Mədəniyyət sahəsində aparılan islahatlar kimlərdəsə qıcıq yaradır


Kriminal 24 Avq 2023 15:22:00 266 0

Mədəniyyət sahəsində aparılan islahatlar kimlərdəsə qıcıq yaradır

Mədəniyyət ən mürəkkəb sahədir, hətta siyasətdən də. Siyasətdə tərəflər bir qayda olaraq, bəlli olur. Müttəfiqin də, rəqibin də... Amma mədəniyyət və incəsənət sahəsində "müttəfiq", "rəqib", "dost", "düşmən" anlayışlarının arasındakı sərhəd o qədər incədir ki, iynə də keçməz. Siyasi kuluarlar mədəniyyət kuluarlarının yanında toya getməlidir. Kombinasiyalar mürəkkəb deyil, şübhəsiz. Amma yorucudur, bezdiricidir. Siyasətdə maraqların "şahmat taxtası" üzərindəki fiqurlarının bir adı, bir missiyası, bir sifəti varsa, mədəniyyət haqqında bunu demək bir az çətindir. Situasiyaya uyğun "piyada" "vəzir", "at" "fil" ola bilər. Başqa sözlə, mədəniyyətin "şahmat taxtasında" "ikisi birində", yəni "fil xortumlu at"la, yaxud "taclı vəzirlə" də qarşılaşmaq mümkündür. Ən maraqlısı, bu qarmaqarışıqlıq sözügedən sektorda uzun illərdən bəri dəyişikliklərin qarşısında "kötüyə" çevrilənlərin ürəyincədir.

Yaradıcı adamları qanunların bəlli ölçülərinə, standartlarına uyğunlaşdırmaq çox çətindir. Ola bilsin. Amma nəzərə almaq lazımdır ki, yaradıcı adam, məsələn, ən kiçik teatra rəhbərlik etməyə başladığı andan "yaradıcı adam" obrazı üzərindən bütün manipulyasiya və bəhanələrini arxa plana keçirməlidir. Rəhbər şəxs ilk növbədə inzibatçıdır, menecerdir. İstəmirsə, olmasın! Yox, yaradıcı şəxs hansısa bir təsisatın rəhbəri olmağı arzulayırsa, o zaman sovetdənqalma, yaxud qismən modernləşdirilmiş "yaradıcı adam" bəhanəsini qatlayıb "döş cibinə" qoymalı, hüquqi dövlətdə hər şeyin hüquq çərçivəsində, vəzifələr və məsuliyyətlər müstəvisində reallaşdırıldığını başa düşməlidir.

Bir az uzaqdan gəldim, amma Mədəniyyət Nazirliyi ilə bağlı son günlər ortaya atılan hikkəli iddia və suçlamaların haradan qaynaqlandığını müəyyənləşdirmək üçün başqa səbəb də yoxdur. Hücumların səbəbi isə klassikdir: "Köhnələr" əvvəlki kimi xaosun, özbaşınalığın içərisindən boy göstərmək, "ortada yeyib qıraqda gəzmək", ortaya heç bir iş qoymadan gün keçirmək, yenilər isə bu mənzərəni kökündən dəyişmək, bütün münasibətləri hüquqi çərçivəyə salmaq, adı rüşvətdə hallanan bu mühüm təsisatın nəinki adını, hətta mahiyyətini belə təmizə çıxarmaq istəyirlər. Zaman da sübuta yetirdi ki, bu sahədə kosmetik dəyişikliklər aparmaqla nəticə əldə etmək mümkün deyil. Peşəkar standartlar müəyyənləşməli və hər şey - yaradıcılıqdan inzibati fəaliyyətə qədər - ölçülə bilən olmalıdır. Son 4-5 ayda bu istiqamətdə uğurlu iş aparılır.

Prosesləri kənardan müşahidə edən və informasiyalı bir vətəndaş kimi mədəniyyət sahəsində aparılan və yaxud aparılması nəzərdə tutulan islahatların fundamental xarakter daşıdığını düşünürəm. Fundamental dəyişikliklər isə prosesə bünövrədən, təməldən yanaşılmasını tələb edir. Nə yaxşı ki, mədəniyyət naziri Adil Kərimli uzun illərdən bəri sahəni real inkişafdan saxlayan problemlərin köklü həllinə - yaradıcı və işgüzar atmosferin dedi-qodu və şayiə mexanizmlərindən təmizlənməsinə, peşəkarların önə çıxarılmasına, ən əsası isə şəffaflığın təminatına çalışır.

Nazirin və nazirliyin hədəfi Azərbaycan mədəniyyətini təkcə dünyaya deyil, hətta bizim özümüzə də yüksək zövq və peşəkarlıqla təqdim etməkdən ibarətdir. Bu proses isə ciddi araşdırmalar, sektordakı problemlərin ən incə detallarına kimi təhlilini tələb edir. Mədəniyyət Nazirliyi milli mədəniyyətimizi dünyaya və gələcəyə daşımaq üçün elmi araşdırmalar, ciddi təhlillər əsasında müəyyənləşdirilən "yol xəritəsi" üzərindən hərəkət edir.

Amma mədəniyyət sahəsində aparılan islahatlar kimlərdəsə qıcıq yaradır. Şəffaf idarəetmə, peşəkar yanaşma heç də həmişə arzuolunan olmur. Ona görə də bu sahə xaricdəki və daxildəki "arzuolunmazların" diqqət mərkəzindədir. Mədəniyyətdə məğlubiyyət müharibədəkindən daha faciəlidir. O baxımdan, mədəniyyətimiz hədəf seçilib. Amma yaxşı və nümunəvi məmur obrazı bu hədəfi çox asanlıqla dəf edir.

Cəmiyyətin hər bir üzvü mədəniyyət sahəsinin inkişafında maraqlı olmalıdır. Nazirə və nazirliyə ictimai dəstək isə yaradıcı sənayenin inkişafına işıq salacaq. O işığı görmək istəmirik?

P.S. Mədəniyyət naziri Adil Kərimli 11 ildir bir-birini görməyə gözü olmayan Xalq artistləri - Rasim Balayevlə Şəfiqə Məmmədovanı barışdırıb (ikiyə bölünmüş Kinematoqrafçılar İttifaqının birləşməsinə nail olub), müstəqil fikirləri ilə tanınan Akif İslamzadəylə görüşüb. Olmaya nazirliyə hücumun kökündə bu amil də dayanır?

Anar Yusifoğlu İctimai televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru

TREND

"Kirli sepeti"ndə onlar da rol alacaqlar like
  • 24 Avq 15:17  
Şou-biznes "Kirli sepeti"ndə onlar da rol alacaqlar

İlk tanıtımı yayımlanan "Kirli sepeti" serialına yeni aktrisalar

arrow Ətraflı
Türkiyənin Tuzla limanı 2 milyon tondan çox yük qəbul edib like
  • 24 Avq 15:11  
Digərləri Türkiyənin Tuzla limanı 2 milyon tondan çox yük qəbul edib

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Tuzla limanı 2 milyon 856 min

arrow Ətraflı
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi yaradılıb like
  • 24 Avq 15:08  
Kriminal “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi yaradılıb

"Müəllif Hüquqları Uğrunda" İctimai Birliyi "Müəlliflik h

arrow Ətraflı
Türkiyə bu iddiaları təkzib etdi like
  • 24 Avq 14:56  
Digərləri Türkiyə bu iddiaları təkzib etdi

Türkiyə Milli Müdafiə Nazirliyi Liviyanın Homs hərbi dəniz limanının t�

arrow Ətraflı
Türkiyədə 5 bal gücündə zəlzələ oldu like
  • 24 Avq 14:55  
Digərləri Türkiyədə 5 bal gücündə zəlzələ oldu

Bu gün səhər saatlarında Türkiyənin Malatya şəhərində 5 maqnitudalı z

arrow Ətraflı
Belçika XİN başçısı Azərbaycanda səfərdədir like
  • 24 Avq 14:48  
Siyasət Belçika XİN başçısı Azərbaycanda səfərdədir

Belçikanın xarici işlər naziri Hadca Labib Azərbaycanda rəsmi səfərdədi

arrow Ətraflı
Rusiyalı diplomatın Ermənistana girişinə like
  • 24 Avq 14:44  
Dünya Rusiyalı diplomatın Ermənistana girişinə

"Rossotrudniçestvo"nun Ermənistandakı filialının keçmiş rəhbə

arrow Ətraflı
“Uşağı qəsdən öldürmək istəsəm, like
  • 24 Avq 14:42  
Kriminal “Uşağı qəsdən öldürmək istəsəm,

Məşq zamanı 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə i

arrow Ətraflı
Ermənilər "Laçın" postundan sərbəst keçirlər like
  • 24 Avq 14:36  
Digərləri Ermənilər "Laçın" postundan sərbəst keçirlər

Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəq�

arrow Ətraflı
TürkiyəGürcüstan gömrüyü bu tarixdən yenidən fəaliyyətə başlayacaq like
  • 24 Avq 14:26  
Digərləri TürkiyəGürcüstan gömrüyü bu tarixdən yenidən fəaliyyətə başlayacaq

Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük keçid məntəqəsi

arrow Ətraflı
Ukrayna kəşfiyyatının rəhbəri: “Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik” like
  • 24 Avq 14:22  
Dünya Ukrayna kəşfiyyatının rəhbəri: “Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik”

"İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərb

arrow Ətraflı
Ərdoğan Putinə ultimatum vermək üçün Rusiyaya gedir like
  • 24 Avq 14:11  
Dünya Ərdoğan Putinə ultimatum vermək üçün Rusiyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Qara dənizdəki vəziyy�

arrow Ətraflı
Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil olublar like
  • 24 Avq 14:01  
Dünya Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil olublar

Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil

arrow Ətraflı