Slovakiya rəsmiləri Şuşaya, Füzuliyə və Ağdama səfər edib


Digərləri 06 Sen 2023 19:43:00 270 0

Slovakiya rəsmiləri Şuşaya, Füzuliyə və Ağdama səfər edib

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti sentyabrın 6-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətini Milli Məclisin deputatı, parlamentin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Qonaqları qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Füzulu və Zəngilan hava limanlarının maketlərini göstərib, limanların texniki göstəriciləri barədə danışıb.

Emin Hüseynov, həmçinin qonaqları Füzuli şəhərinin bərpası planı ilə tanış edib, rayonda və azad edilmiş ərazilərdə yaradılacaq müasir ifrastruktur, "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji" layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat verib.

Sonra Füzuli şəhərinə yola düşən səfər iştirakçıları burada erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara 30 illik işğal dövründə Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlər, bu ərazilərin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi, aparılan minatəmizləmə işləri, Füzulidə görülən və görüləcək işlər, Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi barədə də məlumat verilib.

Sonra Şuşaya gələn qonaqlar Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüblər.

Görüşdə Aydın Kərimov Boris Kolların Şuşaya növbəti səfərini yüksək qiymətləndirib. Söhbət zamanı Azərbaycan və Slovakiya şəhərləri arasında olan münasibətlərin inkişaf etdiyi, ikitərəfli əlaqələrin müsbət yöndə irəlilədiyi diqqətə çatdırılıb.

Xüsusi nümayəndə qonaqlara Şuşa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.

Sonra qonaqlar Cıdır düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır üzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Səfər çərçivəsində slovakiyalı parlamentarilər Ağdam rayonunun Baş Qərvənd kəndində olublar.

Burada Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və proqram çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, proqram çərçivəsində ən önəmli komponentlərdən biri də "Ağıllı kənd" və "Ağıllı şəhər"lərin tikintisidir.

Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin ağıllı kənd layihəsi Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək.

Bildirilib ki, Baş Qərvənd kəndi "Ağıllı kənd" layihəsi çərçivəsində tamamilə yenidən bərpa olunacaq və işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər yenidən burada məskunlaşdırılacaq.

Bu ölkədə dövlət idarəsinin işçiləri dəbilqə ilə çalışırlar like
  • 06 Sen 19:38  
Dünya Bu ölkədə dövlət idarəsinin işçiləri dəbilqə ilə çalışırlar

Hindistanda dövlət qurumlarından birinin işçiləri başlarına düşən tav

arrow Ətraflı
Bu abidələr qorunmaya alınacaq like
  • 06 Sen 19:28  
Digərləri Bu abidələr qorunmaya alınacaq

Ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tu�

arrow Ətraflı
Bakı küçələrində BÖYÜK HƏYƏCAN: like
  • 06 Sen 19:27  
Digərləri Bakı küçələrində BÖYÜK HƏYƏCAN:

Bu gün Bakının Xətai rayonu ərazisində qəribə hadisə yaşanıb.

arrow Ətraflı
79 yaşlı aktyor qəza törədib qaçdı like
  • 06 Sen 19:16  
Şou-biznes 79 yaşlı aktyor qəza törədib qaçdı

79 yaşlı aktyor Qari Busey qəza törətdikdən sonra hadisə yerindən qaçı

arrow Ətraflı
Bu ölkədə ilk dəfə milli pasportların çapına başlanıldı like
  • 06 Sen 19:05  
Dünya Bu ölkədə ilk dəfə milli pasportların çapına başlanıldı

Qırğızıstan tarixdə ilk dəfə öz milli sənədlərini çap etməyə başl

arrow Ətraflı
Azərbaycanda bu yolun ödənişli olacağına qərar verildi like
  • 06 Sen 19:02  
Digərləri Azərbaycanda bu yolun ödənişli olacağına qərar verildi

Nazirlər Kabineti "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərh

arrow Ətraflı
Moskva Bakının istəyini qəbul edir: Ağdam marşrutu like
  • 06 Sen 18:43  
Digərləri Moskva Bakının istəyini qəbul edir: Ağdam marşrutu

Rusiya humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə maneəsiz buraxıl

arrow Ətraflı
Aysunun keçmiş əri qızını üzə çıxardı like
  • 06 Sen 18:40  
Şou-biznes Aysunun keçmiş əri qızını üzə çıxardı

Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşan

arrow Ətraflı
Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir? like
  • 06 Sen 18:39  
Digərləri Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir?

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mex

arrow Ətraflı
Moda həftəsinə çılpaq qatıldı like
  • 06 Sen 18:32  
Şou-biznes Moda həftəsinə çılpaq qatıldı

Reper Kanye Uestin keçmiş sevgilisi, aktrisa və model Culiya Foks Nyu-Yorkda

arrow Ətraflı
Ukraynanın yeni müdafiə naziri seçildi like
  • 06 Sen 18:27  
Dünya Ukraynanın yeni müdafiə naziri seçildi

Ukrayna Ali Radası prezident Volodimir Zelenskinin təklifi ilə Rustem Umerovu

arrow Ətraflı
Slovakiya nümayəndə heyəti Cıdır düzündə like
  • 06 Sen 18:25  
Digərləri Slovakiya nümayəndə heyəti Cıdır düzündə

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik et

arrow Ətraflı
Bu ölkə adını dəyişir: like
  • 06 Sen 18:21  
Dünya Bu ölkə adını dəyişir:

Xəbər veridyimiz kimi, Hindistan hakimiyyəti ölkənin adını Bharat olaraq

arrow Ətraflı
Qeyriadi yeni turizm növü: like
  • 06 Sen 18:10  
Dünya Qeyriadi yeni turizm növü:

Nyu-Yorkda yaşayan siçovulların sayı 10 milyonu keçib.

arrow Ətraflı