9 ildə 25 dəfə görüşən liderlər Onları belə intensiv


Dünya 05 Sen 2023 09:41:00 218 0

9 ildə 25 dəfə görüşən liderlər  Onları belə intensiv

Onlar dünya dövlətlərinin prezidentləri arasında ən çox görüşən, ən çox telefonla danışan, ən çox sözləri çəpləşən və ən çox anlaşav liderlərdir. Söhbət Rusiya Federasiyasının prezidenti Vladimir Putindən və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğandan gedir.

Onların hər ikisinin dövlət başında olma müddəti 20+ üzərində olduğundan bu qədər çox görüşmələri və danışmaları təbii görünə bilər. Ancaq dərindən araşdıranda əminliklə bu qənaətə gəlmək olar ki, onların ikisi də başqa dövlətlərin rəhbərləri ilə bu qədər intensiv dialoqa girməyiblər.

Son 9 ildə R.T.Ərdoğan 13 dəfə Rusiyaya gedib. Putinin 2014-cü ildən bəri Türkiyəyə etdiyi səfərlərin sayı isə 7-dir. Əslində bu dəfə Türkiyəyə səfər etmək növbəsi Putində idi. O, beynəlxalq məhkəmənin həbs təhdidi qarşısında qalmasaydı və Türkiyəyə getsəydi, hesab 12:8 olacaqdı. Amma Putin "üzrlü səbəbdən" bunu edə bilmədi və Ərdoğan Rusiyaya getməyə məcbur oldu.

Bu, heç də Rusiya Türkiyə liderlərinin son 9 ildəki 20-ci görüşləri deyil. Onların müxtəlif Avropa və Asiya ölkələrinin şəhərlərində keçirilən beynəlxalq və regional sammitlərdə görüşlərini, təkbətək söhbətlərini də nəzərə alsaq, iki liderin 25 dəfədən çox üzbəüz mükalimə etdikləri məlum olar. Bundan başqa, Putin və Ərdoğanın telefon danışıqları saysız-hesabsızdır. Yəqin ki, qarşılıqlı səfərlərdən və üzbəüz görüşlərdən fərqli olaraq telefon danışıqlarının dəqiq statistikası məlum deyil.

İndi sual çıxır: bu iki lideri bir-birilə bu qədər çox görüşdürən və danışdıran nədir? Hansı səbəbdən onlar bu qədər dialoqa və müzakirəyə ehtiyac duyurlar?

Onların hər ikisi həm Avropada, həm də Asiyada yerləşən böyük dövlətlərə rəhbərlik edirlər. Avrasiya materiki onların rəqabət və müttəfiqlik edə biləcəkləri məkandır.

Ancaq əslində bir-birilə rəqabət aparmalı olan bu iki dövlətin zorən müttəfiq olmasının səbəbi Qərb dövlətlərinin Avrasiyaya uzanan barmaqları, bu məkana sızmaq, burada söz, nüfuz sahibi olmaq ehtirasıdır.

Rusiya bunu çoxdan istəmir və buraları öz oylağı sayır. Türkiyə isə ən azı son 10 ildə bu qərara gəlib ki, yaxın qonşusuyla müttəfiq olması uzaq və yad mədəniyyətli, üstəlik, onu öz ailəsinə daxil etmək istəməyən Qərb dünyasıyla müttəfiqlikdən daha əfzəldir.

Türkiyə ilə Qərbin arasında münasibətlərin zədələnməsi ilk dəfə hələ 2000-ci illərin əvvəlində İraqda hərbi xidmət keçən türk komandoslarının başına ABŞ hərbçiləri tərəfindən çuval keçirilməsi hadisəsi zamanı baş verib. O zamandan başlayan çatlar dərinləşərək, genələrək davam edib.

Buraya Almaniya, Fransa, Hollandiya, İsveç kimi dövlətlərin Türkiyənin Avropa İttifaqı üzvlüyünə qəbuluna hər vəchlə əngəl törətməsnii, axırda "bu iş heç vaxt olmayacaq" mənası verən açıqlama ilə çıxış etmələrini də əlavə etmək olar. Uzun illər Avropanın qapısında boynuburuq şəkildə gözləyən, zaman-zaman dövlət qüruruna əskiklik gətirən addımlar atan Türkiyə, nəhayət, sözün əsl mənasında Avropaya tüpürdü, "qəbul etmirsiniz, heç etməyin" deyə çomağın o biri başını döndərdi. Elə o zamandan Türkiyə üzünü ərəb dünyasına, Rusiyaya və onun nüfuz dairəsində olan türk dövlətlərinə tutdu. Birinci ünvandan başqa, o biri ikisinə yaxınlaşma Türkiyə üçün uğurlu alındı.

Daha sonra ABŞ və Avropanın hər fürsətdə Türkiyəni burunlaması, xüsusilə də hər dəfə qanuni, azad, şəffaf seçkilərdə özü və partiyası xalqdan yetərli səs alan prezident Ərdoğanı xor görməsi, ölkə daxilində bir neçə dəfə çevriliş ssenarisi ("Gəzi olayları" və 15 iyul hərbi qiyamı) düzənləməsi ABŞ başda olmaqla Qərb dünyası ilə Türkiyənin münasibətlərini tamamilə korladı.

Bir də həmin dairələr Rusiyanın Türkiyədəki səfiri Karlovun xaincəsinə qətlə yetirməklə bu iki dövlətin arasında qaçılmaz müharibə başladacaqlarını düşündülər, amma bu hiylənin üstü heç qətldən yarım saat keçməmiş açıldı. Putin və Ərdoğan telefonla danışaraq zərbənin onlara haradan vurulduğunu doğru təsbit etdilər.

Bununla belə, geosiyasi ilişkilərlə yanaşı, Türkiyə və Rusiyanın maraqlarının üst-üstə düşdüyü məqamlar çoxdur.

Onların arasında, demək olar ki, bütün iqtisadi sahələr üzrə əməkdaşlıq var, ticarət əlaqələri artan xətt üzrə davam edir. Düzdür, arada münasibət bir az soyuqlaşanda ortaya turistlərlə və pomidor-badımcan məhsullarının tranziti ilə bağlı anlaşılmazlıqlar çıxır, amma liderlər qısa müddətdən sonra yenidən dil tapa bilirlər.

Əslində Putinlə Ərdoğanın bu qədər çox görüşüb-danışmasının başlıca səbəblərindən biri də arada yaranmış nifaq və ixtilafları operativcəsinə həll etməkdir. Hər belə görüşlərdən sonra türklər və ruslar arasında qarşılıqlı anlaşmalar mütləq artır.

2015-ci ildən etibarən Rusiya və Türkiyə arasında atom enerjisi ilə bağlı birgə layihə həyata keçirilər. Rusiya Türkiyədə "Akkuyu" AES-i tikir və bu müəssisə gələn il istifadəyə veriləcək. Rsuiyanın karbohidrogün ehtiyatlarının ən böyük bazarlarından biri Türkiyədir və bu ehtiyatların tranzit yollarından bin Türkiyədən keçir.

Bir sözlə, bu iki dövlət bir-birilə bir çox tellərlə bağlıdır. Buraya siyasi, iqtisadi, ticarət, hərbi-strateji sektorları aid etmək olar.

Türkiyə Rusiya ilə Qərbin, eləcə də Afrikanın arasında rabitə yaradan yeganə körpüdür. Bu dövlət qarışmasa, Qərblə Rusiyanın münasibətləri indikindən beşqat pis olar, toqquşma qaçılmaz səciyyə alardı. Dünyanı taxıl böhranından, bir xeyli ölkəni aclıqdan xilas edən dövlətin adı Türkiyədir.

Türkiyə Ukrayna ilə Rusiyanın müharibəsində də prinsipial mövqeyini qoruyur, işğalçıya dəstək vermir, eyni zamanda onun sürətlə təklənib boğulmasına da mane olur.

Ayrıca, Rusiya ilə Türkiyənin bu cür münasibətlərinin daha bir ölkənin milli maraqlarına olduqca böyük faydası var. Amma bu başqa və uzun söhbətdir.

Musavat.com

Cəlal Qurbanov: Onlar Vətəni ataları kimi sevirlər like
  • 05 Sen 09:20  
Digərləri Cəlal Qurbanov: Onlar Vətəni ataları kimi sevirlər

Bu gün Vətənimizlə bağlı yaşadığımız qüruru şəhid övladları ilə

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 94 dolları ötdü like
  • 05 Sen 09:19  
Digərləri Azərbaycan neftinin qiyməti 94 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba

arrow Ətraflı
Bu yolda təmirə görə tıxac yarandı like
  • 05 Sen 09:14  
Digərləri Bu yolda təmirə görə tıxac yarandı

8 Noyabr prospekti ilə Kazımağa Kərimov küçəsinin kəsişməsində təmir

arrow Ətraflı
“AşŞabab”ın 40dan çox silahlısı məhv edildi like
  • 05 Sen 09:07  
Dünya “AşŞabab”ın 40dan çox silahlısı məhv edildi

Somalidə hökumət qüvvələri "Aş-Şabab" radikal qruplaşmasına

arrow Ətraflı
Nişanlısı ilə qardaşı evləndi, mesajları görüb öldürdü  Bakıdakı qətlin təfərrüatı like
  • 05 Sen 09:00  
Kriminal Nişanlısı ilə qardaşı evləndi, mesajları görüb öldürdü Bakıdakı qətlin təfərrüatı

Xəzər rayonunda qardaşı arvadını qətlə yetirməkdə təqsrli bilinən Ə

arrow Ətraflı
Bakıdan göndərilən ərzaq karvanı 8 gündür AğdamXankəndi yolunda gözləyir like
  • 05 Sen 08:57  
Digərləri Bakıdan göndərilən ərzaq karvanı 8 gündür AğdamXankəndi yolunda gözləyir

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Q

arrow Ətraflı
ABŞnin birinci xanımı yenə koronavirusa yoluxdu like
  • 05 Sen 08:49  
Dünya ABŞnin birinci xanımı yenə koronavirusa yoluxdu

ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yün

arrow Ətraflı
Kəskin bahalaşma benzinə də təsir edəcək? like
  • 05 Sen 08:40  
Digərləri Kəskin bahalaşma benzinə də təsir edəcək?

"Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real

arrow Ətraflı
45 yaşlı biznes ledidən bikinili FOTOlar like
  • 05 Sen 08:31  
Şou-biznes 45 yaşlı biznes ledidən bikinili FOTOlar

İş qadını -  Myleene Klass bikinidə fotolarını paylaşıb.

arrow Ətraflı
Mövqelərimiz atəşə tutulub like
  • 05 Sen 08:27  
Digərləri Mövqelərimiz atəşə tutulub

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri

arrow Ətraflı
Tevanyan: Paşinyan ölkəni parçalayacaq like
  • 05 Sen 08:25  
Digərləri Tevanyan: Paşinyan ölkəni parçalayacaq

"Baş nazir Nikol Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı müna

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ ola bilər?  RƏSMİ CAVAB  VİDEO like
  • 05 Sen 08:20  
Digərləri Azərbaycanda güclü zəlzələ ola bilər? RƏSMİ CAVAB VİDEO

Bazar axşamı saat 20:38-də Kürdəmirdə güclü zəlzələ baş verib

arrow Ətraflı
Sumqayıtda marketdə başlayan eşq qadına baha başa gəldi like
  • 05 Sen 08:08  
Kriminal Sumqayıtda marketdə başlayan eşq qadına baha başa gəldi

Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Əsəd tanışı İlhaməni (a

arrow Ətraflı
Müəllim olmaq istəyənlərin nəzərinə  Bu gün saat 12:00dan... like
  • 05 Sen 08:02  
Digərləri Müəllim olmaq istəyənlərin nəzərinə Bu gün saat 12:00dan...

Bu gün saat 12:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin iş�

arrow Ətraflı