Bu gün Xalq artisti Tofiq Tağızadənin anım günüdür


Kriminal 27 Avq 2023 13:20:00 241 0

Bu gün Xalq artisti Tofiq Tağızadənin anım günüdür

Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərində çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənin anım günüdür.

Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə qəbul olub. Amma bu institutda təhsilini başa çatdıra bilmədi. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxardı. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralandı. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi...

Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı.

Bir müddət Moskvada çalışdı. Ancaq Tofiq Tağızadə vətəninə xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında fəaliyyətə başladı.

Tofiq Tağızadə "Görüş"lə gəldi sənətə. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən bu film rejissora uğurlu bir yolun qapısını açdı.

Tofiq Tağızadə müharibənin odundan, alovundan keçmiş, ağrı-acılarını çəkmişdi. Milyonlarla insanın həyatına son qoyan, şəhərləri, kəndləri xarabalığa çevirən bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı. Çox gözləməli olmadı. Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş "Uzaq sahillərdə" həm rejissora, həm ssenari müəlliflərinə, həm də aktyorlara böyük şöhrət gətirdi.

Bundan sonra Tofiq Tağızadə "Əsl dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Arşın mal alan", "Mən ki, gözəl deyildim", "Yeddi oğul istərəm", "Qızıl qaz", "Dədə Qorqud", "Babamın babasının babası", "Bağ mövsümü", "Evin kişisi", "O dünyadan salam" və başqa filmlərə quruluş verdi.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoyub. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

Sabah yağış yağacaq like
  • 27 Avq 13:08  
Digərləri Sabah yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Elnarə Gövhərağa məscidində kövrəldi  VİDEO like
  • 27 Avq 12:56  
Şou-biznes Elnarə Gövhərağa məscidində kövrəldi VİDEO

Müğənni Elnarə Xəlilova Şuşadakı Yuxarı Gövhərağa məscidini ziyarə

arrow Ətraflı
Bu üç tərəvəz arıqlamağa kömək edir like
  • 27 Avq 12:44  
Digərləri Bu üç tərəvəz arıqlamağa kömək edir

Həkim Zeşan Afzal arıqlamaq üçün üç ən yaxşı tərəvəzi açıqlayıb

arrow Ətraflı
Putin dostunu öldürdü, sonra “Xaç atası” kimi…  Conson like
  • 27 Avq 12:32  
Dünya Putin dostunu öldürdü, sonra “Xaç atası” kimi… Conson

"Vaqner"in rəhbəri Yevgeni Priqojinə mümkün sui-qəsd Rusiya Prez

arrow Ətraflı
Dolu necə yaranır? like
  • 27 Avq 12:20  
Digərləri Dolu necə yaranır?

Dolu yağması necə baş verir?

arrow Ətraflı
İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib like
  • 27 Avq 12:18  
Siyasət İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiy�

arrow Ətraflı
Məhv edilən Rusiya tanklarının sayı 4 400ə çatır like
  • 27 Avq 12:08  
Dünya Məhv edilən Rusiya tanklarının sayı 4 400ə çatır

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 260 820-yə çatıb.

arrow Ətraflı
İngiltərənin simvolu təmirə bağlandı  FOTO like
  • 27 Avq 11:55  
Dünya İngiltərənin simvolu təmirə bağlandı FOTO

İngiltərənin paytaxtı Londonun simvolik tikililərindən biri olan "Tow

arrow Ətraflı
55 yaşlı Könül Kərimovanın geyimi müzakirələrə səbəb oldu  FOTO like
  • 27 Avq 11:44  
Şou-biznes 55 yaşlı Könül Kərimovanın geyimi müzakirələrə səbəb oldu FOTO

Əməkdar artist Könül Kərimova paylaşımı ilə müzakirələrə səbəb ol

arrow Ətraflı
"Windows"un məşhur arxa fonunun tarixi: like
  • 27 Avq 11:32  
Digərləri "Windows"un məşhur arxa fonunun tarixi:

Dünyada bu məşhur fonu bilməyən yoxdur! Xüsusən də kompüterlər yavaş-

arrow Ətraflı
Müharibə uzana bilər: G7 buna hazırdır  Trudo like
  • 27 Avq 11:20  
Dünya Müharibə uzana bilər: G7 buna hazırdır Trudo

G7 ölkələrinin liderləri başa düşürlər ki, Ukraynada müharibə uzana b

arrow Ətraflı
ABŞ hərbçilərini daşıyan helikopter qəzaya düşdü like
  • 27 Avq 11:08  
Dünya ABŞ hərbçilərini daşıyan helikopter qəzaya düşdü

ABŞ-nin 20 dəniz piyadasının olduğu helikopter Avstraliyanın Melvil adası

arrow Ətraflı
İlham Əliyev Moldova dövlət başçısını təbrik edib like
  • 27 Avq 11:05  
Siyasət İlham Əliyev Moldova dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya

arrow Ətraflı
"Bu hücum türkislam düşmənçiliyinə işarədir" like
  • 27 Avq 10:57  
Dünya "Bu hücum türkislam düşmənçiliyinə işarədir"

Limasol şəhərindəki hücum türk-islam düşmənçiliyinə işarədir.

arrow Ətraflı