Məktəbli çantasını neçəyə doldurmaq olar? REPORTAJ


Digərləri 03 Sen 2023 21:56:00 233 0

Məktəbli çantasını neçəyə doldurmaq olar?  REPORTAJ

Yeni dərs ilinin başlamasına qısa zaman qalıb. İndi məktəbli övladı olan hər bir valideyn forma və ləvazimatın alış-verişinə başlayır.

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-24-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Hər kəs övladına məktəbli forması, ləvazimat almaq üçün müxtəlif mağazalara üz tutur.

Son.az bildirir ki, oxu.az-ın əməkdaşları məktəb ləvazimatlarının qiymətləri ilə maraqlanıblar.

Şəhərin müxtəlif yerlərində yerləşən mağazalara və metro üstündəki kiçik yarmarkalara baş çəkdik.

Bəzi satıcılar reportaj hazırlamağımıza görə etiraz etməsələr də, qiymətlər barədə mikrofonumuza danışmaq istəmirlər. Amma əksəriyyəti qiymət artımından gileylənir.

Satıcılar deyirlər ki, qiymətlərdə artımlar var:

"Biz də alıb, satırıq. Təbii ki, aldığımız malın qiymətinin üstünə pul qoyuruq. Qələm, karandaş, dəftər, çanta və sair - hamısında qiymət ötən ilə nisbətən artıb".

Mağazalarda çantaların qiyməti 20 manatdan başlayıb 150 manata qədər artır. Əgər uşağınız ibtidai sinfə gedəcəksə, ləvazimatlarla dolu məktəbli çantası ən aşağısı 60-70 manata başa gələcək.

Mağazalara mallar Rusiya, Türkiyə və Çindən gətirilir.

Yerli istehsal olan 48 vərəqli dəftər 80 qəpiyə təklif edilir. Rusiya istehsalı olan dəftərin qiyməti isə 1,4 manatdan başlayır.

Əgər 100 vərəqli dəftər alacasınızsa, yerli istehsal - 1,2, Rusiyadan gələn isə 2,4 manatadır...

12 vərəqli sadə dəftər üçün 20 qəpik, rəngli dəftər istəsəniz, 40 qəpik ödəməli olacaqsınız.

Mağazalarda qələmin qiyməti 40 qəpikdən başlayır. Sadə karandaşın qiyməti isə 30 qəpik - 1,7 manat aralığında dəyişir.

Karandaşyonanın qiyməti 1,5-dən 3,5 manata qədər,  pozanın - 50 qəpikdən üç manata qədər, markerin qiyməti üç manatdan başlayır.

Qələm qablarının qiyməti dörd manatdan başlayır, 15-18 manata qədər artır.

Qovluqların qiyməti 60 qəpikdən başlayır, xətkeş - 40 qəpikdən 1,7 manata qədər, kitablıq - 7-10 manata qədərdir.

Baş çəkdiyimiz mağazalarda çox az sayda müştərilərə rast gəlirik. Gələnlər isə iki-üç əşyanın qiymətini soruşur, birini alıb çıxırlar. Kiçik yarmarka ilə mağazalarda satılan məhsulların arasında 20-30 qəpik fərq var.

Mağaza satıcıları isə bunu daimi fəaliyyət göstərməklə əlaqələndirirlər.

Onlar bildirirlər ki, yarmarkalar müvəqqətidir, mağazalar isə daimi:

"Bəzən müştərilər deyirlər ki, yarmarkada sizdən ucuzdur. Deyirəm ki, gedin, alın. Onsuz da, onlar müvəqqətidir və bağlandıqda mağazalara üz tutacaqsınız".

Valideynlər qiymətlərin ilbəil artmasından şikayətlənirlər:

"İki uşağa məktəb ləvazimatları almalıyıq. Ötən illə müqayisədə məhsullar daha bahadır. İki övladım üçün məktəb ləvazimatlarına ümumilikdə 250 manat pul xərcləmişəm".

Satıcı Cavid Kərimov deyir ki, əhali daha çox yerli istehsal olan ləvazimata üstünlük verir:

"Əslində, ötən illə müqayisədə qiymətlər çox artmayıb. Əhali də büdcəsinə uyğun məhsulu alır. Rusiya-Ukrayna müharibəsi də qiymət artımına çox təsir etdi. Biz nə qədər qiymət artırmamağa çalışsaq da, olmur. Xaricdən gələn çantaların, dəftərlərin və digər ləvazimatın qiyməti artıbsa, biz necə ötən ildəki kimi təklif edək?"

Məhsulların ötən və builki qiymətlərini müqayisə etdikdə artımın olduğunu müşahidə etdik.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alan var? like
  • 03 Sen 21:24  
Digərləri Zəlzələ nəticəsində dağıntı və xəsarət alan var?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət

arrow Ətraflı
“Müəllimlər, uşaqlara eyni şeir, etüd, monoloq öyrətməyin” like
  • 03 Sen 21:20  
Şou-biznes “Müəllimlər, uşaqlara eyni şeir, etüd, monoloq öyrətməyin”

Xalq artisti Mehriban Zəki müəllimləri tənqid edib.

arrow Ətraflı
Saatlıda zəlzələ anı  VİDEO like
  • 03 Sen 21:16  
Digərləri Saatlıda zəlzələ anı VİDEO

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Azərbaycanda güclü zəlzələ o

arrow Ətraflı
Yalana meyilliı bürclər  Onların tələsinə düşməyin! like
  • 03 Sen 21:08  
Digərləri Yalana meyilliı bürclər Onların tələsinə düşməyin!

Yalan danışmaq vərdişi münasibətlərdə böyük problemlərə yol açır.

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ oldu like
  • 03 Sen 20:45  
Digərləri Azərbaycanda güclü zəlzələ oldu

Ağdamda 5 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
2 övladı şəhid olan ata vəfat etdi  FOTO like
  • 03 Sen 20:44  
Digərləri 2 övladı şəhid olan ata vəfat etdi FOTO

Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atas

arrow Ətraflı
"Kurtlar vadisi"nin aktrisası "Arka sokaklar"da  FOTO like
  • 03 Sen 20:40  
Digərləri "Kurtlar vadisi"nin aktrisası "Arka sokaklar"da FOTO

"Kurtlar vadisi" serialında "Dicle" obrazına həyat verən

arrow Ətraflı
Ucarda əmioğlular qan düşdü like
  • 03 Sen 20:20  
Digərləri Ucarda əmioğlular qan düşdü

Ucar rayonunda əmioğlular arasında baş verən mübahisə qanla bitib.

arrow Ətraflı
Bəzi uşaqlar niyə "R" hərfini tələffüz edə bilmir? like
  • 03 Sen 20:09  
Digərləri Bəzi uşaqlar niyə "R" hərfini tələffüz edə bilmir?

Uşağınız böyüməyə başladığı andan etibarən hər gün inkişaf etmə

arrow Ətraflı
Xalq artistinin muzeyə çevrilən bağ evi  VİDEO  FOTO like
  • 03 Sen 19:57  
Kriminal Xalq artistinin muzeyə çevrilən bağ evi VİDEO FOTO

Bu gün görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Yaşar Nu

arrow Ətraflı
Çarpayısının sağ tərəfini kirayə verir  Ayına 600 dollar  FOTO like
  • 03 Sen 19:45  
Digərləri Çarpayısının sağ tərəfini kirayə verir Ayına 600 dollar FOTO

"Pandemiyaya görə işsizlik yarandığı vaxtda belə bir ideya ağlıma

arrow Ətraflı
Sumqayıtda 5 avtomobil toqquşdu  FOTO like
  • 03 Sen 19:34  
Digərləri Sumqayıtda 5 avtomobil toqquşdu FOTO

Sumqayıtda zəncirvari qəza baş verib, 5 avtomobilə ciddi ziyan dəyib.

arrow Ətraflı
Sentyabr ayında həqiqətən xoşbəxt olacaq bürc like
  • 03 Sen 19:22  
Digərləri Sentyabr ayında həqiqətən xoşbəxt olacaq bürc

Sentyabr ayı bir bürc üçün xüsusilə uğurlu ay olacaq. 

arrow Ətraflı