Yəhudilər niyə bu qədər zəngindirlər? Böyük pulun 10 qanunu FOTO


Digərləri 13 Sen 2023 07:17:00 240 0

Yəhudilər niyə bu qədər zəngindirlər?  Böyük pulun 10 qanunu  FOTO

Dünya əhalisinin bir faizindən də azını yəhudilər təşkil edir, daha dəqiq desək, dünyada 15 milyon yəhudi yaşayır. Bununla belə, "Forbes" jurnalının hər il yenilənən "Planetin ən zəngin insanları" siyahısının 40 faizini yəhudi əsilli milyarderlər və iş adamları tuturlar. Nobel mükafatı laureatlarının da 20%-i yəhudilər alır. Bəs onları uğura aparan sirr nədir? Və biz onlardan nə öyrənməliyik?

Son.az xəbər verir ki, Rusiyanın ən böyük reklam agentliklərindən birinin rəhbəri Dmitri Senderov "Böyük pulun yəhudi qanunları" adlı kitabında bundan danışıb. Yazıçının kitabından bir neçə maraqlı faktları sizinlə bölüşürük:

Yəhudilər, xüsusən də biznesmenlər biznesin inkişafına və öyrənilməsinə hər zaman böyük diqqət yetiriblər və yetirməkdə davam edirlər. Ona görə ki, istənilən informasiya zamanla köhnəlir və müəyyən mənada öz əhəmiyyətini itirir. Bu gün biz biznes məktəbini bitirsək də, iki ildən sonra praktiki olaraq heç bir dəyəri olmayacaq, xüsusən də bütün sahələrin sürətlə inkişaf etdiyi dövrdə. Hər hansı bir bilik bir müddət sonra işinizə yaramayacaq. Mən marketinq üzrə çoxlu dərsliklər yazmışam və yaxşı bilirəm ki, onlar bir ildən sonra onlar öz aktuallığını 30-40% itirirlər.

İstənilən vəziyyətdə uğur qazanmaq üçün daim öyrənmək, inkişaf etdirmək lazımdır. Bu, sadəcə yəhudi ənənəsidir. Pəncərədən kənarda baş verən hər şeyi daim izləməli, öyrənməli və irəli getməlisiniz. Eyni ilə böyük yəhudi alimi, Tövrat təfsirçisi Rabbi Naxmanın dediyi kimi: "Sabah bu gündən daha yaxşı olmayacaqsansa, onda sabah nəyə gərəkdir?" Kifayət qədər dərin və hikmətli sözlərdir!

Mən ən uğurlu yəhudi iş adamlarının qayda və prinsiplərini öyrənməyə çox vaxt sərf etmişəm və bu gün sizə onların uğurlarının sirlərini aça bilərəm.

1. Özünə inan!

Почему евреи такие богатые: 10 законов больших денег

Mark Zukerberq deyir: "İnsan dahi ola və ya bütün lazımi bacarıqlara sahib ola bilər, amma özünə inanmırsa, əlindən gələni etməyəcək". Odur ki, özünə inan! Həmişə.

2. Qarşınıza böyük məqsəd qoyun

"Mən bütün vaxtımı feysbukda keçirirəm, yeni hobbilərə demək olar ki, vaxtım qalmır. Buna görə də qarşıma aydın məqsədlər qoyuram", - bu da məşhur sosial şəbəkə rəhbərinin sözləridir.

Mark hesab edir ki, bütün maneələrə baxmayaraq ona doğru getmək istəyirsinizsə, arzularınızdan vaz keçməməli və onlara xəyanət etməməlisiniz.

Orduya çağırıldığım gün indiyə kimi yadımdadır, çox düzgün və ağıllı bir oğlan idim. Birdən məni Arxangelskdəki DTK sərhəd qoşunlarının təlim mərkəzinə göndərdilər. Bizi çox ciddi hazırlayırdılar, hər gün - 6 km-lik məcburi yürüşlər, atışma, əlbəyaxa döyüş və.s. Üç aydan sonra hər bir əsgəri komissiyaya çağırırdılar. Yüksək rütbəli zabitlər onlardan harada xidmət etmək istədiklərini soruşurdu.

Adətən cavablar belə olurdu: "Mən zastavada xidmət etmək istəyirəm, "Aşpaz olmaq istəyirəm", "Snayper olmaq istəyirəm". Hətta kimsə Əfqanıstana könüllü yazılırdı. Mən də içəri daxil olub özümü təqdim etdim, komissiyada on zabit var idi. "Harada xidmət etmək istəyirsən, oğlum?" qərargah rəisi polkovnik-leytenant Varnavski məndən soruşdu.

Açıqfikirli insan olduğum üçün birbaşa dedim: "Sərhədçilər haqqında film çəkmək istəyirəm!"

Sükut.

Bir neçə saniyə içində emosiya partlayışı baş verdi. Mən nə əvvəl, nə də sonra belə sərt soyüş eşitməmişdim. Podpolkovnik Varnavski qırmızı, yetişmiş pomidor kimi qışqırırdı: "Sən lənətə gəlmiş, ən uzaq zastavada qütb ayıları ilə xidmət edəcəksən! O, film çəkmək istəyir! Çıx get!"

Bütün zabitlər iyrənc şəkildə gülüşdülər və məni Arktika Dairəsindən kənarda yerləşən ən uzaq zastavaya göndərdilər. Ancaq orduda film çəkmək ən böyük arzum idi! Mən bunu ən yaxın dostum Qoşa ilə bölüşdüm, o da təəccüblə soruşdu ki, sən yaxşısan? Amma hər gün bu fikirlə yatır və oyanırdım. Həmişə filmi necə çəkəcəyim haqqında düşünürdüm, xəyallarımda böyük bir kamera ilə postları gəzir, hətta helikopterlərdə uçurdum.

Altı ay keçdi, atama çox minnətdaram ki, məni dəstəklədi və kömək etdi. Onlar məni Sankt-Peterburqa köçürdülər. Mənə ən son model gözəl bir fotoaparatını verdilər. Kinematoqrafiya İnstitutundan hərbi xidmətə çağırıldım və xidmət etdiyim müddətdə sərhədçilər haqqında 28 film çəkdim. Mənə qiymət verən generallarla birlikdə zastavaları gəzdim, dəfələrlə helikopterlərdə uçdum.

Bu, yarım ilimi keçirdiyim uzaq məntəqədən tamamilə qeyri-mümkün, ağlasığmaz görünsə də, sonra hər şey tamam dəyişdi! Bax belə bir xəyal.

3. Komandanın gücü

Komanda hörmət etdiyiniz, sizə hörmət edən və inkişafınıza kömək edən insanlardır.

Zukerberqdən daha bir sitat: "Məni qiymətləndirməyən insanların yanında olmağı üstün tuturam. Bu, sizi dünyaya baxmağa və böyük işlər görməyə təşviq edir".

4. Ağlabatan risklər edin

"Sürətlə dəyişən dünyada uğursuz olacağına zəmanət verilən yeganə strategiya riskə getməməkdir". Bu, 70 milyard dollarlıq sərvət sahibinin başqa bir prinsipidir.

Məşhur filosof Mark Avreli də o fikirdə idi ki, riskə getməməklə, yüz qat risk etmiş oluruq.

5. Fərqlənin

"Google"un 61 milyard dollar sərvətə sahib olan qurucusu Sergey Brindən sitat gətirirəm: "Özümü həmişə azlıq kimi hiss etmişəm. Bu qismən ona görədir ki, yəhudiyəm. Ancaq bu hiss göstərdi ki, izdihamın bir hissəsi olmaq lazım deyil, müstəqilliyinizi daim qorumaq və üsyana can atmaq lazımdır".

6. Hər zaman yeniliyə can atın

"Yeniliyə nə qədər çox can atsanız, uğur qazanmaq ehtimalınız bir o qədər çox olar", - bu sözlər də Brinin əsas prinsiplərindən biridir.

Bir neçə il əvvəl "Pampers", "Always", "Ariel", "Tampax", "Gillete" kimi brendlər üçün milyard dollarlıq büdcələrə nəzarət edən "Procter & Gamble"ın marketinq direktoru Mark Pritçard ilə tanış oldum. Mark mənə iki çox vacib söz dedi.

Birincisi, sınaqdan keçirin, dünya dəyişdi və siz həmişə uğur qazanacağınıza əmin ola bilməzsiniz. Ancaq cəhd etməlisiniz!

İkincisi, öz naxışınızı tapın. Əgər öz sahənizdə bir nömrə ola bilmirsinizsə, o zaman birnömrə olacağınız yeri tapın.

7. Səhv etmək normaldır

Səhv etmək normaldır, lakin onlardan düzgün nəticə çıxara bilməmisinizsə, bax bu, qorxuludur. Eynşteyinin dediyi kimi, eyni səhvləri təkrarlayıb onlardan fərqli nəticə gözləmək axmaqlıqdır. Bu, yəhudi uşaqlarına çox erkən yaşda öyrədilir və bu prinsip onlara həyatları boyu kömək edir.

70 milyard dollardan çox sərvəti olan Bill Qeytsin ortağı Stiv Balmer də eyni qənaətdədir:

"Bəli, səhvlər etdim, müxtəlif işləri sınadım: bəziləri işləmədi, bəziləri hələ də işə yaraya bilər, bəziləri isə sadəcə əla alındı. Hər şeyin ideal olduğunu demək istəmirəm. Bu axmaqlıq olardı".

Səhvlərini etiraf etmək və anlamaq, nəticə çıxarmaq və irəli getmək bacarığı - yəhudi biznes liderlərini fərqləndirən əsas xüsusiyyətlər də bunlardır. Səhvlərinizlə yaşamaq və buna görə üzülmək lazım deyil. Yıxıldınsa, ayağa qalx, üstünün tozunu sil və yenidən irəli get!

8. Əzmkarlıq

"İsrarlı olun - əzmkarlıq öz bəhrəsini verir" ən uğurlu yəhudilərin devizidir.

9. Başqalarından daha çoxunu edin

Mən həmişə müşahidə etmişəm ki, zəngin yəhudilər ehtiyaclarından çoxunu edir və başqalarından daha çox iş görürlər. "Hər gün işə ilk gələn və sonuncu gedən siz olduğunuzdan əmin olun. Diqqətinizi yayındırmayın, iş görün! Doğru zamanda doğru yerdə olduğum üçün qarşımda yeni imkanlar və fürsət açıldı. Bəxtinizə hakim ola bilməzsiniz, amma nə qədər çox çalışsanız, o qədər şanslı olarsınız".

Bu, 48 milyard dollar sərvəti olan məşhur iş adamı, "Bloomberg"in yaradıcısı və Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin iş prinsipidir.

Lazım olduğundan daha çox şey edin! Əgər siz bir işçisinizsə, böyümək və layiqli pul qazanmaq istəyirsinizsə, vəzifələrinizdən kənara çıxın, sizə tapşırılandan daha çoxunu yerinə yetirin, o zaman dərhal diqqət çəkəcək və irəli çəkiləcəksiniz. Bir işin sahibisinizsə, onu yaratmısınızsa və inkişaf etdirmisinizsə, bütün rəqiblərinizdən daha çox iş görməlisiniz.

10. Həmişə yeni fürsətlər axtarışında olun, heç vaxt təslim olmayın

Qarşınızda bütün qapılar bağlanıb, başqasını tapın, sındırın, bacadan keçib hədəfə doğru addımlayın!

Biznesimin ilk günlərində qarşıma məqsəd qoymuşdum ki, "Microsoft" ilə işləyəcəm, filmlər və reklamlar çəkəcəyəm. Mənə deyirdilər ki, bu heç vaxt olmayacaq! Və çox məntiqli şəkildə izah etdilər ki, "Microsot" Rusiya şirkətləri ilə əməkdaşlıq etmir, sizin belə müştərilərlə işləmək təcrübəniz yoxdur, onların partnyorlara qarşı çox ciddi tələbləri var, onların artıq podratçıları var, şirkət sizinlə əlaqə qurmayacaq, onlara onsuz da hər gün yüzlərlə təklif göndərilir... Hər şey çox düzgün səslənirdi, amma mən yenə də "Microsoft" ilə işləmək istəyindən vaz keçmədim.

Onlarla əməkdaşlığa başlamaq cəhdlərim heç bir nəticə vermədi, aramızda hündür bir divar var idi. Bizimlə görüşmək istəmədilər, bizimlə danışmadılar, məktublarımıza cavab vermədilər. Amma atam mənə bunu öyrətdi: "Axtaran həmişə tapar!" Hər şeyə rəğmən istəyimdən vaz keçmədim. Bir gün təsadüfən bildim ki, yaxın günlərdə böyük bir tədbir keçiriləcək, "Microsoft"un Rusiya nümayəndəliyinin rəhbəri Olqa Derqunova da bu tədbirə dəvət olunub.

Həmin axşam 25 yaşlı bir oğlan öz doğruları və səhvləri ilə birlikdə içəri girdi. Olqanı tapdım - o, frak geyinmiş çox ciddi iş adamları ilə söhbət edirdi. Yaxınlaşıb salam verdim və dedim: "Olqa, mən Dmitri Senderov, ən yaxşı videoları biz çəkirik və mən sizinlə işləmək istəyirəm".

Fraklı adamlar gülsələr də, Olqa ciddi şəkildə kiməsə zəng edib tapşırdı:

"Bu cəsur gənc bizimlə işləmək istəyir, onunla görüşüb danışın".

Telefonun o biri başında olan adam şirkətin marketinq direktoru idi.

Təfərrüatlara varmayacağam, yalnız onu deyim ki, bir ay sonra müqavilə imzaladıq və bundan sonra 12 il əməkdaşlıq etdik, 300-dən çox film və reklam filmi çəkdik.

Odur ki, həmişə və hər yerdə bir fürsət axtarın. Heç nəyə baxmayaraq! (publika)

Bu meyvə orqanizmi xərçəngdən qoruyur like
  • 13 Sen 07:00  
Digərləri Bu meyvə orqanizmi xərçəngdən qoruyur

Həkimlər orqanizmi xərçəngdən qoruyan meyvəni açıqlayıblar.

arrow Ətraflı
Qadın alt paltarının bilinməyən zərərləri: like
  • 13 Sen 06:00  
Digərləri Qadın alt paltarının bilinməyən zərərləri:

Büstqalter taxmağın qadınlar üçün təbii olaraq zərərli olduğuna dair

arrow Ətraflı
Rusiyalı modelin evindən milyon dollarlıq oğurluq like
  • 13 Sen 05:05  
Şou-biznes Rusiyalı modelin evindən milyon dollarlıq oğurluq

İstanbulda rusiyalı model Aleksandra Seriakovanın yaşadığı evə oğru gir

arrow Ətraflı
Məşhur aktrisanın gözəllik sirri ortaya çıxdı like
  • 13 Sen 04:04  
Şou-biznes Məşhur aktrisanın gözəllik sirri ortaya çıxdı

Dünyaca məşhur aktrisa Cennifer Enistonun gözəllik sirri ortaya çıxıb.

arrow Ətraflı
Canlı yayımda biabırçılıq like
  • 13 Sen 03:03  
Dünya Canlı yayımda biabırçılıq

Ekvadorda canlı yayımda idman şərhçisi çətin vəziyyətə düşüb. So

arrow Ətraflı
Körpəni yatıranda çox yelləməyin, like
  • 13 Sen 02:02  
Digərləri Körpəni yatıranda çox yelləməyin,

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəflər

arrow Ətraflı
Elariz illər əvvəl yayılan intim videosundan danışdı like
  • 13 Sen 01:01  
Şou-biznes Elariz illər əvvəl yayılan intim videosundan danışdı

"Bu sənətə gəldiyim üçün heç zaman peşman olmamışam. 10 yaşım

arrow Ətraflı
Eyni gündə 7 qadınla evləndi  FOTO like
  • 13 Sen 00:48  
Digərləri Eyni gündə 7 qadınla evləndi FOTO

Uqandanın Mukono bölgəsində Hacı Habib Nsikonnene adlı iş adamı eyni g

arrow Ətraflı
Məşhur reper əsgərliyə getməmək üçün like
  • 13 Sen 00:36  
Şou-biznes Məşhur reper əsgərliyə getməmək üçün

Rusiyalı məşhur reper və tiktoker Danya Miloxin hərbi xidmətə çağır�

arrow Ətraflı
"Kirli sepeti" bu tarixdə yayımlanacaq like
  • 13 Sen 00:24  
Şou-biznes "Kirli sepeti" bu tarixdə yayımlanacaq

"Kirli sepeti" serialının yayım tarixi bəlli olub.

arrow Ətraflı
Van Qoqun muzeydən oğurlanan tablosu tapıldı like
  • 13 Sen 00:12  
Kriminal Van Qoqun muzeydən oğurlanan tablosu tapıldı

Van Qoqun 2020-ci ilin martında Niderlanddakı bir muzeydən oğurlanmış 1884

arrow Ətraflı
Günün qoroskopu: Yanınızda təcrübəli və təmkinli insan olarsa, pis deyil like
  • 13 Sen 00:01  
Digərləri Günün qoroskopu: Yanınızda təcrübəli və təmkinli insan olarsa, pis deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Daban çatlarına qarşı bunları edin  VACİB MƏSLƏHƏT like
  • 12 Sen 23:57  
Digərləri Daban çatlarına qarşı bunları edin VACİB MƏSLƏHƏT

Yay aylarında bir çox insanlar dabanlarda olan çatlardan əziyyət çəkir. �

arrow Ətraflı
91 yaşlı Əməkdar artist VƏFAT ETDİ  FOTO like
  • 12 Sen 23:52  
Digərləri 91 yaşlı Əməkdar artist VƏFAT ETDİ FOTO

Rusiyanın Əməkdar artisti Mariya Skuratova vəfat edib.

arrow Ətraflı
Meyxanaçı Samirə qeyrirəsmi yaşadığı şəxsdən DANIŞDI: “Onun həsrətini çəkirəm” like
  • 12 Sen 23:48  
Şou-biznes Meyxanaçı Samirə qeyrirəsmi yaşadığı şəxsdən DANIŞDI: “Onun həsrətini çəkirəm”

Meyxanaçı və müğənni Samirə Yusifqızı qeyri-rəsmi yaşadığı şəxsd

arrow Ətraflı