Tənginəfəslik başınıza bəla ola bilər


Digərləri 11 Sen 2023 01:34:00 268 0

Tənginəfəslik başınıza bəla ola bilər

Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. Təmiz havaya çıxanda belə hava çatışmır kimi hal yaşaya bilərsiniz.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, tənginəfəslik ağciyər emfizemasının göstəricisidir. Ağciyər emfizeması zamanı ağciyərin toxumalarının hərəkətliyi düşür, havalılıq yüksəlir. Emfizema zamanı ağciyərdəki hava kisəcikləri gərilib genişlənir. Bu zaman hava kisəciklərini bir-birindən ayıran incə divarlar cırılır. Bu da ağciyərin elastikliyinin pozulmasına gətirib çıxarır. Beləcə, ağciyərdə qan və hava tarazlığı pozulur.

Ağciyər get-gedə genişlənir, solur və daşlaşır. Ağciyərin funksiyasının bu cür pozulması digər orqanlara da mənfi təsir göstərir. Xəstədə qan çatışmazlığı aşkarlanır. Burada həmçinin genetik faktorlar da əsas rol oynayır, yəni əgər nəsildə kimdəsə vərəm və ya başqa ağciyər xəstəlikləri olubsa, bu irsən ötürülür. Bəzən yaşlı insanlarda da bu xəstəliyə tez-tez rast gəlmək mümkündür. Bu soyuqdəymə, qrip nəticəsində əmələ gəlir. Buna görə də yaşlı insanlara qripəleyhinə peyvənd etdirmək məsləhətdir.

Xəstəliyin məkanı: ağciyər, bronxlar, tənəffüs yolları.

Əgər səndə döş qəfəsinin formasını dəyişməsi, çətin nəfəsalma, qabırğaarası məsamələrin genişlənməsi, xırıltı səsi, ürəyin küt nahiyəsinin kiçilməsi, halsızlıq, yorğunluq, bəlğəmli öskürək varsa, fiziki iş qabiliyyətin günü-gündən aşağı düşürsə, üzün və əllərin tez-tez göyərirsə, demək, sən ağciyər emfizemasının əsarətindəsən.

Səbəb nədir:

Xəstəliyin yaranmasının əsas səbəbi xroniki bronxitdir. Siqaret çəkmək, spirtli içkilər içmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi, stress - xəstəliyin inkişafına təkan verən amillər sırasındadır. İnfeksion xəstəliklərə yoluxmaq da ağciyər emfizeması əmələ gətirir. 

Kimlər risq altındadır?

· İmmuniteti zəif olanlar

· Qapalı, oturaq iş rejimində və kompüterdə çalışanlar

· Spirtli içki, siqaret və narkotika aludəçiləri

· Nəfəs musiqi alətlərində çalanlar

· Pəhriz saxlayanlar

· Tez-tez qripə yoluxanlar

Xəstəliyin dəhşətli fəsadları:

İnsanlar arasında belə bir adət var ki, öskürək, boğulma olanda bunu soyuqdəymə, qrip, boğaz ağrısı ilə əlaqələndirirlər. Buna görə də tövşüməyə, nəfəs çatışmazlığına önəm vermirlər. Ona görə də bu irəliləyərək xəstəliyə - ağciyər emfizemasına çevrilir. Müalicənin gecikdirilməsi ürək çatışmazlığına gətirib çıxarır. Uzun illər müalicə aparılmadıqda isə xəstəlik ölümlə nəticələnə bilər. Yaşlılarda bu bədxassəli şişə çevrilir.

Diqqət! Diqqət!

Ağciyər emfizemasının vərəmə keçmə riski böyükdür. Əgər evdə bu xəstəliyin ağır formasından əziyyət çəkən varsa, ailənin digər üzvləri də müayinədən keçməlidirlər.

Son.az 

Düzgün cins şalvar almaq üçün like
  • 11 Sen 00:48  
Digərləri Düzgün cins şalvar almaq üçün

Cins şalvar alarkən ilk növbədə uyğunluğuna, yan tikişinə və ölçüs�

arrow Ətraflı
“Mossad” rəhbəri İranı hədələdi like
  • 11 Sen 00:25  
Dünya “Mossad” rəhbəri İranı hədələdi

İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin ("Mossad"

arrow Ətraflı
Neftçalada dəhşət: Arvadına zəng edən qonşusunu öldürdü like
  • 11 Sen 00:14  
Kriminal Neftçalada dəhşət: Arvadına zəng edən qonşusunu öldürdü

Neftçala rayonunda 1982-ci il təvəllüdlü Elman 1989-cu il təvəllüdlü qo

arrow Ətraflı
İran səfiri bu FOTOilə nə demək istəyir? like
  • 11 Sen 00:07  
Digərləri İran səfiri bu FOTOilə nə demək istəyir?

İranın Azərbaycandakı səfiri sərhəddə gərginliyin yaranması fonunda pa

arrow Ətraflı
Günün qoroskopu: Yeni gəlir mənbələrini inadla arayın like
  • 11 Sen 00:01  
Digərləri Günün qoroskopu: Yeni gəlir mənbələrini inadla arayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Anar Mədətov yeni doğulan oğlunun görüntüsünü paylaşdı like
  • 10 Sen 23:56  
Şou-biznes Anar Mədətov yeni doğulan oğlunun görüntüsünü paylaşdı

Bu gün tanınmış prodüser Anar Mədətovun ad günüdür. 

arrow Ətraflı
Şou FACİƏ İLƏ nəticələndi  2 nəfər öldü, 4 nəfər... like
  • 10 Sen 23:52  
Digərləri Şou FACİƏ İLƏ nəticələndi 2 nəfər öldü, 4 nəfər...

Macarıstanda aviaşou zamanı idman-təlim təyyarəsi qəzaya uğrayıb.

arrow Ətraflı
Dünya ulduzlarının makiyajsız halı  FOTO like
  • 10 Sen 23:48  
Şou-biznes Dünya ulduzlarının makiyajsız halı FOTO

Hər gün səhnədə makiyajda gördüyümüz məşhurların bu dəfə makiyajs�

arrow Ətraflı
Bu üç yoluxucu xəstəlik komaya səbəb ola bilər like
  • 10 Sen 23:36  
Digərləri Bu üç yoluxucu xəstəlik komaya səbəb ola bilər

"Rotavirus infeksiyası tez-tez asanlıqla tolere edilir, lakin bəzi halla

arrow Ətraflı
Bakıda ŞOK OLAY: Yeni aldığı avtomobilin üzərinə mişar daşı atdılar  VİDEO like
  • 10 Sen 23:30  
Digərləri Bakıda ŞOK OLAY: Yeni aldığı avtomobilin üzərinə mişar daşı atdılar VİDEO

Bakı sakininin yeni aldığı son model avtomobilinin üzərinə mişar daşı

arrow Ətraflı
Dəniz Çakır ərə getdi  FOTO like
  • 10 Sen 23:23  
Şou-biznes Dəniz Çakır ərə getdi FOTO

Türkiyəli aktrisa Dəniz Çakır ailə qurub.

arrow Ətraflı
Qubada DƏHŞƏTLİ QƏZA: hadisə yerindən GÖRÜNTÜLƏR  VİDEO like
  • 10 Sen 23:15  
Digərləri Qubada DƏHŞƏTLİ QƏZA: hadisə yerindən GÖRÜNTÜLƏR VİDEO

Quba-Xaçmaz yolunun Qubanın Alekseyevka kəndindən keçən hissəsində "

arrow Ətraflı
14 yaşlı qız gecə evdən qaçdı, sosial şəbəkədə tanış olduğu oğlanla... like
  • 10 Sen 23:00  
Kriminal 14 yaşlı qız gecə evdən qaçdı, sosial şəbəkədə tanış olduğu oğlanla...

Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Əfsər yetkinlik yaşı

arrow Ətraflı