Bakı Metrosunda YENİLİK


Digərləri 06 Sen 2023 08:52:00 195 0

Bakı Metrosunda YENİLİK

"Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.

Son.az report-a istinadən xəbər verir ki, Bənövşəyi xəttin "Xocəsən" və "8 Noyabr" stansiyalarında sərnişinlər "BakıKart" plastik kartından savayı, "BakıKart" mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

Bu məqsədlə "BakıKart" ödəmə sistemini həyata keçirən "K Group" MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb. Şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.

Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir.

Bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır:

1. "BakıKart" mobil tətbiqini "Google Play" (https://play.google.com/store/apps/details?id=prod.bakikart.az) və yaxud "App Store" (https://apps.apple.com/az/app/bakıkart/id6444960659) tətbiqlərindən yükləmək;

2. Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);

3. Pul kisəsində balansı ən azı 1 manat artırmaq;

4. QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);

5. Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.

Tətbiq "BakıKart" plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.

QR bilet vaxta qənaətdir. Sərnişin plastik karta gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər.

Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək.

QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:

1. QR bilet yalnız bir gediş üçün etibarlıdır; 2. QR bilet 5 dəqiqə ərzində etibarlıdır; 3. QR bilet üçün "pul kisəsi"ndə 1 manat bloklanır; 4. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ "pul kisəsi"nə qaytarılır; 5. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində "pul kisəsi"nə qaytarılır.

Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və "141" Çağrı Mərkəzinə müraciət edə bilərlər.

"K Group" MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.

Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından "BakıKart" plastik kartları vasitəsilə həyata keçirilir.

Elitanın Putin planı: Bu tarixədək devriləcək... like
  • 06 Sen 08:45  
Digərləri Elitanın Putin planı: Bu tarixədək devriləcək...

Rus elitası başa düşməlidir ki, Putini vəzifədən kənarlaşdırmadan sə

arrow Ətraflı
Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq like
  • 06 Sen 08:37  
Dünya Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Böyük Britaniya hökuməti Rusiyanın "Vaqner" özəl hərbi şirkə

arrow Ətraflı
DİQQƏT: Bundan sonra valideynlər əlavə xərcə düşəcək like
  • 06 Sen 08:30  
Digərləri DİQQƏT: Bundan sonra valideynlər əlavə xərcə düşəcək

9-cu sinif buraxılış ımtahanlarının ciddiləşməsi bir tərəfdən məsu

arrow Ətraflı
20dən çox insan qasırğanın qurbanı oldu  VİDEO like
  • 06 Sen 08:22  
Dünya 20dən çox insan qasırğanın qurbanı oldu VİDEO

Braziliyanın cənub bölgələrində baş verən qasırğa azı 22 nəfərin ö

arrow Ətraflı
UNOlar dünyanın ən çox harasında görünür?  FOTO like
  • 06 Sen 08:15  
Dünya UNOlar dünyanın ən çox harasında görünür? FOTO

ABŞ Müdafiə Nazirliyi yanında Hər növ anomaliyaların tədqiqi üzrə depa

arrow Ətraflı
Kapitan sahildə yarım tonluq tısbağa aşkar etdi  FOTO like
  • 06 Sen 08:08  
Dünya Kapitan sahildə yarım tonluq tısbağa aşkar etdi FOTO

Almaniyanın şimalındakı Şlezviq-Holşteyn federal əyalətinin sahillərind

arrow Ətraflı
Darayanda saçları tökülənlər like
  • 06 Sen 08:00  
Digərləri Darayanda saçları tökülənlər

Qaraciyərin müxtəlif mənşəli yağlanma xəstəliyində simptomlardan biri

arrow Ətraflı
Latviya Rusiya ilə sərhədi minalayacaq like
  • 06 Sen 07:52  
Dünya Latviya Rusiya ilə sərhədi minalayacaq

Latviya Rusiya və Belarusla sərhəddə tank əleyhinə minalar yerləşdirəc�

arrow Ətraflı
"Mən bu cahana sığmazam"ın aktrisası "Kuruluş Osman"da  FOTO like
  • 06 Sen 07:45  
Şou-biznes "Mən bu cahana sığmazam"ın aktrisası "Kuruluş Osman"da FOTO

Sonuncu dəfə "Mən bu cahana sığmazam" serialında rol alan aktris

arrow Ətraflı
Turist məşhur fəvvarəni zədələdi like
  • 06 Sen 07:38  
Dünya Turist məşhur fəvvarəni zədələdi

Almaniyalı turist İtaliyanın Florensiya şəhərinin ən məşhur simvolları

arrow Ətraflı
Sözləri çəp gəldi, avtobusda əlbəyaxa dava düşdü  VİDEO like
  • 06 Sen 07:30  
Digərləri Sözləri çəp gəldi, avtobusda əlbəyaxa dava düşdü VİDEO

Tuvada avtobusların birində sərnişinlər əlbəyaxa dava salıblar.

arrow Ətraflı
Meksikada Azərbaycanla bağlı geniş təqdimat keçirilib  FOTO like
  • 06 Sen 07:22  
Digərləri Meksikada Azərbaycanla bağlı geniş təqdimat keçirilib FOTO

Meksikanın Xalisko ştatının Tonela şəhərində yerli Ticarət Palatası t�

arrow Ətraflı
Kobra qadını saatlarla dua etməyə məcbur etdi like
  • 06 Sen 07:15  
Dünya Kobra qadını saatlarla dua etməyə məcbur etdi

Hindistanda kobra yatmış qadının ayağına sarılıb və  ilantutan gələn

arrow Ətraflı
ABŞ ballistik raket sınağı həyata keçirəcək like
  • 06 Sen 07:08  
Dünya ABŞ ballistik raket sınağı həyata keçirəcək

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya F

arrow Ətraflı
Xalq artisti Röya: “Hər iki aydan bir geyimə 500 min manat xərcləyirdim” – like
  • 06 Sen 07:00  
Şou-biznes Xalq artisti Röya: “Hər iki aydan bir geyimə 500 min manat xərcləyirdim” –

"Mənə qarışmayın. Məni insanlar sevir, çünki mən də onları sevir

arrow Ətraflı