İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib


Siyasət 27 Avq 2023 12:18:00 272 0

İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirdi və ona vəzifəsinin icrasında uğurlar arzuladı.

Prezident İlham Əliyev Yaşar Gülərin Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi ilə bağlı böyük səylər göstərdiyini və töhfələr verdiyini vurğuladı, bu işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra Azərbaycana həyata keçirdiyi ilk dövlət səfərinə toxunaraq, bu səfər zamanı Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışının önəmini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Yaşar Gülər özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərdən böyük məmnunluq və şərəf hissi duyduqlarını bildirərək, ilk növbədə Türkiyə Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Türkiyənin milli müdafiə naziri torpaqlarımızın işğaldan azad edilməsinə toxunaraq, şəhidlərimizin ruhunu ehtiramla yad etdi, Azərbaycan əsgərlərinin fədakarlıq və qəhrəmanlıqlarının heç zaman unudulmayacağını dedi.

Yaşar Gülər qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmin önəmli və nüfuzlu üzvünə çevrilməsi böyük qürur hissi doğurur. Nazir iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqələrimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirdi və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məhv edilən Rusiya tanklarının sayı 4 400ə çatır like
  • 27 Avq 12:08  
Dünya Məhv edilən Rusiya tanklarının sayı 4 400ə çatır

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 260 820-yə çatıb.

arrow Ətraflı
İngiltərənin simvolu təmirə bağlandı  FOTO like
  • 27 Avq 11:55  
Dünya İngiltərənin simvolu təmirə bağlandı FOTO

İngiltərənin paytaxtı Londonun simvolik tikililərindən biri olan "Tow

arrow Ətraflı
55 yaşlı Könül Kərimovanın geyimi müzakirələrə səbəb oldu  FOTO like
  • 27 Avq 11:44  
Şou-biznes 55 yaşlı Könül Kərimovanın geyimi müzakirələrə səbəb oldu FOTO

Əməkdar artist Könül Kərimova paylaşımı ilə müzakirələrə səbəb ol

arrow Ətraflı
"Windows"un məşhur arxa fonunun tarixi: like
  • 27 Avq 11:32  
Digərləri "Windows"un məşhur arxa fonunun tarixi:

Dünyada bu məşhur fonu bilməyən yoxdur! Xüsusən də kompüterlər yavaş-

arrow Ətraflı
Müharibə uzana bilər: G7 buna hazırdır  Trudo like
  • 27 Avq 11:20  
Dünya Müharibə uzana bilər: G7 buna hazırdır Trudo

G7 ölkələrinin liderləri başa düşürlər ki, Ukraynada müharibə uzana b

arrow Ətraflı
ABŞ hərbçilərini daşıyan helikopter qəzaya düşdü like
  • 27 Avq 11:08  
Dünya ABŞ hərbçilərini daşıyan helikopter qəzaya düşdü

ABŞ-nin 20 dəniz piyadasının olduğu helikopter Avstraliyanın Melvil adası

arrow Ətraflı
İlham Əliyev Moldova dövlət başçısını təbrik edib like
  • 27 Avq 11:05  
Siyasət İlham Əliyev Moldova dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya

arrow Ətraflı
"Bu hücum türkislam düşmənçiliyinə işarədir" like
  • 27 Avq 10:57  
Dünya "Bu hücum türkislam düşmənçiliyinə işarədir"

Limasol şəhərindəki hücum türk-islam düşmənçiliyinə işarədir.

arrow Ətraflı
Ulduzlar kimlərə fanatlıq edirlər? like
  • 27 Avq 10:45  
Şou-biznes Ulduzlar kimlərə fanatlıq edirlər?

Öz kumirlərini görəndə həyəcan keçirən yalnız sadə tamaşaçılar dey

arrow Ətraflı
ABŞda ticarət mərkəzində atışma olub like
  • 27 Avq 10:33  
Dünya ABŞda ticarət mərkəzində atışma olub

ABŞ-ın Florida ştatının Ceksonvil şəhərində atışma nəticəsində 4 n

arrow Ətraflı
Azərbaycanın bu şəhərində tramvay işləyəcək  Prezident tapşırıq verdi  VİDEO like
  • 27 Avq 10:18  
Digərləri Azərbaycanın bu şəhərində tramvay işləyəcək Prezident tapşırıq verdi VİDEO

Laçın şəhərinin mərkəzində, əsas küçəsində tramvay fəaliyyət gös

arrow Ətraflı
Azərbaycanda evdə partlayış olub like
  • 27 Avq 10:05  
Digərləri Azərbaycanda evdə partlayış olub

Sabirabadda qaz balonunun partlaması nəticəsində rayon sakini yanıq xəsar�

arrow Ətraflı
"Aldatmak"da yeni aktrisa  FOTO like
  • 27 Avq 09:56  
Digərləri "Aldatmak"da yeni aktrisa FOTO

Türkiyədə yayımlanan "Aldatmak" serialına yeni aktrisa daxil olac

arrow Ətraflı