Yas məclislərində ehsan qadağan ediləcək?


Digərləri 13 Sen 2023 11:17:00 231 0

Yas məclislərində ehsan qadağan ediləcək?

Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

Həmçinin, xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Qeyd edək ki, kənd ağsaqqallarının iştirakı ilə keçirilən yığıncaqda qəbul edilən qərar kəndin sosial şəbəkə səhifələrində paylaşılıb.

Azərbaycanda yas mərasimlərinin təmtəraqlı keçirilməsi uzun müddətdir ictimaiyyət arasında müzakirə olunur. Ehsan adı ilə açılan süfrələr təmtərağı ilə seçilir. Bir neçə il əvvəl rəsmi qurumlar tərəfindən yas mərasimlərindəki təmtərağın yığışdırılması tövsiyə olundu, buna bəzi yerlərdə əməl edilsə də, sonradan hər şey unuduldu.

Naxçıvanın kəndində tətbiq edilən qadağa bu mövzunu yenidən aktuallaşdırdı.

Məsə ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu məsələ uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur.

"Bu məsələni Milli Məclisdə dəfələrlə qaldırmışam. Təəssüf ki, bununla bağlı hansısa ciddi nəticəyə gələ bilməmişik. Bu gün də yas məclislərində ciddi israfçılıq var. Hesab edirəm ki, buna yanaşma ciddi şəkildə dəyişməlidir. Ehsan verilməsinin ləğvi üçün ciddi addımlar atılmalıdır. Hansısa hüquqi aktın olmasına ehtiyac var. Bununla yanaşı, geniş təbliğat və maarifləndirmə işləri aparmalıyıq. Məsələnin hüquqi çərçivədə tənzimlənməsi üçün addımlar atmalıyıq. Başqa yol yoxdur. Əks halda, bu israfçılıq davam edəcək".

C.Məmmədov vurğulayıb ki, dünyada ərzaq böhranının baş verdiyi bir zamanda belə israfçılıq yolverilməzdir.

"Ehsanın islam dini ilə heç bir bağlılığı yoxdur. Din israfçılığın əleyhinədir. Əgər kimsə ehsan vermək istəyirsə, təhsil almaq imkanı olmayan şəxsə, ailə qurmaq istəyən şəxsə, uşaq və ahıllar evlərinə maddi yardım edə bilər", - deyə o qeyd edib.

"Taliban” əfqan gənclərə müraciət etdi: like
  • 13 Sen 11:15  
Dünya "Taliban” əfqan gənclərə müraciət etdi:

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gən

arrow Ətraflı
Nazir məktəb direktoruna yüksək vəzifə verdi like
  • 13 Sen 11:07  
Digərləri Nazir məktəb direktoruna yüksək vəzifə verdi

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 1

arrow Ətraflı
Sentyabrın ikinci yarısı bu 2 bürcə pul yağacaq like
  • 13 Sen 10:53  
Digərləri Sentyabrın ikinci yarısı bu 2 bürcə pul yağacaq

Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhva

arrow Ətraflı
"Sputnik Moldova"nın rəhbəri like
  • 13 Sen 10:48  
Dünya "Sputnik Moldova"nın rəhbəri

"Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiy

arrow Ətraflı
Mərakeş kralı zəlzələ qurbanları üçün qan verdi like
  • 13 Sen 10:42  
Dünya Mərakeş kralı zəlzələ qurbanları üçün qan verdi

Mərakeş kralı VI Məhəmməd dağıdıcı zəlzələ qurbanları üçün qan

arrow Ətraflı
Liderlərin ikitərəfli görüşü başladı like
  • 13 Sen 10:40  
Dünya Liderlərin ikitərəfli görüşü başladı

Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın təkbə

arrow Ətraflı
Bu tarixdə yağıntılar kəsiləcək like
  • 13 Sen 10:34  
Digərləri Bu tarixdə yağıntılar kəsiləcək

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 9-a olan məlumatın

arrow Ətraflı
MN yeni görüntülər yaydı like
  • 13 Sen 10:33  
Digərləri MN yeni görüntülər yaydı

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboy

arrow Ətraflı
Bu yol BQXK üçün eyni anda açılmalıdır like
  • 13 Sen 10:25  
Dünya Bu yol BQXK üçün eyni anda açılmalıdır

ABŞ Dövlət Departamenti Rusiya yardımının Ağdam yolu ilə Xankəndiyə ç

arrow Ətraflı
İrəvandakı qərarlara görə Rusiya məsuliyyət daşımır like
  • 13 Sen 10:15  
Digərləri İrəvandakı qərarlara görə Rusiya məsuliyyət daşımır

İrəvanda qəbul olunan qərarlara görə təqsiri və məsuliyyəti Rusiyanın

arrow Ətraflı
AğdamƏsgəran marşrutunun açılmasına dair like
  • 13 Sen 10:11  
Siyasət AğdamƏsgəran marşrutunun açılmasına dair

Rusiyanın Ağdam-Əsgəran marşrutu ilə humanitar yük daşımasını qeyd al

arrow Ətraflı
90ların məşhur müğənnisinin ən son halı like
  • 13 Sen 10:09  
Şou-biznes 90ların məşhur müğənnisinin ən son halı

1990-cı illərin məşhur estrada muğənnisi Nailə Əliyeva hazırda Bakıdad

arrow Ətraflı
20 milyon dollar qazanan məşhur azərbaycanlı kimdir? like
  • 13 Sen 09:58  
Digərləri 20 milyon dollar qazanan məşhur azərbaycanlı kimdir?

"The Chess Journal" dünyanın ən çox qazanan şahmatçılarını ar

arrow Ətraflı
Kəndimizə alnıaçıq, üzüağ qayıdırıq  Ağalı sakini  FOTO like
  • 13 Sen 09:21  
Digərləri Kəndimizə alnıaçıq, üzüağ qayıdırıq Ağalı sakini FOTO

Allah Prezidentimizi, Azərbaycan Ordusunu qorusun. Göydə Allah, yerdə Prezid

arrow Ətraflı
Bayden səhvən onun şəklini paylaşdı  FOTO like
  • 13 Sen 08:54  
Dünya Bayden səhvən onun şəklini paylaşdı FOTO

Son zamanlar etdiyi səhvlərə görə danışılan ABŞ Prezidenti Co Bayden bu

arrow Ətraflı