Yarımçıq təhsil, puç olan ümidlər, erkən nikah: Qızlarımızı kim bədbəxt edir? FOTO


Digərləri 07 Sen 2023 07:22:00 207 0

Yarımçıq təhsil, puç olan ümidlər, erkən nikah: Qızlarımızı kim bədbəxt edir?  FOTO

"Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə onların sayı kəskin azalır".

Son.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Onun sözlərinə görə, 2009-cu ildə "Təhsil haqqında" qanunda 9 illik icbari təhsillə bağlı dəyişiklik edilməsi bu məsələdə vəziyyəti müsbətə doğru bir xeyli dəyişdirib:

"Lakin icbari təhsil müddətindən, yəni 9-cu sinfi bitirdikdən sonra qızların təhsildən yayındırılma halları hələ də qalmaqdadır. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərində bu fakt öz rəsmi təsdiqini tapmış olur. Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində Azərbaycanda qız uşaqlarının 90%-dən çoxunun hüquqi maneə ilə qarşılaşmadan təhsil ala bildiyini qeyd edib".

Ekspert bildirib ki, məsələyə nazirin dediyi rakursdan baxsaq, yerdə qalan 10 faiz heç də kiçik rəqəm sayılmamalıdır. "Bu, orta hesabla 100 qız şagirddən 10-nun təhsil zamanı hüquqi maneələrlə üzləşməsi faktı deməkdir", - deyə Elmin Nuri qeyd edib.

Ekspert bildirib ki, 9 illik icbari təhsillə bağlı dəyişiklik yerinə yetirilməsəydi, vəziyyət daha kritik səviyyəyə gəlib çata bilərdi: "Bu dəyişikliyə qədər valideynlər bəzən 4-cü sinifdən sonra qızlarının məktəbə yollanmasına icazə vermirdilər. Lakin artıq 9 illik təhsil məcburi sayıldıqdan hüquqi prosedur buna imkan vermədi, nəticədə ali qanun qız şagirdlərin hüquqlarını qorumuş oldu. IX sinif isə artıq şagirdin gələcək həyatı üçün seçim dövrü olduğundan burada şagirdlərin 11 illik təhsil bazasında qalıb-qalmayacaqları onların özü və valideynlərinin ixtiyarına buraxılır. Çünki bir çox peşəyönümlü, müxtəlif sahələrdə məşğul olan şagirdlər var ki, onlar yerdə qalan ikiillik etapda özlərini əmək bazarı üçün formalaşdıra bilərlər".

Həmsöhbətimiz qeyd edib ki, bu seçim haqqı valideynlərə sanki başqa hüquqların verilməsi kimi qarşılanır:

"Onlar əsasən də qız övladlarının son iki ili məktəbdə oxumamalarına üstünlük verirlər. Bunun hansı səbəblərdən baş verməsi isə məkan və situasiyaya görə fərqlənir. Əsas səbəblər isə bunlardır: qızların erkən nikaha cəlbi, ailənin maddi rifahının aşağı olması, təhsilə çəkiləcək xərclərlə bağlı daha çox oğlan şagirdlərə üstünlüyün verilməsi, ailədaxili ifrat mühafizəkarlıq".

Ekspert hesab edir ki, bu gün istər ailə daxilində, istər cəmiyyətin hər hansı təbəqələrində ifrat mühafizəkarlıq gələcəyimiz adına ləkədir:

"Təsəvvür edin ki, bəzi yerlərdə qız şagirdin təhsilini davam etdirməsinə onun yenicə nişanlandığı şəxs, yaxud gələcək rəsmi münasibətə girəcəyi şəxs qərar verir. Bu yolverilməzdir. Bu gün qız şagirdinin təhsilini davam etdirməsinə imkan verməyən kişi cinsinin hər hansı nümayəndəsi sadəcə olaraq cəmiyyət adına ləkədir". Son.az

"Ailə" nə vaxt yayımlanacaq? like
  • 07 Sen 07:00  
Şou-biznes "Ailə" nə vaxt yayımlanacaq?

Türkiyədə yayımlanan "Ailə" serialının ikinci mövsümünün ya

arrow Ətraflı
Yumurtanın xeyri və ziyanı... like
  • 07 Sen 06:35  
Digərləri Yumurtanın xeyri və ziyanı...

Toyuq yumurtası daim çox xeyirli məhsul sayılıb, lakin müasir dövrün ins

arrow Ətraflı
Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş”  VİDEO  FOTO like
  • 07 Sen 06:13  
Şou-biznes Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş” VİDEO FOTO

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist F

arrow Ətraflı
Şokolad korluğa səbəb ola bilər like
  • 07 Sen 05:58  
Digərləri Şokolad korluğa səbəb ola bilər

Şokoladdan çox istifadə edən insanlar kor olmaq riski ilə qarşılaşa bil�

arrow Ətraflı
Ağcaqanadları hansı qoxular cəlb edir? like
  • 07 Sen 05:30  
Digərləri Ağcaqanadları hansı qoxular cəlb edir?

Alimlər ağcaqanadları hansı qoxuların cəlb etdiyini aşkar ediblər. 

arrow Ətraflı
Məşhur model xərçəngdən əziyyət çəkir like
  • 07 Sen 05:11  
Şou-biznes Məşhur model xərçəngdən əziyyət çəkir

58 yaşlı italyanəsilli kanadalı supermodel Linda Yevanqelista süd vəzi xə

arrow Ətraflı
Fransız gözəllərinin sağlam saçlarının like
  • 07 Sen 04:50  
Digərləri Fransız gözəllərinin sağlam saçlarının

Dərilərini kosmetik məhsulların təsirinə məruz qoymağı sevməyən frans

arrow Ətraflı
Cici Hadiddən  Qeyriadi like
  • 07 Sen 04:30  
Şou-biznes Cici Hadiddən Qeyriadi

Amerikalı model Cici Hadid Fransanın "Jacquemus" moda evinin payız-

arrow Ətraflı
Qaşları düyünləmək zərərlidirmi? like
  • 07 Sen 04:12  
Digərləri Qaşları düyünləmək zərərlidirmi?

Çoxunuz yəqin xatırlayırsız? Qaşlarımızı çatıb, qaşqabaqlı dayanan

arrow Ətraflı
"Behlül" və "Bihter" illər sonra bir masada like
  • 07 Sen 03:51  
Şou-biznes "Behlül" və "Bihter" illər sonra bir masada

"Qalatasaray"ın və türk futbolunun əfsanəvi adı Fatih Terimin 70

arrow Ətraflı
Qarpız yemək üçün like
  • 07 Sen 03:32  
Digərləri Qarpız yemək üçün

İnsanlar hələ qədim zamanlardan qarpızın faydaları barədə bilirlər.

arrow Ətraflı
Türkiyədə küçədə "Qarabağ" oxudular like
  • 07 Sen 03:13  
Şou-biznes Türkiyədə küçədə "Qarabağ" oxudular

Müğənni Nadir Qafarzadə yayımladığı video ilə diqqət çəkib. 

arrow Ətraflı
Yemək zamanı ortaya çıxan like
  • 07 Sen 02:55  
Digərləri Yemək zamanı ortaya çıxan

Amerika Cons Hopkins Universitetinin eksperti Ann Mari Lennon xərçəngin çox

arrow Ətraflı
Məşhur müğənni altıncı uşağı istəmədi like
  • 07 Sen 02:38  
Şou-biznes Məşhur müğənni altıncı uşağı istəmədi

Məşhur britaniyalı müğənni Steysi Solomon altıncı uşaqdan imtina edib.

arrow Ətraflı
Arıqlamaq istəyənlər üçün like
  • 07 Sen 02:15  
Digərləri Arıqlamaq istəyənlər üçün

Hazırda dünyada demək olar ki, əksər insanlar piylənmədən və artıq ç�

arrow Ətraflı