Saysızhesabsız eşq macəraları yaşadı, 64 yaşında dəli kimi aşiq oldu –


Kriminal 06 Sen 2023 22:53:00 274 0

Saysızhesabsız eşq macəraları yaşadı, 64 yaşında dəli kimi aşiq oldu –

Bu gün dünya şöhrətli tenor Luçano Pavarottinin anım günüdür. 2007-ci ilin 6 sentyabrında əbədiyyətə qovuşan opera kralının yaşasaydı 88 yaşı olacaqdı. Hərçənd onun haqqında "yaşasaydı" sözünü işlətmək də doğru deyil. Luçano Pavarotti musiqi var olduqca yaşayacaq, adı tarixə və könüllərə qazılmış sənətkardır.

Son.az xəbər verir ki, Lent.az "Bir ulduz axdı" rubrikasında italiyalı tenor Luçano Pavarotti haqqında söhbət açır.

Pavarotti fövqəlsəsə sahib opera müğənnisi sayılırdı. O opera tarixində 9 yüksək "do" notunu oxuya bilmiş ilk müğənni idi, buna görə də "Üst do kralı" adını almışdı. Onu operanı küçələrə daşıyan adam kimi də tanıyırdılar. Düzdür, öncələr buna görə tənqid olunurdu, sonralar anladılar ki, o operaya ümumxalq sevgisi qazandırmış insandır. 

Pavarotti caz, rok, pop ulduzları ilə oxumuş yeganə opera müğənnisidir. Eyni uğurla Maykl Cekson, Selin Dion, Brouni ilə səhnəyə çıxır, maraqlı musiqi sintezi yaradırdı. O yarım milyon tamaşaçını ABŞ-da Mərkəzi Parkda öz tamaşasına yığmaqla Ginnesin Rekordlar Kitabına düşmüşdü. 15 dəfə "Qremmi" mükafatı almış, ən sonda "Qremmi əfsanəsi" mükafatına da layiq görülmüşdü.

Luçano İtaliyanın Emiliya Romanya vilayətində, Parmezan pendiri və Lambrusko şərabının hazırlandığı torpaqlarda dünyaya göz açmışdı. Atası çörəkçi olsa da, kilsə xorunda oxumağı sevirdi. Anası tütün fabrikində işləyirdi. Luçanoya səs atasından keçmişdi. Şöhrətlənənə qədər onun ən böyük rəqibi də atası olmuşdu. Atası hər zaman səsinin Luçanonun səsindən yaxşı olduğunu düşünürdü. Onlar ata-bala uzun illər birlikdə kilsə xorunda oxudular. Luçano müğənni olmaq niyyətində deyildi. Öncə fermer, sonra müəllim olmaq arzusuna düşmüşdü. Lakin 16 yaşı olanda ayağından aldığı travma nəticəsində 4 gün komaya düşür, ölümlə üz-üzə qalır.

Sağalandan sonra atası oğlunu opera tamaşasına aparır və o nə istədiyini anlayır. 16 il sonra eyni səhnədə daha böyük uğurla Luçano çıxış edirdi. 

28 yaşı olanda Luçano Londonda opera səhnəsinə çıxır. İngilis dilini bilməyən, çaşqın gənc tenor izləyicilərin diqqətini çəkə bilir. Onun barəsində söz-söhbətlər bütün dünyanın opera teatrlarına çatır. Beləcə dünyaya Pavarotti adlı bir ulduzun işığı düşür.

Luçano çox dindar eyni zamanda mövhumatçı insan olub. Həmişə səhnəyə ilk çıxış etdiyi gün əlində olmuş ağ əl yaylığı ilə çıxırdı. Onu öz talismanı hesab edirdi. Məxməri rəngdən qorxur, pilləkənlərin altından keçmirdi, yanında  süfrəyə duz dağılanda bərk əsəbiləşirdi, dava düşəcəyindən qorxurdu.

Pavarotti 26 yaşı olanda səsində problem yaranır, sağaldıqdan sonra səs tellərində qalınlaşma gedir. Gənc tenor karyerasının bununla başa çatdığını düşünsə də, hər şey əksinə olur. Sağaldıqdan sonra anlayır ki, səsi daha da gözəlləşib, qalınlaşıb istədiyi həddə düşüb.

Pavarottinin ən məşhur layihələrindən biri də "3 Tenor" layihəsi idi. Bu layihə çərçivəsində o həmkarları, dünya şöhrətli tenorlar Dominqo, Karreras ilə birlikdə möhtəşəm konsertlər verirdi. Musiqi tənqidçiləri bu üçlüyü opera janrını konsert salonlarına daşımaqda ittiham edirdilər. Tamaşaçılar isə bu layihəni çox sevdilər və bütün dünyada məşhurlaşdı.

Tale ona istədiyi hər şeyi bəxş edirdi. O minor yaşamağı sevmirdi. Qaynar italyan qanı və populyarlığın bəxş etdiyi çılğınlıqla daima qadınların əhatəsində olur, saysız-hesabsız eşq macəraları yaşayırdı.

İki dəfə ailəli olub. İlk arvadı müğənni Adya Veroni olmuşdu. 1961-ci ildə ilk dəfə ailə quran Luçanonun bu evlilikdən 3 qızı doğulur. 40 illik ailə həyatından sonra 64 yaşında o dəli kimi gənc bir xanıma, öz köməkçisinə aşiq olur. Sevdiyi qız ondan 40 yaş kiçik, 24 yaşlı Nikoletta Montovani idi. O qədər sevmişdi ki, arvadına etiraf edib ondan ayrılır, yeni arvadına villa tikdirir. Bu evlilikdən bir qızı bir oğlu doğulsa da, oğlu körpə ikən ölür. Luçano həmişə müsahibələrində varissiz qaldığını deyirdi. 4 qızını varisi hesab etmirdi.

Luçano yemək bişirməyi və ət yeməyi çox sevirdi. tez-tez mətbəxə keçib müxtəlif ət yeməkləri hazırlayırdı. "Yemək yeganə nemətdir ki, biz bütün işlərimizi onunla məşğul olmaq üçün dayandırırıq" deyirdi. Onun bu sözləri italyan restoranlarında tablo kimi divarlardan asılır.

Böyük tenor son dəfə səhnəyə 2004-cü ildə çıxdı. Mədəaltı vəzində bədxassəli şişin yarandığını artıq bilirdi. Tamaşaçılara vida nitqi söylədi. Son dəfə Puççininin "Toska" operasındakı partiyasını ifa etdi. Tamaşaçılar onu düz 10 dəqiqə ayaq üstə alqışlayıb sonra yola saldılar.

"Mən 65 yaşıma qədər bəxti  gətirən biri oldum. Britaniya kraliçası məni şəxsən görmək istəyib, qəbul edib. Uşaqlığım kasıblıq içində keçmişdi, sonra Tanrı mənə əldə etmək istədiyim hər şeyi bəxş etdi. Xəstələnmədim, heç vaxt buna görə narahat olmadım və yenə olmuram. O içimdə böyüyür və mən rahat yatıram. Nikbinəm, ölənə qədər də belə qalacam",- deyə o son çıxışında bildirmişdi. 

2007-ci ilin sentyabr ayında Pavarotti yaşadığı Madene şəhərində, xəstəxanada vəfat etdi. Onu 3 gün dəfn etmədilər. Milyonlarla fanatı axın-axın vidalaşmaq üçün gəlirdi, Madena küçələri gül yağışına tutulmuşdu. O ata-anası və körpə oğlunun dəfn olunduğu ailə məzarlığında torpağa tapşırıldı.

Özü getdi, milyonlarla ürəyi fəth etmiş sehrli səsi isə qaldı. Görünür tale bu səsi yalnız ona deyil, bütün bəşəriyyətə hədiyyə olaraq göndərmişdi.

Türk serial tarixində İLK like
  • 06 Sen 22:38  
Şou-biznes Türk serial tarixində İLK

Türkiyədə serial tarixində bir ilk yaşanacaq

arrow Ətraflı
Məşhur aktrisa 82 yaşında VƏFAT ETDİ  FOTO like
  • 06 Sen 22:32  
Dünya Məşhur aktrisa 82 yaşında VƏFAT ETDİ FOTO

İspaniyalı aktrisa və teleaparıcı Mariya Tereza Kampos 82 yaşında vəfat

arrow Ətraflı
Gecə klubunun qarşısında "QIRĞIN"  Sinəsi açıldı, vecinə olmadı like
  • 06 Sen 22:30  
Digərləri Gecə klubunun qarşısında "QIRĞIN" Sinəsi açıldı, vecinə olmadı

İstanbulda 2 qadın gecə klubunda aləmi bir-birinə qatıb.

arrow Ətraflı
Şəkidə "Land Rover" yandı like
  • 06 Sen 22:22  
Digərləri Şəkidə "Land Rover" yandı

Şəki şəhərində "Land Rover" markalı minik avtomobilinin mühər

arrow Ətraflı
Əfsanəvi aktyordan duyğusal paylaşım: “İki həftə əvvəl ərini itirmiş gənc qadın…”  FOTO like
  • 06 Sen 22:15  
Dünya Əfsanəvi aktyordan duyğusal paylaşım: “İki həftə əvvəl ərini itirmiş gənc qadın…” FOTO

Məşhur britaniyalı aktyor, yazıçı və ssenarist Stiven Fray Kiyevə səfə

arrow Ətraflı
Keçmiş arvadına görə polisi güllələdi – Qaladakı qətlin TƏFƏRRÜATI like
  • 06 Sen 22:08  
Kriminal Keçmiş arvadına görə polisi güllələdi – Qaladakı qətlin TƏFƏRRÜATI

Bakıda qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təq

arrow Ətraflı
Tənqidi qəbul etməyən 3 BÜRC like
  • 06 Sen 22:00  
Digərləri Tənqidi qəbul etməyən 3 BÜRC

Astrologiyada əhval-ruhiyyəsi ilə seçilən bürclər var. Çox vaxt xoşuna

arrow Ətraflı
Model özünə KİŞİ AXTARIR like
  • 06 Sen 21:51  
Şou-biznes Model özünə KİŞİ AXTARIR

Türkiyəli model Bahar Candan özü ilə Dubaya istirahətə getməyə adam axt

arrow Ətraflı
Azərbaycanda məşhur veriliş BAĞLANDI like
  • 06 Sen 21:40  
Şou-biznes Azərbaycanda məşhur veriliş BAĞLANDI

"Xəzər TV"də yayımlanan "Fəlidən doğru xəbər" proqr

arrow Ətraflı
Milli geyimdə olan şagird DƏRSƏ BURAXILMADI  FOTO like
  • 06 Sen 21:33  
Dünya Milli geyimdə olan şagird DƏRSƏ BURAXILMADI FOTO

Fransanın Lion şəhərində az yaşlı qız kimono (Yaponiyanın milli geyimi)

arrow Ətraflı
Hikmət Hacıyev Netanyahu ilə görüşdü  FOTO like
  • 06 Sen 21:26  
Siyasət Hikmət Hacıyev Netanyahu ilə görüşdü FOTO

İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi

arrow Ətraflı
"Mən bu cahana sığmazam" nə vaxt yayımlanacaq? like
  • 06 Sen 21:15  
Şou-biznes "Mən bu cahana sığmazam" nə vaxt yayımlanacaq?

"Atv" kanalında yayımlanan "Mən bu cahana sığmazam" ser

arrow Ətraflı
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub like
  • 06 Sen 21:12  
Siyasət Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqə

arrow Ətraflı
Bu ölkələr yeni tankın yaradılması haqqında müqavilə imzaladı like
  • 06 Sen 20:54  
Dünya Bu ölkələr yeni tankın yaradılması haqqında müqavilə imzaladı

Almaniya İtaliya, İspaniya və İsveçlə "Leopard 2" tankının yen

arrow Ətraflı
Bu geyimlər sizi daha qısa göstərəcək  SİYAHI like
  • 06 Sen 20:45  
Digərləri Bu geyimlər sizi daha qısa göstərəcək SİYAHI

Geyimlər görünüşə birbaşa təsir edən amillərdən biridir. Gündəlik o

arrow Ətraflı