə əlaqədardır və məsələ ilə bağlı məlumat vermək üçün Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Nəzrin Əliyevaya söz verib.

"Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol"a qoşulmaq haqqında, "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol"a qoşulmaq haqqında, "Ümumdünya Poçt Konvensiyası"na və "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu"na qoşulmaq haqqında, "Poçt ödəniş xidmətləri haqqında Saziş"ə və "Poçt ödəniş xidmətləri haqqında Saziş"in Yekun Protokoluna qoşulmaq barədə qanun layihələri barədə danışan Nəzrin Əliyeva sənədlərin beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin artırılmasına və təkmilləşdirilməsinə yönəldiyini, həmçinin bu sahədə mövcud olan uyğunsuzluqların və qeyri-dəqiqliyin aradan qaldırılması məqsədinə xidmət etdiyini vurğulayıb.

9-cu məsələ olan "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri qeyd edib ki, sənəddə lisenziyanın verilməsi şərtlərinin Azərbaycan Respublikasının qanunları ilə, icazələrin verilməsi şərtlərinin isə Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblər əsasında tənzimlənməsi təklif olunub.

10-cu məsələnin "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyən Tahir Mirkişili diqqətə çatdırıb ki, layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.

11-ci məsələnin də "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu bildirən komitə sədri sənəddə fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılmasının nəzərdə tutulduğunu söyləyib.

12-ci məsələ olan "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Mədəniyyət haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsinin təsbit edildiyi diqqətə çatdırılıb.

Sonuncu məsələ ilə bağlı komitə sədri bildirib ki, "Poçt haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi nəzərdə tutulub.

Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Ziyad Səmədzadə, Vahid Əhmədov, Rüfət Quliyev, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Vüqar Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Millət vəkilləri komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə bağlı hesabatını qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün iş planı təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda komitə üzvləri Ağalar Vəliyev, İqbal Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Norveç şahzadəsi və şamanın toy tarixi açıqlandı like
  • 15 Sen 18:21  
Digərləri Norveç şahzadəsi və şamanın toy tarixi açıqlandı

Norveç şahzadəsi Marta Luiza və onun nişanlısı, özünü şaman adlandır

arrow Ətraflı
Azərbaycanda bu məhsullar like
  • 15 Sen 18:10  
Digərləri Azərbaycanda bu məhsullar

Dünyada son bir ildə ərzaq qiymətlərində 11,8 faiz enmə müşahidə edili

arrow Ətraflı
Vilayət Eyvazov türk polisini təltif etdi like
  • 15 Sen 18:02  
Digərləri Vilayət Eyvazov türk polisini təltif etdi

Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matç�

arrow Ətraflı
ABŞın 2024 proqnozu: like
  • 15 Sen 18:00  
Dünya ABŞın 2024 proqnozu:

ABŞ 2024-cü ildə ölkədə terror təhlükəsinin yüksək səviyyədə qalac

arrow Ətraflı
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb like
  • 15 Sen 17:55  
Siyasət İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat

arrow Ətraflı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırıldı like
  • 15 Sen 17:52  
Siyasət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırıldı

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçil

arrow Ətraflı
Türk dünyası yeni bir canlanma yaşayır like
  • 15 Sen 17:49  
Digərləri Türk dünyası yeni bir canlanma yaşayır

Türk dünyası güclü dövlətçilik ənənəsi ilə yeni bir canlanma yaşay�

arrow Ətraflı
“Bütün pulları qəbul otağında Nəcməddin Sadıkova vermişəm” like
  • 15 Sen 17:42  
Digərləri “Bütün pulları qəbul otağında Nəcməddin Sadıkova vermişəm”

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Satınalmalar və Təchiza

arrow Ətraflı
Masallıda “BMW” xəndəyə düşdü, like
  • 15 Sen 17:38  
Digərləri Masallıda “BMW” xəndəyə düşdü,

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Laçında əmək yarmarkası keçiriləcək like
  • 15 Sen 17:36  
Digərləri Laçında əmək yarmarkası keçiriləcək

Laçın şəhərinin Seyrəngah ərazisində təşkil olunacaq yarmarkada 20 mü

arrow Ətraflı
Siyavuş Novruzovun qardaşı yeni vəzifəyə like
  • 15 Sen 17:30  
Digərləri Siyavuş Novruzovun qardaşı yeni vəzifəyə

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev millət vəkili Siy

arrow Ətraflı
Məşhur ulduzun geyimi müzakirələrə səbəb oldu like
  • 15 Sen 17:27  
Şou-biznes Məşhur ulduzun geyimi müzakirələrə səbəb oldu

Dünyaca məşhur müğənni Doca Kət stili ilə dünya gündəmində müzakir�

arrow Ətraflı
“Azerçay”dan “Doğma məktəbə qayıdış” layihəsi like
  • 15 Sen 17:18  
Digərləri “Azerçay”dan “Doğma məktəbə qayıdış” layihəsi

Yay tətilinin bitməsi ilə artıq məktəbə qayıdış başlayıb. "Azer

arrow Ətraflı
Ölkədə maaşlar nə vaxt artacaq? like
  • 15 Sen 17:16  
Digərləri Ölkədə maaşlar nə vaxt artacaq?

"Hesablamalara görə ölkədə 12 faizlik inflyasiya müşahidə olunur. G

arrow Ətraflı
Ölkədə ət idxalı artdı like
  • 15 Sen 17:05  
Digərləri Ölkədə ət idxalı artdı

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 52 777,79 min dollar dəyər

arrow Ətraflı