Qadınlar üçün ən qorxulu virus Papiloma


Digərləri 07 Sen 2023 22:45:00 239 0

Qadınlar üçün ən qorxulu virus  Papiloma

Papilloma virusu tibb elminə çox qədim zamanlardan məlum olan bir xəstəlikdir. Hətta qədim yunan həkimləri də öz əlyazmalarında papilloma virusu haqqında məlumatlar yazmışdılar. Papillomanın virus mənşəli xəstəlik olması isə XIX əsrin 60-cı illərindən aşkar edilib. 

Son.az axşam.az-a istinadən bildirir ki, papillomaların törədicisi papilloma viruslarıdır. Papillomalar dəri və selikli qişaların məməcik formasında olan xoşxassəli törəməsidir. Bu virusların 100-ə yaxın növu var. Onlar əsasən urogenital nahiyəni və dərini zədələyir. Son vaxtlar papilloma virusuna yoluxanların sayı sürətlə artır. Hesablamalara görə, dünyada insanların 80 faizi bu virusa yoluxub.

Papilloma virusları müxtəlif olur: onların bəziləri ət xalları yaradır, bəziləri də onkogenliyi ilə seçilir. Onkogen papilloma virusları da dərəcələrinə görə, iki qrupa bölünür: onkogenliyi yüksək və aşağı olanlar. Bu viruslar təkcə selikli gişaların səthində deyil, həm də sidik, sperma və tüpürcəklə də dövr edə bilər. Papillomalar gənc yaşlı insanlarda da meydana gəlir ki, bunun da səbəbi müxtəlif dərmanların qəbulu, qrip, güclü stress, hamiləlik, həzm sisteminin pozulması ola bilər.

Virusların inkişaf dövrü 15 gündən bir neçə ilə qədər ola bilər. Papilloma virusu orqanizmdə uzun müddət sakit qalır. Bu halda onu siqaret, hormonal pozğunluq aktivləşdirir. 

Papillomalar anadangəlmə və qazanılmış olurlar. Onlar əsasən, dəri rəngində, 0,2-10 mm. və ya 2 sm. uzunluğunda olurlar. Virus çox ləng inkişaf edir. Amma stress və hamiləlik zamanı çox sürətlə inkişaf etməyə başlayırlar.

Xəstəlik heç bir formada özünü büruzə vermir. Çox nadir hallarda uşaqlıq yolundan qan gəlir.

Papillomaların bir növü də kandilomalardır. Kandilomalar xərçəngqabağı haldır. Uşaqlıq yolunun kandiloması xərçəng riskini 50-60 dəfə artırır. Kandilomalar əsasən kiçik ölçülərdə olurlar. Çox nadir hallarda onlar böyük ölçüyə çatırlar. Onlar özlərini əsasən hamiləlik zamanı büruzə verirlər. Bu zaman müalicə yalnız hamiləliyin ilk aylarında aparılmalıdır. 

Xəstəliyin məkanı: ¨    Qeyri-genetal nahiyələr - boyun, üz, qoltuqaltı, süd vəzisinin alt nahiyəsi, burun-udlaq, ağız boşluğu. ¨    Sidik-ifrazat sistemi - sidik axarları, sidik kisəsi, böyrək ləyənləri. ¨    Genitaliya nahiyələri - qadınlarda cinsiyyət üzvləri, uşaqlıq boynu, uşaqlıq yolu.

Papilloma virusuna yoluxma yolları: ¨    Cinsi yolla ¨    Doğuş zamanı ¨    Məişət-təmas yolu (ümumi hamamdan istifadə etmək) ¨    Özünüyoluxdurma (üzqırxma və epilyasiya zamanı) ¨    Anal cinsi əlaqə ¨    İmmunitetin aşağı düşməsi

Xəstəliyin müalicəsi: Papillomaların diaqnozu çox asandır. Onları adi müayinə zamanı aşkarlamaq mümkündür. Onların virus təbiətli olması isə xüsusi yolla aşkarlanır. Papillomaların birdəfəlik müalicəsi mümkün deyil. Müalicə ilə yalnız inkişafın qarşısını almaq mümkündür. Xəstəliyin müalicəsində maye azotla kriodestruksiya, CO2-lazer və ya elektrokoaqulyasiya üsullarından istifadə edilir. Müalicə vaxtı yaranan törəmələr kimyəvi maddələr vasitəsilə yandırılır. 

Necə qorunmaq lazımdır? Papillomadan qorunmaq heç də çətin deyil. Bunun üçün nəmişlik olan yerlərdən uzaq gəzmək, dəridə olan cızıq və yaralarla ehtiyatlı davranmaq, orqanizmin immun müqavimətini artırmaq, stress və bu kimi digər faktorlardan qorunmaq lazımdır. Papillomanı qopartmağa çalışmayın. Əks halda o, iltihablaşar və daha çox ayılmağa başlayar. 

Diqqət! Papilloma altında xərçəng hüceyrələri yerləşir. Buna görə də onu qopartmaq və zədələmək bədxassəli şiş əmələ gətirər. Virus yaranan kimi onun böyüməsini və ölçüsünün artmasını gözləmədən dərhal həkim-dermatoloqa müraciət etmək mütləqdir. 

"Menajerimi ara"nın aktrisası yeni serialda  FOTO like
  • 07 Sen 22:37  
Şou-biznes "Menajerimi ara"nın aktrisası yeni serialda FOTO

Türkiyəli aktrisa Ahsen Eroğlunun yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Nigar əməliyyatlarından DANIŞDI: “Deyirlər ki, üzünü nə günə qoyub” like
  • 07 Sen 22:30  
Şou-biznes Nigar əməliyyatlarından DANIŞDI: “Deyirlər ki, üzünü nə günə qoyub”

"Heç zaman əməliyyatlarımı gizlətməmişəm. Çünki hamısı görün

arrow Ətraflı
"Borc içində üzməyin də öz ləzzəti var" like
  • 07 Sen 22:15  
Şou-biznes "Borc içində üzməyin də öz ləzzəti var"

Müğənni Fədayə Laçının pulla bağlı paylaşımı diqqət çəkib. 

arrow Ətraflı
Ersin Tatar İlham Əliyevə təşəkkür etdi like
  • 07 Sen 22:12  
Siyasət Ersin Tatar İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri

arrow Ətraflı
Gürcüstan Prezidenti xalqa müraciət etdi: "Heç vaxt..." like
  • 07 Sen 22:08  
Digərləri Gürcüstan Prezidenti xalqa müraciət etdi: "Heç vaxt..."

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" part

arrow Ətraflı
Əlləriniz teztez soyuq olursa, mütləq oxuyun! like
  • 07 Sen 22:00  
Digərləri Əlləriniz teztez soyuq olursa, mütləq oxuyun!

Reyno sinromu (və ya Reyno xəstəliyi) zamanı kiçik kapilyarlarda spazm (sı

arrow Ətraflı
Hacuqabulda ağacdan asılmış meyiti tapıldı like
  • 07 Sen 21:50  
Digərləri Hacuqabulda ağacdan asılmış meyiti tapıldı

Azərbaycanda meşədə faciəvi hadisə baş verib.

arrow Ətraflı
Nikah mərasimləri şahidsiz keçiriləcək  ŞOK QƏRAR like
  • 07 Sen 21:41  
Dünya Nikah mərasimləri şahidsiz keçiriləcək ŞOK QƏRAR

Latviyada nikah mərasimlərinin şahidlərin iştirakı olmadan keçirilməsi q

arrow Ətraflı
Əllərinizin tərləməməsi üçün TİBBİ MƏSLƏHƏT like
  • 07 Sen 21:30  
Digərləri Əllərinizin tərləməməsi üçün TİBBİ MƏSLƏHƏT

Hiperhidroz və ya həddindən artıq tərləmə ilə mübarizə aparmaq, səb�

arrow Ətraflı
Bloger saxlanıldı like
  • 07 Sen 21:08  
Dünya Bloger saxlanıldı

Rusiyapərəst bloger Mika Badalyan və "Sputnik Ermənistan" radiosun

arrow Ətraflı
Diabetin astanasında olanlar üçün ƏN PİS QİDALAR like
  • 07 Sen 21:00  
Digərləri Diabetin astanasında olanlar üçün ƏN PİS QİDALAR

Şəkərli diabetin astanasındasınızsa, pəhrizinizə nəzarət, qan şəkər

arrow Ətraflı
Azərbaycan musiqisi və rəqsi Çində beynəlxalq sərgidə təqdim edilib  FOTO like
  • 07 Sen 20:52  
Kriminal Azərbaycan musiqisi və rəqsi Çində beynəlxalq sərgidə təqdim edilib FOTO

Azərbaycan musiqisi və rəqsi Çində "VI İpək Yolu Beynəlxalq Mədən

arrow Ətraflı
Bakıda şok cinayət  Gənc qız erməniyə videolar göndərdi: "Məqsədim..." like
  • 07 Sen 20:45  
Digərləri Bakıda şok cinayət Gənc qız erməniyə videolar göndərdi: "Məqsədim..."

Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayə

arrow Ətraflı
Ermənistanın təxribatları regionda davamlı sülhə xələl gətirir  XİN rəhbəri like
  • 07 Sen 20:38  
Siyasət Ermənistanın təxribatları regionda davamlı sülhə xələl gətirir XİN rəhbəri

Ermənistanın bəyanat, ritorika və təxribatları regionda davamlı sülhə x

arrow Ətraflı