Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR


Digərləri 12 Sen 2023 23:16:00 209 0

Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR

Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə pensiya ala bilmirlər. Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası"nın reallaşdırılmağa başlanması, 2006 və 2009-cı illərdə tətbiq olunan yeni əmək pensiyaları sistemi ölkədə sığorta öhdəliklərinin fərdi uçotunun qurulması və yığım pensiya sisteminin tətbiqinə nail olmaqla, sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının əsasını qoyub. Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilədək artırılıb. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə pensiya yaşına çatıb, lakin pensiya almaq üçün tələb olunan stajı və ya digər lazımi tələbələri tamamlaya bilməyən şəxslər üçün hər hansısa bir yardım növü var?

Son.az xəbər verir ki, bu barədə hüquqşünas Turan Abdullazadə Referans.az-a açıqlamasında bildirib ki, pensiya yaşına çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər: "Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunla müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Bu müavinətin məbləği 220 manatdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il 1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün hazırda 63 yaş 6 aydır".

Hüquqşünas bildirib ki, bu yaşa çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər. Onun sözlərinə görə, bəzi şəxslərin isə sosial müavinəti yaş həddi 5 il azaldılmaqla təyin edilir: "Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara və əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara verilir."

Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə, yəni bu kateqoriyadan olan şəxlərin pensiya yaşına çatmasına 5 il qalmış daha öncədən yaşa görə sosial müavinət almaq hüquqları var - deyə Turan Abdullazadə qeyd edib.

"Apple" "iPhone 15" modelini təqdim etdi  VİDEO  FOTO like
  • 12 Sen 23:09  
Digərləri "Apple" "iPhone 15" modelini təqdim etdi VİDEO FOTO

Son.az publika.az-a istinadən xəbər verir ki, bütün yeni cihazların satı

arrow Ətraflı
Müdafiə Nazirliyi like
  • 12 Sen 23:02  
Siyasət Müdafiə Nazirliyi

Sentyabrın 12-si saat 20:30 radələrində Azərbaycan Ordusunun bölmələri t

arrow Ətraflı
Atauşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır like
  • 12 Sen 23:00  
Digərləri Atauşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla

arrow Ətraflı
Putin Ukrayna ilə dialoq şərtini açıqladı like
  • 12 Sen 22:54  
Dünya Putin Ukrayna ilə dialoq şərtini açıqladı

Əgər ABŞ Ukraynanın danışıqlara hazır olduğuna inanırsa, o zaman Kiyev

arrow Ətraflı
Qızılcaya yoluxma kəskin artıb  ÜST like
  • 12 Sen 22:48  
Digərləri Qızılcaya yoluxma kəskin artıb ÜST

Son bir il ərzində türk dünyası coğrafiyasında qızılcaya yoluxmada art�

arrow Ətraflı
Həyat yoldaşını və baldızını bıçaqladı like
  • 12 Sen 22:43  
Digərləri Həyat yoldaşını və baldızını bıçaqladı

Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il

arrow Ətraflı
Hər bir xanımda var: plastırı əvəz edəcək UNİKAL VASİTƏ like
  • 12 Sen 22:30  
Digərləri Hər bir xanımda var: plastırı əvəz edəcək UNİKAL VASİTƏ

Bəzən elə olur ki, təcili ehtiyac yarananda əlində yapışan plastır olmu

arrow Ətraflı
BMT Ermənistanı Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə çağırıb like
  • 12 Sen 22:25  
Dünya BMT Ermənistanı Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə çağırıb

"BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi

arrow Ətraflı
İlkin Həsəninin xanımı yeni doğulan körpəsinin FOTOLARINI paylaşdı like
  • 12 Sen 22:15  
Şou-biznes İlkin Həsəninin xanımı yeni doğulan körpəsinin FOTOLARINI paylaşdı

Xəbər verdiyimiz kimi, aparıcı İlkin Həsəni oğul atası olub.

arrow Ətraflı
Qırğızıstan Azərbaycanın suverenliyini dəstəkləyir  Qırğızıstan XİN like
  • 12 Sen 22:08  
Siyasət Qırğızıstan Azərbaycanın suverenliyini dəstəkləyir Qırğızıstan XİN

Qırğız Respublikası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü d

arrow Ətraflı
DƏHŞƏTLİ CİNAYƏT: Gəlinini və azyaşlı nəvəsini baltaladı like
  • 12 Sen 22:00  
Kriminal DƏHŞƏTLİ CİNAYƏT: Gəlinini və azyaşlı nəvəsini baltaladı

Sumqayıtda gəlinini və nəvəsini baltalayan şəxsin cinayət işi üzrə ib

arrow Ətraflı
Siqaretin sağlamlığa daha bir zərəri AŞKAR EDİLDİ like
  • 12 Sen 21:45  
Digərləri Siqaretin sağlamlığa daha bir zərəri AŞKAR EDİLDİ

Ürək-damar, şəkərli diabet, nəfəs yolları xəstəlikləri və ağciyər

arrow Ətraflı
XƏBƏRDARLIQ: İnternet və rabitə xidmətlərinin verilişində like
  • 12 Sen 21:30  
Digərləri XƏBƏRDARLIQ: İnternet və rabitə xidmətlərinin verilişində

Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müv

arrow Ətraflı