Oğluna ölüm arzulayan, milyonları güldürüb özü ağlayan sənətkarın BÖYÜK PEŞMANLIĞI FOTO


Kriminal 05 Sen 2023 23:23:00 217 0

Oğluna ölüm arzulayan, milyonları güldürüb özü ağlayan sənətkarın BÖYÜK PEŞMANLIĞI  FOTO

Azərbaycanda teatr, aktyor sözü işlənəndə ilk növbədə yada düşənlərin arasında onun da adı var. Milyonların sevimlisi Səyavuş Aslan.

İçi özünü, çölü özgələri yandıran adam idi o. Hamını güldürən adamın taleyi öz üzünə gülməmişdi. Varın-dövlətin, şanın-şöhrətin, milyonların sevgisinin içində tək qalmış bədbəxt insan idi Siyavuş.

Son.az lent.az-a istinadən tanınmış teatr və kino aktyoru, "Şərəf" ordenli, Xalq artisti Səyavuş Aslanın ömür yoluna nəzər salır.

Qısa dosye: 1935-ci ilin sentyabr ayının 5-də Bakının Saray kəndində kasıb bir ailədə anadan olub. Əvvəlcə tar sinfinə, sonra isə dram dərnəyinə gedib. 7-ci sinfi bitirəndən sonra isə Dəmiryol Texnikumuna qəbul olunub. Aktyorluq təhsili almayıb, bu sənəti böyük sənətkarlardan görüb, əxz edib. 1954-cü ildən onun peşəkar aktyor karyerası başlayıb. Uzun illər Musiqili Komediya Teatrında, ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında işləyib.

"Romeo mənim qonşumdur" filmindəki Səməd, "Ulduz" filmindəki Şubay rolları onu bütün ölkəyə tanıdıb, sevdirib. Dramatik rollara can atsa da, komediya aktyoru kimi daha çox rollar alıb, insanlar onu belə qəbul edib. Amma onun sənəti müxtəlif səpkili rollar oynamağa imkan verirdi. Güldürə bildiyi kimi, düşündürməyi,  kövrəltməyi də bacarırdı.

Özü həmişə deyərmiş ki, çox sevdiyi Xalq artisti Lütfəli Abdullayevi yamsılamaqla başlayıb sənət yolu. Sonra bir gün Lütfəli müəllim deyib ki, özün ol, yoxsa kölgəmdən çıxa bilməyəcəksən. Səyavuş da özünü tapıb.

Yaradıcılığının ilk illərində Quba Dövlət Dram Teatrında işləyib. Sonralar Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. 2 il həmin teatrın bədii rəhbəri işləyib. Sonralar bu teatrda həmkarı və dostu Hacıbaba Bağırovun onun yerinə təyin edilməsi ilə həm işini itirib, həm də dostunu. Musiqili teatrdan küsüb, gənclik dostu Həsən Turabovun dəvəti ilə "Azdrama"ya  gedib. 

Həsən Turabovun dövründə bu teatrda maraqlı rollar oynasa da, sonralar teatra rəhbər təyin edilmiş Xalq artisti Əlabbas Qədirov tərəfindən sıxışdırılmağa başlayır. İncik düşür.  Teatrda onun rollarını əlindən alıb gah gənclik dostu Yaşar Niriyə, gah İlham Namiq Kamala verirlər. İş o həddə çatır ki, onu özündən qat-qat istedadsız aktyorlara dublyor təyin edirlər. Beləcə onu həm sənətindən, həm dostlarından küsdürürlər. Sənət məbədi deyilən teatrda Səyavuş Aslan boyda sənətkar sıxışdırılır, incidilir, kiçildilirdi. Səsini çıxardıb acıdillik edəndə də qəribsəyirdilər. Şəxsi həyatında yaşadığı problemlər də Səyavuşu bezdirib yorğun, acıdil bir insana çevirmişdi. Sevərək evləndiyi Ofeliya Aslanla yola gedə bilmir, bir dam altında qonşu kimi yaşayırdılar. Məşhur, pullu, yaraşıqlı kişi idi. Haqqında şayiələr dolaşır, çoxlu sevgililərinin olduğunu deyirdilər. Bu deyilənlər evdə ər-arvad davası, qısqanclıq böhranları ilə nəticələnirdi. Ərinin adının o vaxtlar gözəlliyi ilə dillərə dastan olmuş müğənni Təranə Vəlizadə ilə çəkilməsi Ofeliyanı tamam özündən çıxarırdı. Çox zaman onları gözü götürməyənlər qadını qısqandırmaq üçün qəsdən yalan-yanlış xəbərlər gətirirdilər. İnsan çox sevəndə çox da umur axı. Ofeliya onu dəli kimi sevirdi. Dəli olacaq qədər. Bezmişdi Səyavuş. İş o həddə çatmışdı ki, Ofeliyanın ruhu xəstə olduğunu iddia edirdi və iddia ilə qalmayıb onu psixoloji dispanserə yatırmışdı. Sonralar verdiyi müsahibəsində bu əməlindən peşmanlığını dilə gətirib ağlamışdı sənətkar. Kimsənin ahı kimsədə qalmazdı. O da son günlərində çox səlis düşünə bilmir, söhbət zamanı fikirləri qarışırdı. Amma bir şeyi çox əminliklə deyirdi. "Ofeliyanı çox sevmişdim. Kaş belə olmayaydı. Peşmanam. Heyf o günlərə ki, mənasız, sevgisiz keçib getdi. Mən ona dözə bilmirdim. Söz-söhbəti mən yaradırdım. Ofeliyasız bu ev çəkilməz oldu. Heyf. Bizə göz dəydi. Mən yola vermirdim onu. Hər hərəkəti, hər sözü-söhbəti məni tuturdu. Çünki mənim əhvalım həddindən artıq xarab olurdu. Elə danışırdıq boş-boşuna. Kaş elə onda Allah bizi aparaydı, Ofeliyanı da, məni də...

Siyavuş Aslan 2013, Ofeliya Aslan isə 2010-cu ildə vəfat etdi. O ömrünün son illərində gənclik sevgisi ilə barışmağa cəhd etsə də, xanımı onu bağışlamayıb. Olub keçənləri unuda bilmirdi. Param-parça oldular, özləri də, ailələri də, sevgiləri də, balaları da.

Sənət yoldaşları Səyavuş Aslanın haqqında danışanda "onu balaları, iki oğlu öldürdü. Səyavuşdan geriyə heç nə qalmadı" deyirlər. Çingiz və Eldar adında iki oğlu vardı.

"Oddan kül törəyər" deyiblər. Səyavuş kimi bir kişinin iki oğlu nəinki ata ocağının işığını yandırmadı, əksinə bu ocağı darmadağın etdilər. Çingiz narkomaniyadan əziyyət çəkirdi deyə atasının olan-olmazını dəyər dəyməzinə satırdı.  Eldar isə özünü qorumaq üçün uzaq durub, xaricə köçmüşdü. Aktrisa Kübra Əliyevanın dediyinə görə, Səyavuş Aslanın Dənizkənarı Bulvar ərazisindəki böyük obyektləri, Funikulyorun yanındakı milyon manatlıq evi də Çingizin narkotiklərə olan düşkünlüyünə qurban gedib. Səyavuş Aslan əslində dövrünün ən imkanlı aktyorlarından biri idi. Əli pulla oynayırdı. Şöhrəti ona pul qazandırır, getdiyi məclislərdə mütləq şəkildə bahalı hədiyyələr alırdı. Hansı rayona ayaq bassa, rayon rəhbərliyi arxasınca maşın dolusu  sovqat göndərərdi. Özü də əliaçıq adam idi. Ehtiyacı olan gənc aktyorların əlindən tutar, borclarını verərmiş. Di gəl ki hamıya əli çatan adamın öz balalarına gücü çatmadı. Deyilənə görə, bir dəfə evindəki kassadan 20 min dolları götürən oğlu o pulu 15 dəqiqənin içində yox edibmiş. Kimə verib, nəyə verib naməlumdur. 

Narkotiklərlə yanaşı qumara da qurşanan naxələf övlad illər boyu küçələrdə səfil, sərgərdan həyat yaşadı. Bu ilin may ayında elə küçədə ölüb, meyiti bir həftə morqda qalıb. Ta o vaxta qədər ki, qardaşı Eldar bu barədə jurnalistlərdən eşidib gəlib. Qardaşı onu anasının yanında Yasamal qəbiristanlığında dəfn edib. 

Səyavuş Aslan 2013-cü il iyunun 27-də uzun sürən xəstəlikdən sonra evində vəfat etdi. Ölərkən yanında Çingiz olub, o xəbər yayıb. Kim bilir, ölümün gözünə baxa-baxa yenə də Çingizin dərdini çəkirmiş ata ürəyi. Ölməzdən öncə oğlundan söz düşəndə deyərmiş ki, kaş öləydi, amma ona-buna möhtac qalmayaydı.

Bu dünyadan bir Səyavuş keçdi. Səhnədə hamımızın görüb sevdiyi, pərdələrin arxasında isə parıltılı həyatından əsər olmayan, əslində bədbəxt kişi, bədbəxt ata, qısqanclıqlara və dost xəyanətlərinə qurban verilən sənətkar Səyavuş Aslan.

Səyavuş Aslan və oğulları

Yaşar Nuri və Səyavuş Aslan

Xanımı Ofeliya Aslan və Təranə Vəlizadə

"Yol əhvalatı" filmində Qurban dayı rolu

Ceylanın 4 milyonluq avtomobili  FOTO like
  • 05 Sen 23:15  
Şou-biznes Ceylanın 4 milyonluq avtomobili FOTO

Türkiyəli müğənni Ceylan yeni avtomobil alıb.

arrow Ətraflı
16 yaşlı qız məktəb adı ilə evdən çıxdı, sevgilisinə qoşulub...  ŞOK OLAY like
  • 05 Sen 23:08  
Digərləri 16 yaşlı qız məktəb adı ilə evdən çıxdı, sevgilisinə qoşulub... ŞOK OLAY

Moskva vilayətində məktəb adı ilə evdən çıxan 16 yaşlı qız itkin dü

arrow Ətraflı
Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI like
  • 05 Sen 23:00  
Digərləri Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI

Bir sıra xəstəliklər var ki, onlar daxildən orqanizmi zədələsə də, öz

arrow Ətraflı
SON DƏQİQƏ: Ordubad atəşə tutuldu like
  • 05 Sen 22:53  
Siyasət SON DƏQİQƏ: Ordubad atəşə tutuldu

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
Yeni qoruğun yaradılması turizm üçün nələr vəd edir? like
  • 05 Sen 22:48  
Digərləri Yeni qoruğun yaradılması turizm üçün nələr vəd edir?

Prezident İlham Əliyev "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mə

arrow Ətraflı
Son 25 ilin ən yaxşı rejissoru seçildi like
  • 05 Sen 22:39  
Dünya Son 25 ilin ən yaxşı rejissoru seçildi

Rejissor Kristofer Nolan son 25 ilin ən yaxşı rejissoru seçilib.

arrow Ətraflı
Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 yaşlı qadın peşman oldu  "Məndən istifadə etdi" like
  • 05 Sen 22:32  
Dünya Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 yaşlı qadın peşman oldu "Məndən istifadə etdi"

Oğlu xəbərdarlıq etdi! Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 y

arrow Ətraflı
Hikmət Hacıyev İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşüb like
  • 05 Sen 22:27  
Siyasət Hikmət Hacıyev İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici

arrow Ətraflı
Çağatay Ulusoyun son halı görənləri ŞOKA SALDI  FOTO like
  • 05 Sen 22:15  
Şou-biznes Çağatay Ulusoyun son halı görənləri ŞOKA SALDI FOTO

Türkiyəli məşhur kinoaktyor Çağatay Ulusoyun sosial şəbəkədə paylaş�

arrow Ətraflı
Sentyabrda bu üç bürcün üzü güləcək like
  • 05 Sen 22:00  
Digərləri Sentyabrda bu üç bürcün üzü güləcək

Astroloqların fikrincə, payızın ilk ayında üç bürcün həyatlarında yax

arrow Ətraflı
Tolik plastik əməliyyatdan sonra: "Bədənimdə şiş var"  FOTO like
  • 05 Sen 21:52  
Şou-biznes Tolik plastik əməliyyatdan sonra: "Bədənimdə şiş var" FOTO

Xəbər verdiyimiz kimi, ötən ayın sonunda aparıcı-prodüser Tarix Əliyev

arrow Ətraflı
Bəs deyirdin, ərazi bütövlüyü, sülh sazişi... like
  • 05 Sen 21:45  
Siyasət Bəs deyirdin, ərazi bütövlüyü, sülh sazişi...

Baş nazirin son açıqlamaları beynəlxalq hüququn norma və prinsiplərinə

arrow Ətraflı
Qubada kişi özünü asdı like
  • 05 Sen 21:38  
Digərləri Qubada kişi özünü asdı

Qubada intihar hadisəsi olub.

arrow Ətraflı
Barəsində cinayət işi açıldı, şəkəri qalxdı, vəfat etdi  Azərbaycanda ŞOK HADİSƏ like
  • 05 Sen 21:30  
Digərləri Barəsində cinayət işi açıldı, şəkəri qalxdı, vəfat etdi Azərbaycanda ŞOK HADİSƏ

Salyanda barəsində cinayət içi açılan bələdiyyə sədri dünyasını də

arrow Ətraflı