Keçmiş arvadına görə polisi güllələdi – Qaladakı qətlin TƏFƏRRÜATI


Kriminal 06 Sen 2023 22:08:00 220 0

Keçmiş arvadına görə polisi güllələdi – Qaladakı qətlin TƏFƏRRÜATI

Bakıda qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İsgəndər Bəbirovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gələrək, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib. İ.Bəbirov eyni vaxtda həyətdə fəhlə işləyən Nicat Şəbiyevi də bıçaqlayaraq hadisə yerindən qaçıb. Lakin Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb. Yaralı N.Şəbiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Polis tərəfindən saxlanılan İsgəndər Bəbirov ifadəsində bildirib ki, Qala qəsəbəsində qohumuna məxsus ərazidən 2 sot torpaq alıb. Torpağa dair etibarnamə həyat yoldaşının adına olub. Çünki pulu o, ödəyib.

2015-ci ilin mart ayından orada ev tikməyə başlayıblar. Noyabrın 12-si saat 15:00 radələrində evin qabağına çatanda qara rəngli maşın, həyətə baxanda isə mətbəx otağının pəncərəsindən arvadı və onun yanında Malik Muradovu görüb. Bəbirovun sözlərinə görə, Malik Lerik rayonunda İstigülün bacısı Zeynəbin qonşusu olub. Bir müddət onları müşahidə edib. Əvvəl çıxıb getmək istəyib. Sonra fikrini dəyişib, həyətə girib və ağac budağını götürüb pəncərəyə tərəf atıb. Budaq pəncərəyə dəyən kimi, İstigül və Malik ona tərəf baxıblar. Malik evdən çıxıb, ona dğgru gələ-gələ ünvanına nalayiq sözlər işlədib. İsgəndər onları telefona çəkdiyini deyərək həyətdən çıxıb qaçıb.

Səhərisi gün Bəbirov bağ evindəki qonşusuna zəng edib, Malikin nömrəsini götürüb, ona zəng edib. İstigülün əri olduğunu bildirməklə onun ailəsini dağıtmamasını xahiş edib. Hətta Muradova yalvarmağa başlayıb. Malik isə onu təhqir edərək tezliklə görüşəcəklərini söz verib. İsgəndər onları birlikdə görəndən sonra bağ evinin təmiri ilə daha məşğul olmayıb. Qalmağa yeri olmadığından küçələrdə gecələyib. Arvadı və Maliklə axırıncı telefon danışıqlarından sonra hər ikisini öldürmək qərarına gəlib. Bu məqsədlə silah axtarışına başlayıb.

Noyabrın 19-da Masallı rayonunda Köhnə Bazar adlanan yerdə tanımadığı şəxsdən 380 manata tüfəng alıb və Bakıya qayıdıb. Mərdəkan qəsəbəsində ovçular mağazasından 25 ədəd patron alıb. Gecə saat 23:00 radələrində bağ evinə gedib və Maliklə arvadının gəlməsini gözləyib.

Səhər tezdən Malik fəhlələrlə həyətə daxil olanda o, evin içində olub. Silahı isə gecədən doldurub hazır vəziyyətdə mətbəx otağına qoyub. Bəbirov tüfəngi qapıya doğru istiqamətləndirib. İçəri girən fəhlələrə sakit durmalarını və digər otağa keçməklərini işarə edib. Malikin səsindən onun qapının yanında dayandığını hiss edib. O, pəncərədən düşüb Muradovun arxa tərəfinə keçib. Aralarında təxminən 5 metr məsafə olub. İsgəndər atəş açıb. Sinəsindən yaralanan Malik yerə yıxılıb. Ona yaxınlaşarkən əli qəflətən tətiyə toxunub və Muradovun üz nahiyəsinə ikinci atəş açılıb.

Bundan sonra hasarın yanında olan fəhlələr üstünə hücum edib. İsgəndər silahı kənara atıb onlarla əlbəyaxa olub. Gödəkcəsinin cibindən bıçağı çıxarıb, özünü öldürmək istəyib. Kəsici aləti cibinə qoymaqda məqsədi silahdan atəş açılmasa, Maliki həmin bıçaqla öldürmək olub. Fəhlələr onun qollarından tutaraq bıçağı əlindən alıb polisə xəbər veriblər. Bir müddətdən sonra gələn polis əməkdaşları onu polis idarəsinə aparıblar. Maliki arvadı ilə yaxın münasibəti olduğuna görə öldürdüyünü bildirib.

Zərərçəkmiş qismində dindirilmiş İstigül Mərdiyeva ifadəsində, İsgəndər Bəbirovla rəsmi olaraq ayrıldığını göstərib. Qadın qeyd edib ki, keçmiş ərinin 2015-ci il noyabrın 12-də onu və Malik Muradovu bağ evində birlikdə görməsini deməsi həqiqətə uyğun deyil. Çünki həmin gün o, Qala qəsəbəsində olmayıb.

Şahid qismində ifadə verən Günel Bəbirova bildirib ki, atasının anası barədə dedikləri yalan və şayiədir.

Məhkəmə prosesində İsgəndər Bəbirov ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum olunub.

Tənqidi qəbul etməyən 3 BÜRC like
  • 06 Sen 22:00  
Digərləri Tənqidi qəbul etməyən 3 BÜRC

Astrologiyada əhval-ruhiyyəsi ilə seçilən bürclər var. Çox vaxt xoşuna

arrow Ətraflı
Model özünə KİŞİ AXTARIR like
  • 06 Sen 21:51  
Şou-biznes Model özünə KİŞİ AXTARIR

Türkiyəli model Bahar Candan özü ilə Dubaya istirahətə getməyə adam axt

arrow Ətraflı
Azərbaycanda məşhur veriliş BAĞLANDI like
  • 06 Sen 21:40  
Şou-biznes Azərbaycanda məşhur veriliş BAĞLANDI

"Xəzər TV"də yayımlanan "Fəlidən doğru xəbər" proqr

arrow Ətraflı
Milli geyimdə olan şagird DƏRSƏ BURAXILMADI  FOTO like
  • 06 Sen 21:33  
Dünya Milli geyimdə olan şagird DƏRSƏ BURAXILMADI FOTO

Fransanın Lion şəhərində az yaşlı qız kimono (Yaponiyanın milli geyimi)

arrow Ətraflı
Hikmət Hacıyev Netanyahu ilə görüşdü  FOTO like
  • 06 Sen 21:26  
Siyasət Hikmət Hacıyev Netanyahu ilə görüşdü FOTO

İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi

arrow Ətraflı
"Mən bu cahana sığmazam" nə vaxt yayımlanacaq? like
  • 06 Sen 21:15  
Şou-biznes "Mən bu cahana sığmazam" nə vaxt yayımlanacaq?

"Atv" kanalında yayımlanan "Mən bu cahana sığmazam" ser

arrow Ətraflı
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub like
  • 06 Sen 21:12  
Siyasət Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqə

arrow Ətraflı
Bu ölkələr yeni tankın yaradılması haqqında müqavilə imzaladı like
  • 06 Sen 20:54  
Dünya Bu ölkələr yeni tankın yaradılması haqqında müqavilə imzaladı

Almaniya İtaliya, İspaniya və İsveçlə "Leopard 2" tankının yen

arrow Ətraflı
Bu geyimlər sizi daha qısa göstərəcək  SİYAHI like
  • 06 Sen 20:45  
Digərləri Bu geyimlər sizi daha qısa göstərəcək SİYAHI

Geyimlər görünüşə birbaşa təsir edən amillərdən biridir. Gündəlik o

arrow Ətraflı
2023cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü like
  • 06 Sen 20:36  
Digərləri 2023cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü

Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti dünya tarixi

arrow Ətraflı
Rusiyanın zərbələri NATOda panikaya səbəb oldu like
  • 06 Sen 20:27  
Dünya Rusiyanın zərbələri NATOda panikaya səbəb oldu

Rusiyanın Ukraynada NATO üzvü olan Rumıniya ilə sərhədə yaxın strateji

arrow Ətraflı
Maşın tuneldə xarab oldu like
  • 06 Sen 20:18  
Digərləri Maşın tuneldə xarab oldu

Heydər Əliyev prospektində tunelə girişdə texniki nasaz avtomobil yolda qa

arrow Ətraflı
II Elizabetin xatirəsinə 23 milyon dollarlıq sikkə hazırlandı  FOTO like
  • 06 Sen 20:09  
Dünya II Elizabetin xatirəsinə 23 milyon dollarlıq sikkə hazırlandı FOTO

Böyük Britaniya kraliçası mərhum II Elizabetin xatirəsinə nəhəng sikkə

arrow Ətraflı
Bakıda sahibkarın oğlunu 200 min manata görə like
  • 06 Sen 19:54  
Kriminal Bakıda sahibkarın oğlunu 200 min manata görə

Bakıda kafe sahibinin azyaşlı oğlunu qaçırıb 200 min manat pul tələb et

arrow Ətraflı