Yunus Oğuzun Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirildi


Digərləri 14 Sen 2023 18:21:00 245 0

Yunus Oğuzun Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirildi

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təkrar nəşrinin təqdimatı və general-mayor şəhid Polad Həşimovun ailə üzvləri ilə görüşü  keçirilib. Tədbirdə  Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru şəhid Polad Həşimovun anası Səmayə Həşimova, ailə üzvləri və bir sıra ziyalı, yaradıcı şəxslər iştirak edib.

Son.az olaylar.az-a istinadən bildirir ki, tədbiri açan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü   İbrahim İlyaslı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman  haqqında məlumat verib. İ. İlyaslı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra tədbirdə iştirak edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova,  prezidentin fərdi  təqaüdçüsü, şairə Ofeliya Babayeva, Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin, Polad Həşimovun bacısı Kəmalə Haşimova "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər. Qonaqlar Yunus Oğuzun əsərlərinin gənclərin vətənpərvərlik ruhunun inkişaf etməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb, əsərdə general Polad Həşimov obrazının yaradılmasını bu baxımdan əhəmiyyətli hesab ediblər.

Tədbirdə Qəbələ qəzetinin məsul katibi Bibixanım İsayeva və Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov da iştirak ediblər.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova da qeyd edib ki, Yunus Oğuzun Şuşa şəhərinin inşa olunmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş romanı olan "Cığır" ədəbiyyatımız və vətənpərvərliyin təbliği üçün böyük önəm kəsb edir. Tədbirdə yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının "Cığır" romanı hədiyyə edilib.

İndi gəlin, Ermənistanın əməlini qiymətləndirək like
  • 14 Sen 17:59  
Dünya İndi gəlin, Ermənistanın əməlini qiymətləndirək

Paşinyan və Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə doğru sürüklənir. Bu

arrow Ətraflı
Uşaqlıqda bacısını it olduğuna inandırıb like
  • 14 Sen 17:48  
Digərləri Uşaqlıqda bacısını it olduğuna inandırıb

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask u

arrow Ətraflı
İkardinin arvadı pəncərənin qarşısında çılpaq FOTOsunu paylaşdı like
  • 14 Sen 17:37  
Dünya İkardinin arvadı pəncərənin qarşısında çılpaq FOTOsunu paylaşdı

Türkiyənin Qalatasaray futbol klubunun ulduz hücumçusu Mario İkardinin arva

arrow Ətraflı
Bakıda məşhur hoteldə əxlaqsızlıq yuvası aşkarlandı like
  • 14 Sen 17:27  
Digərləri Bakıda məşhur hoteldə əxlaqsızlıq yuvası aşkarlandı

Bakı şəhərinin Xəzər royunu Türkan qəsəbəsində yerləşən "Sant

arrow Ətraflı
Putin Qarabağla bağlı bütün suallara nöqtə qoydu! like
  • 14 Sen 17:26  
Siyasət Putin Qarabağla bağlı bütün suallara nöqtə qoydu!

Rusiya Prezidenti Vladimir Putin bütün suallara nöqtə qoyaraq Azərbaycanın

arrow Ətraflı
DYP sürücülərə müraciət etdi like
  • 14 Sen 17:18  
Digərləri DYP sürücülərə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi "Bilik günü" ilə bağlı

arrow Ətraflı
Kapital Bankın sponsorluğu ilə “InMerge Innovation Summit” keçiriləcək like
  • 14 Sen 16:54  
Digərləri Kapital Bankın sponsorluğu ilə “InMerge Innovation Summit” keçiriləcək

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə innovasiya dünyası

arrow Ətraflı
Şahramanyan bu səbəbə görə qondarma rejimin başına gətirildi like
  • 14 Sen 16:53  
Siyasət Şahramanyan bu səbəbə görə qondarma rejimin başına gətirildi

Ermənistan özünün belə danışmaq iqtidarında olmadığı qondarma rejimi

arrow Ətraflı
Azərbaycana maraq böyüyür  Artan dəvətlər, gələn təkliflər, qurulan əməkdaşlıqlar... like
  • 14 Sen 16:51  
Siyasət Azərbaycana maraq böyüyür Artan dəvətlər, gələn təkliflər, qurulan əməkdaşlıqlar...

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra təkcə regionda yox, da

arrow Ətraflı
Düşmən Naxçıvan istiqamətində təxribat törətdi like
  • 14 Sen 16:46  
Digərləri Düşmən Naxçıvan istiqamətində təxribat törətdi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

arrow Ətraflı
Prezident Düşənbədə Qurbanqulu Berdiməhəmmədovun təltifolunma mərasimində iştirak edib  FOTO like
  • 14 Sen 16:43  
Siyasət Prezident Düşənbədə Qurbanqulu Berdiməhəmmədovun təltifolunma mərasimində iştirak edib FOTO

Sentyabrın 14-də Düşənbədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin

arrow Ətraflı
"Whatsapp" və "Telegram"da bu funksiya istifadəyə verildi like
  • 14 Sen 15:58  
Digərləri "Whatsapp" və "Telegram"da bu funksiya istifadəyə verildi

"WhatsApp" "Telegram"-ın uzun müddətdir ki, malik olduğu

arrow Ətraflı
Onlar Azərbaycan cəmiyyətinin üzvü kimi xoşbəxt ola bilərlər  "KMM"nin sədr müavini like
  • 14 Sen 15:52  
Digərləri Onlar Azərbaycan cəmiyyətinin üzvü kimi xoşbəxt ola bilərlər "KMM"nin sədr müavini

Biz Azərbaycan vətəndaşı kürdlər uzun illərdir Azərbaycanda yaşayırı

arrow Ətraflı
Qaçırıldığı deyilən 14 yaşlı qız ailəsinə qaytarıldı like
  • 14 Sen 15:47  
Digərləri Qaçırıldığı deyilən 14 yaşlı qız ailəsinə qaytarıldı

Bakı şəhərinin Binəqədi rayonunda itkin düşmüş qız tapılıb.

arrow Ətraflı