Bakıda Beynəlxalq Animasiya Festivalının açılışı olub


Kriminal 07 Sen 2023 12:12:23 240 0

Bakıda Beynəlxalq Animasiya Festivalının açılışı olub

Nizami Kino Mərkəzində mövzusu "Qadın haqları" olan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi təşkil edilib.

Milli.az xəbər verir ki, 2018-ci ildən etibarən hər il Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən festivalda əvvəlcə mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olduğunu vurğulayaraq festivalın əhəmiyyətindən danışıb.

Festivalın bilet satışından əldə olunacaq gəlirin azərbaycanlı gənc qadın rejissorlara ianə ediləcəyini deyən nazir müavini əlavə edib: "Bu sahənin inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması çox vacibdir. Hər kəsin uşaqlıq xatirəsi olan bir animasiya filmi var. Animasiya filminin adı gələndə və ya ona baxmaq imkanı olanda böyük nəsil sanki öz keçmişinə qayıdır. Animasiya sahəsinin digər özəlliyi ondan ibarətdir ki, ən kiçik yaşlı uşağı və ən böyük yaşlı insanı bir araya gətirə bilir. Bu baxımdan animasiyanın cəmiyyətdə rolu vacibdir. Bugünkü festivala ümumilikdə 46 ölkədən 174 film daxil olub. Hər il olduğu kimi, bu il də tamaşaçılar dünyanın müxtəlif ölkələrindən təqdim edilən onlarla müasir animasiya filmi ilə tanış olmaqla yanaşı, bu sahənin peşəkarları ilə fikir mübadiləsi apararaq, eləcə də müxtəlif ustad dərslərində iştirak etmək hüququ qazanıblar".

Eyni zamanda, qeyd olunub ki, festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub. Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir. Müsabiqə proqramına iki yerli və iki beynəlxalq kateqoriyalar, "Tamaşaçı rəğbəti mükafatı" daxildir. Müsabiqə qaliblərinin seçimi beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən həyata keçirilir. Müsabiqədənkənar proqramda tematik nümayişlərin, festivalın mövzusuna uyğun filmlərin və retrospektivlərin, dünyaca məşhur animasiya müəlliflərinin əsərlərinin nümayişləri nəzərdə tutulub. Peşəkar proqram isə xarici və yerli animasiya mütəxəssislərinin ustad dərsləri və vörkşoplardan ibarətdir. Peşəkar proqram çərçivəsində, həmçinin İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə "Women Rights Through Animated films" inkişaf vörkşopu və maliyyə proqramı təşkil olunacaq. Müsabiqə qaliblərinin seçimi 6 xarici mütəxəssisin də daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Tədbirin davamında Azərbaycan Animasiya Assosiasiyasının təsisçisi Nəzrin Ağamalıyevanın rejissorluq etdiyi "Hədis" animafilmi nümayiş olunub.

Daha sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Alberto Karandinski və festivalın xüsusi qonağı "Oskar" mükafatçısı niderlandlı rejissor Mixael Dudok de Wit VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında fikirlərini bölüşərək burada iştiraklarından məmnunluqlarını bildiriblər.

Sonda niderlandlı rejissor Mixael Dudok de Witin "Ata və qız" filmi nümayiş olunub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Sosial şəbəkələrdə yeni dələduzluq üsulu aşkar edilib like
  • 07 Sen 12:09  
Digərləri Sosial şəbəkələrdə yeni dələduzluq üsulu aşkar edilib

Sosial şəbəkə dələduzları indi də başqasının adından istifadə edər

arrow Ətraflı
"Aztelekom"un rəhbəri dəyişdi like
  • 07 Sen 12:08  
Digərləri "Aztelekom"un rəhbəri dəyişdi

"Aztelekom" MMC-nin baş direktor vəzifəsinin müvəqqəti icrası T

arrow Ətraflı
Sahil Babayev DOSTla bağlı əsas hədəflərini açıqladı like
  • 07 Sen 11:58  
Digərləri Sahil Babayev DOSTla bağlı əsas hədəflərini açıqladı

Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri i

arrow Ətraflı
Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşdı like
  • 07 Sen 11:57  
Digərləri Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşdı

Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istint

arrow Ətraflı
Flora Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib like
  • 07 Sen 11:54  
Siyasət Flora Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib

Flora Fətula qızı Xəlilova "Şöhrət" ordeni ilə təltif edilib.

arrow Ətraflı
İlham Əliyev Yurgen Riqterinki qəbul edib like
  • 07 Sen 11:49  
Siyasət İlham Əliyev Yurgen Riqterinki qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı like
  • 07 Sen 11:49  
Digərləri Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı

Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ər

arrow Ətraflı
Səmayənin ölümü 3cü dəfə araşdırılacaq like
  • 07 Sen 11:47  
Kriminal Səmayənin ölümü 3cü dəfə araşdırılacaq

İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın öl�

arrow Ətraflı
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq like
  • 07 Sen 11:38  
Digərləri Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​

arrow Ətraflı
Afaq Gəncəliyə ad günü sürprizi  VİDEO like
  • 07 Sen 11:36  
Şou-biznes Afaq Gəncəliyə ad günü sürprizi VİDEO

Tanınmış aparıcı Afaq Gəncəliyə doğum günü sürprizi edilib.

arrow Ətraflı
Arif Babayev vəzifəsindən getdi  Yerinə o təyin edildi like
  • 07 Sen 11:35  
Şou-biznes Arif Babayev vəzifəsindən getdi Yerinə o təyin edildi

Xalq artisti Mənsum İbrahimova vəzifə verilib. Son.az bizim.media-ya isti

arrow Ətraflı
Zəlzələ baş verəndə ilk köməyə gələn qardaşlarımız oldu  Türkiyə DİN rəhbəri like
  • 07 Sen 11:25  
Digərləri Zəlzələ baş verəndə ilk köməyə gələn qardaşlarımız oldu Türkiyə DİN rəhbəri

Türk dövlətləri təşkilatı qardaşlıq hüququna dayanan bir təşkilatdı

arrow Ətraflı
Binəqədidə YAP fəalları ilə görüş keçirilib like
  • 07 Sen 11:20  
Digərləri Binəqədidə YAP fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsm

arrow Ətraflı
Bakıda daha bir beynəlxalq konfrans keçirilir like
  • 07 Sen 10:53  
Digərləri Bakıda daha bir beynəlxalq konfrans keçirilir

Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəs

arrow Ətraflı
20 yaşlı tələbə qəfil öldü  FOTO like
  • 07 Sen 10:52  
Digərləri 20 yaşlı tələbə qəfil öldü FOTO

Türkiyədə 20 yaşlı tələbə qızın evdən cansız bədəni tapılıb.

arrow Ətraflı