Avropa Azərbaycan Məktəbi yeni tədris ilini açıq elan etdi


Digərləri 01 Sen 2023 11:28:00 231 0

Avropa Azərbaycan Məktəbi yeni tədris ilini açıq elan etdi

28 Avqust tarixində Avropa Azərbyacan Məktəbi 2023-2024-cü tədris ilinə start verdi.

Məktəbin hər iki korpusunda təşkil olunan təntənəli açılış mərasimi ilə məktəb öz şagirdlərini salamladı və yeni dərs ilini açıq elan etdi.

Məktəbin ibtidai korpusunda tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca şagirdləri, valideynləri və müəllimləri salamlayan məktəb rəhbərliyi bütün AAM ailəsinə yeni dərs ilində uğur və müvəffəqiyyətlər arzu etdi. Onlar təhsilin vacibliyini, elm  və tədrisin uşaqların həyatında oynadığı önəmli roldan bəhs edərək şagirdləri yeni tədris pillələrində inamla yuxarı addımlamağa ruhlandırdı.

Daha sonra məktəb şagirdləri dostlarını və tədbir iştirakçılarını şeir, mahnı və təqdim etdikləri digər  ifalar ilə təbrik etdilər. Məktəbimizin 2023-cü il məzunu Həsən Zeynalov açılış mərasimində iştirak edərək uşaqlara uğurlar arzu etdi. Middlesex University Dubai universitetinə qəbul olduğunu qeyd edən Həsən Zeynalov, AAM-də təhsil aldığı illər haqqında təəssüratlarını bölüşərək uşaqlara çalışmağın və təhsilin verdiyi töhfələrdən danışdı.

İlk dərs günündə birinci sinfə qədəm qoyan uşaqların sevinci xüsusi ilə diqqət çəkirdi. Onları gözləyən uzun təhsil həyatının ilk günü birincilər üçün yaddaqalan oldu.

Sonda ilk zəng çaılındı və uşaqlar dərsə yollandılar.

Məktəbin orta təhsil binasında təşkil olunan açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəb rəhbərliyi şagirdləri, valideyn və müəllimləri salamlayaraq onları yeni tədris ilində yenidən görməyə şad olduqlarını bildirdilər. Şagirdlərimizin ifasında təqdim olunan çıxışlar izləyicilərdə bayram əhval- ruhiyyəsi yaratdı.

Daha sonra Avropa Azərbaycan Məktəbinin 2023-cü il məzunlarının qəbul olunduğu universitetlər və qəbul haqqında video görüntü nümayiş etdirildi.

AAM-nin 2023-cü il məzunları 100% keçid dərəcəsi əldə etdilər və dünya miqyasında müxtəlif universitetlərə daxil oldular. Bu əlamətdar nailiyyət həm tələbələrin, həm də müəllimlərin fədakar səyləri sayəsində mümkün olmuşdur.

Daha sonra məktəbin 2023-cü il məzunları- Middlesex University Dubai universitetinə qəbul olmuş Həsən Zeynalov və Concordia University tələbəsi Ayla Ahmadova çıxış edərək təhsil səyahəti haqqında təəssüratlarını bölüşdülər. Məktəbin onların hərtərəfli formalaşmasında oynadığı roldan bəhs edərək əldə etdikləri uğurlu nəticələrə görə məktəb rəhbərliyinə və müəllim heyətinə dərin təşəkkürlərini bildirdilər.

Daha sonra çalınan ilk zəng səsi ilə şagirdlər siniflərə yollandılar və yeni tədris ili başlandı.

Avropa Azərbaycan Məktəbi bütün şagirdlərə yeni tədris ilində uğurlar arzu edir!

XİN Özbəkistanı təbrik etdi like
  • 01 Sen 11:24  
Siyasət XİN Özbəkistanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanı Milli Günü münasi

arrow Ətraflı
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin NƏZƏRİNƏ like
  • 01 Sen 11:23  
Digərləri Buraxılış imtahanında iştirak etməyən şagirdlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi bu ildə keçirilən buraxılış imtahanlarında ü

arrow Ətraflı
Türkiyədə terrora hazırlaşan İŞİD rəhbəri tutuldu like
  • 01 Sen 11:21  
Digərləri Türkiyədə terrora hazırlaşan İŞİD rəhbəri tutuldu

Türkiyənin Mersin şəhərində İŞİD terror qruplaşmasının rəhbərləri

arrow Ətraflı
Prezident İlham Əliyev: AzərbaycanSlovakiya əlaqələrinin dinamikası məmnunluq doğurur like
  • 01 Sen 11:15  
Siyasət Prezident İlham Əliyev: AzərbaycanSlovakiya əlaqələrinin dinamikası məmnunluq doğurur

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edə

arrow Ətraflı
Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir like
  • 01 Sen 11:11  
Siyasət Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir

Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdi

arrow Ətraflı
77 yaşlı müğənni 3cü dəfə təcili əməliyyat olundu like
  • 01 Sen 11:10  
Şou-biznes 77 yaşlı müğənni 3cü dəfə təcili əməliyyat olundu

Türkiyəli məşhur müğənni Emel Sayın əməliyyat olunub.

arrow Ətraflı
Prezident İlham Əliyev Slovakiyanın Prezidentinə təbrik məktubu göndərib like
  • 01 Sen 11:08  
Siyasət Prezident İlham Əliyev Slovakiyanın Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Prezidenti Zuzana Çaputovay

arrow Ətraflı
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib like
  • 01 Sen 11:05  
Siyasət Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzi

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri zərbə PUAsı tətbiq etdi  MN like
  • 01 Sen 10:56  
Digərləri Ermənistan silahlı qüvvələri zərbə PUAsı tətbiq etdi MN

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basark

arrow Ətraflı
DHA Qarabağda yaşayan ermənilərə göndərilən ərzaq yükünü işıqlandırdı like
  • 01 Sen 10:53  
Digərləri DHA Qarabağda yaşayan ermənilərə göndərilən ərzaq yükünü işıqlandırdı

Türkiyənin DHA xəbər agentliyi Azərbaycanın Qarabağda yaşayan erməni ə

arrow Ətraflı
Bağçalara qəbulun dayandırılma səbəbi açıqlandı like
  • 01 Sen 10:49  
Digərləri Bağçalara qəbulun dayandırılma səbəbi açıqlandı

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yaz�

arrow Ətraflı
Bulvarda dənizə düşdü, qorxulu anlar yaşandı like
  • 01 Sen 10:38  
Digərləri Bulvarda dənizə düşdü, qorxulu anlar yaşandı

Bakıda dənizə düşən şəxs xilas edilib.

arrow Ətraflı
İranda daşqınlar 3 nəfərin həyatına son qoydu like
  • 01 Sen 10:27  
Digərləri İranda daşqınlar 3 nəfərin həyatına son qoydu

İranda daşqınlar 3 nəfərin ölümünə səbəb olub.

arrow Ətraflı
Bu gün Bakının bu rayonunda qaz olmayacaq like
  • 01 Sen 10:16  
Digərləri Bu gün Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı