Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək


Kriminal 24 Avq 2023 14:25:00 248 0

Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək

Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yubileyinə hazırlaşır.

Milli.az xəbər verir ki, avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yubiley tədbirlərində Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze və başqaları Bakıya gələcəklər.

İndidən dünyanın mötəbər kino xadimləri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor "Oskar" mükafatı laureatı Nikita Mixalkov azərbaycanlı həmkarına göndərdiyi video təbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutduğunu bildirərək deyir: "Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olanlar ümumbəşəri ola bilirlər".

Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi "Bəyin oğurlanması" "Yaramaz", "Nakəs", "Fransız", "Milli Bomba", "Hər şey yaxşılığa doğru", habelə ssenari müəllifi olduğu "Fəryad" və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.

Rejissorun parlaq yaradıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü "Əsl məhəbbət haqqında" , "Bir həsədin tarixi" və "Xüsusi təyinat" filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş "Dərdimi çəkirəm" sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə "Həyat, deyəsən, gözəldir" bədii və "Fikrət Əmirov" bədii-sənədli filmlərini ərsəyə gətirib. O, "Həyat, deyəsən, gözəldir" filminə görə Türkiyədə keçirilən "Korkut Ata" Beynəlxalq Film Festivalında "Türk dünyasının ən yaxşı rejissoru" adına layiq görülüb.

Milli.az

Ukrayna kəşfiyyatının rəhbəri: “Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik” like
  • 24 Avq 14:22  
Dünya Ukrayna kəşfiyyatının rəhbəri: “Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik”

"İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərb

arrow Ətraflı
Ərdoğan Putinə ultimatum vermək üçün Rusiyaya gedir like
  • 24 Avq 14:11  
Dünya Ərdoğan Putinə ultimatum vermək üçün Rusiyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Qara dənizdəki vəziyy�

arrow Ətraflı
Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil olublar like
  • 24 Avq 14:01  
Dünya Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil olublar

Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil

arrow Ətraflı
“Fənərbağça” Xorvatiya millisinin üzvünü transfer etdi like
  • 24 Avq 14:00  
Digərləri “Fənərbağça” Xorvatiya millisinin üzvünü transfer etdi

Türkiyənin "Fənərbağça" klubu heyətinə yeni futbolçu cəlb ed

arrow Ətraflı
Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir? like
  • 24 Avq 13:52  
Digərləri Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir?

Ötən gecə Rusiyanın Tver vilayətində "Embraer Legacy 600" özəl

arrow Ətraflı
Neyroşəbəkə Parkinson diaqnozu qoymağı öyrənib like
  • 24 Avq 13:49  
Dünya Neyroşəbəkə Parkinson diaqnozu qoymağı öyrənib

Neyroşəbəkəyə Parkinson xəstəliyinin ilkin əlamətlərini gözlər vasit

arrow Ətraflı
Priqojinlə birgə ölənlərin görüntüləri like
  • 24 Avq 13:46  
Digərləri Priqojinlə birgə ölənlərin görüntüləri

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yev

arrow Ətraflı
"Məni xoşbəxt edən amil sevgidir" like
  • 24 Avq 13:00  
Şou-biznes "Məni xoşbəxt edən amil sevgidir"

Müğənni Günay İbrahimli sosial şəbəkədə yeni fotolarını paylaşıb.

arrow Ətraflı
İki neftçi faciəvi şəkildə like
  • 24 Avq 12:54  
Digərləri İki neftçi faciəvi şəkildə

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İsteh

arrow Ətraflı
Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir like
  • 24 Avq 12:46  
Digərləri Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir

Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir.

arrow Ətraflı
Bu tələbələr təhsil haqqından azad olundu like
  • 24 Avq 12:43  
Digərləri Bu tələbələr təhsil haqqından azad olundu

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə

arrow Ətraflı
Rusiyanın Ukraynadakı müharibədə itkiləri like
  • 24 Avq 12:32  
Digərləri Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə

arrow Ətraflı
Traktor magistral xətti zədələdi, like
  • 24 Avq 11:58  
Digərləri Traktor magistral xətti zədələdi,

İki rayonda və Sumqayıtda qaz təchizatı dayandırılıb.

arrow Ətraflı
Cəmil Məmmədli həbs edildi like
  • 24 Avq 11:48  
Kriminal Cəmil Məmmədli həbs edildi

Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.

arrow Ətraflı
Neçə məktəb vahid formadan imtina edib? like
  • 24 Avq 11:47  
Digərləri Neçə məktəb vahid formadan imtina edib?

Ölkə üzrə forma seçimindən imtina etmiş məktəb qeydə alınmayıb.

arrow Ətraflı