"Deyirdilər ki, güya atam başqa qadınla görüşür"


Kriminal 05 Sen 2023 23:46:00 233 0

"Deyirdilər ki, güya atam başqa qadınla görüşür"

"Atam ad gününü keçirtməyi xoşlamazdı. Yalnız yubileyi olanda tədbir edərdi. Mən də atama oxşamışam, ad günü keçirtməyi sevmirəm. Atam səhnədə elə bir obraz yaratdı ki, səsi gələn kimi hamının üzündə təbəssüm yaranır. Həyatda, evdə, ailədə ciddi idi. Tam fərqli bir insan idi. Atamı evdə deyib-gülən görməzdik. Amma onun sözlərinə biz gülürdük. O, ciddi bir söz deyirdi, biz isə gülürdük".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan "Sabahın xeyr, Azərbaycan!" verilişində deyib. O, atası ilə bağlı xatirələrindən danışıb:

"Atam məni uşaqlıq illərində çox qoruyurdu. Onunla bütün qastrol səfərlərində iştirak etmişəm. Atam hara gedirdisə, məni də özü ilə aparırdı. Mənim ikinci atam Yaşar Nuri idi. Çünki atam məni çox zaman Yaşar müəllimə tapşırırdı ki, ona bax. Yaşar müəllim də məni bulvara aparıb, gəzdirirdi. Üzərimdə onun zəhməti böyükdür. Qrim otağında çox zaman otururdum. Orada hamı atamın başına dolanırdı. Mən də fəxrlə oturub, "Siyavuşun oğluyam" deyirdim".

Anası, aktrisa Ofeliya Aslanla atasının münasibətlərindən bəhs edən E.Aslan bildirib ki, valideynlərinin ayrılmasına səbəb dedi-qodular olub:

"Atamla-anamın məhəbbəti hər insana örnək idi. Onların arasında olan sevgiyə hamı qibtə və paxıllıq edirdi. Atam və anam teatra gələndə qol-qola girib, gələrdilər. Maraqlı geyim tərzləri vardı. Bir-birinə qarşı böyük məhəbbət və qayğı hiss edirdilər. Çox yaraşıqlı insanlar idi. Hamı onlara baxıb, barmaqla göstərirdi.

Sonra da yayılan şayiələr və dedi-qodular böyük problemlər yaratdı. Deyirdilər ki, güya atam başqa qadınla görüşür, sağa-sola gedir. Onlar haqda qeybət edirdilər. Arxasınca danışırdılar. Anam atamı çox qısqanırdı. O, bu söhbətlərə dözə bilmirdi. Ona görə də aləm qarışdı bir-birinə. Valideynlərim elə bu söz-söhbətlərə görə, ayrıldılar.

Ayrılsalar da onlar son nəfəslərinə qədər bir-birilərini sevirdilər. Son nəfəslərinə qədər də bir yerdə idilər. Sənətdə ayrıldılar, amma həyatda deyil. Valideynlərimin üstümdə çox böyük zəhmətləri var. İstəyirdilər ki, mən düz yolda olum, ali təhsil alım. Ona görə də, onlar ayrılmalarını çox ehtiyatla söylədilər".

Qeyd edək ki, O.Aslan 2010, S.Aslan isə 2013-cü ildə vəfat edib. 

Bədəni siqaret qalığından təmizləyən 4 VASİTƏ like
  • 05 Sen 23:36  
Digərləri Bədəni siqaret qalığından təmizləyən 4 VASİTƏ

Orqanizmi tütün qalığı nikotindən təmizləyən 3 super qida var.

arrow Ətraflı
Keçmiş sevgilini unutmağı çətinləşdirən 3 SƏHV like
  • 05 Sen 23:30  
Digərləri Keçmiş sevgilini unutmağı çətinləşdirən 3 SƏHV

Sevgi münasibətləri üzrə ekspert Emi Çan romantik partnyordan ayrıldıqda

arrow Ətraflı
Oğluna ölüm arzulayan, milyonları güldürüb özü ağlayan sənətkarın BÖYÜK PEŞMANLIĞI  FOTO like
  • 05 Sen 23:23  
Kriminal Oğluna ölüm arzulayan, milyonları güldürüb özü ağlayan sənətkarın BÖYÜK PEŞMANLIĞI FOTO

Azərbaycanda teatr, aktyor sözü işlənəndə ilk növbədə yada düşənlə

arrow Ətraflı
Ceylanın 4 milyonluq avtomobili  FOTO like
  • 05 Sen 23:15  
Şou-biznes Ceylanın 4 milyonluq avtomobili FOTO

Türkiyəli müğənni Ceylan yeni avtomobil alıb.

arrow Ətraflı
16 yaşlı qız məktəb adı ilə evdən çıxdı, sevgilisinə qoşulub...  ŞOK OLAY like
  • 05 Sen 23:08  
Digərləri 16 yaşlı qız məktəb adı ilə evdən çıxdı, sevgilisinə qoşulub... ŞOK OLAY

Moskva vilayətində məktəb adı ilə evdən çıxan 16 yaşlı qız itkin dü

arrow Ətraflı
Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI like
  • 05 Sen 23:00  
Digərləri Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI

Bir sıra xəstəliklər var ki, onlar daxildən orqanizmi zədələsə də, öz

arrow Ətraflı
SON DƏQİQƏ: Ordubad atəşə tutuldu like
  • 05 Sen 22:53  
Siyasət SON DƏQİQƏ: Ordubad atəşə tutuldu

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
Yeni qoruğun yaradılması turizm üçün nələr vəd edir? like
  • 05 Sen 22:48  
Digərləri Yeni qoruğun yaradılması turizm üçün nələr vəd edir?

Prezident İlham Əliyev "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mə

arrow Ətraflı
Son 25 ilin ən yaxşı rejissoru seçildi like
  • 05 Sen 22:39  
Dünya Son 25 ilin ən yaxşı rejissoru seçildi

Rejissor Kristofer Nolan son 25 ilin ən yaxşı rejissoru seçilib.

arrow Ətraflı
Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 yaşlı qadın peşman oldu  "Məndən istifadə etdi" like
  • 05 Sen 22:32  
Dünya Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 yaşlı qadın peşman oldu "Məndən istifadə etdi"

Oğlu xəbərdarlıq etdi! Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 y

arrow Ətraflı
Hikmət Hacıyev İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşüb like
  • 05 Sen 22:27  
Siyasət Hikmət Hacıyev İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici

arrow Ətraflı
Çağatay Ulusoyun son halı görənləri ŞOKA SALDI  FOTO like
  • 05 Sen 22:15  
Şou-biznes Çağatay Ulusoyun son halı görənləri ŞOKA SALDI FOTO

Türkiyəli məşhur kinoaktyor Çağatay Ulusoyun sosial şəbəkədə paylaş�

arrow Ətraflı
Sentyabrda bu üç bürcün üzü güləcək like
  • 05 Sen 22:00  
Digərləri Sentyabrda bu üç bürcün üzü güləcək

Astroloqların fikrincə, payızın ilk ayında üç bürcün həyatlarında yax

arrow Ətraflı
Tolik plastik əməliyyatdan sonra: "Bədənimdə şiş var"  FOTO like
  • 05 Sen 21:52  
Şou-biznes Tolik plastik əməliyyatdan sonra: "Bədənimdə şiş var" FOTO

Xəbər verdiyimiz kimi, ötən ayın sonunda aparıcı-prodüser Tarix Əliyev

arrow Ətraflı