SOCAR AQŞ, Türkiyə Neft Şirkəti (TPAO) ilə qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb


Digərləri 23 Avq 2023 16:20:00 232 0

SOCAR AQŞ, Türkiyə Neft Şirkəti (TPAO) ilə qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb

Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti SOCAR AQŞ-nin törəmə şirkəti "SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş" (SOCAR AQŞ Türkiyə), Türkiyə Respublikasının dövlət neft şirkəti olan Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti ilə qazma xidmətləri üzrə mühüm müqavilə imzaladığını elan edir.

Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri göstərəcək.

Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki təşkilat üçün mühüm nailiyyətdir. Sazişin ölkənin ümumi neft hasilatını dəstəkləyəcəyi və regionda məşğulluğu artıracağı gözlənilir.

Bu əlamətdar hadisəni şərh edən SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib: "SOCAR AQŞ Türkiyə öz zəngin təcrübəsindən və müasir texnologiyalardan istifadə edərək, layihə zamanı təhlükəsiz və səmərəli fəaliyyət göstərməyi və maksimum məhsuldarlığı təmin etməyi qarşısına məqsəd qoyub."

"SOCAR AQŞ Türkiyə və TPAO arasında olan bu tərəfdaşlıq, regionun enerji sənayesinin inkişafını dəstəkləmək üçün qarşılıqlı öhdəliyi vurğulayır. Biz texniki təcrübəmizdən istifadə etməyi və hər iki tərəfə uğur gətirəcək uzunmüddətli əlaqələri inkişaf etdirməyi səbirsizliklə gözləyirik", - SOCAR AQŞ Türkiyə üzrə menecer Famil Xələfov əlavə edib.

SOCAR AQŞ innovativ texnologiyaları və peşəkar işçi qüvvəsi ilə müştərilərin gözləntilərini mütəmadi olaraq qarşılayaraq etibarlı xidmət təminatçısı kimi nüfuz qazanmışdır. Şirkət həm mövcud, həm də potensial layihələr üçün təhlükəsiz və səmərəli nəticələr təqdim etmək öhdəliyinə sadiq qalaraq, TPAO-nun gələcək səyləri üçün etibarlı tərəfdaş olacaq.

SOCAR AQŞ haqqında:

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.

SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

Daha ətraflı: https://www.socar-aqs.com/az

/

SOCAR AQŞ Türkiyə haqqında:

SOCAR AQŞ Türkiyə 2019-cu ildə SOCAR AQŞ-nin törəmə müəssisəsi kimi təsis edilib. Şirkət eyni il Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsi üzrə China CAMC Engineering Co., Ltd-IC İctas Construction Industries & Trade Inc. JV ilə qazma müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin Aksaray rayonunun Tuz Gölü bölgəsində 40 quyu qazaraq təhvil verib. Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatını ödəmək üçün böyük əhəmiyyət kəsb edir və SOCAR AQŞ Türkiyə bu mühüm missiyanın uğurla həyata keçirilməsinə töhfə verib.

Sevgili olduqlarını belə etiraf etdi like
  • 23 Avq 16:15  
Şou-biznes Sevgili olduqlarını belə etiraf etdi

Türkiyəli aktyor, aparıcı İbrahim Selim yeni eşq yaşayır.

arrow Ətraflı
QAİ Lüksemburqun XİN rəhbərinin Azərbaycana qarşı yönəlmiş açıqlamasını pisləyir like
  • 23 Avq 15:23  
Siyasət QAİ Lüksemburqun XİN rəhbərinin Azərbaycana qarşı yönəlmiş açıqlamasını pisləyir

Qərbi Azərbaycan İcması Lüksemburqun xarici işlər nazirinin Azərbaycana

arrow Ətraflı
Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?” like
  • 23 Avq 15:20  
Şou-biznes Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?”

Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə "Təsir Dairəsi&quo

arrow Ətraflı
Krım körpüləri dağılıb, Rusiya bu yola arxalanır like
  • 23 Avq 15:09  
Dünya Krım körpüləri dağılıb, Rusiya bu yola arxalanır

Çonqar və Geniçeskdəki körpülərinə güclü zərbələrdən sonra ruslar

arrow Ətraflı
31 il əvvəl Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları like
  • 23 Avq 15:05  
Digərləri 31 il əvvəl Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları

Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə itkin düşən 1969-cu il t�

arrow Ətraflı
Bütün bəşəriyyət üçün yeni ev  Barnard ulduzunun sirri like
  • 23 Avq 14:58  
Digərləri Bütün bəşəriyyət üçün yeni ev Barnard ulduzunun sirri

Yerin unikal olmadığını insanlar çoxdan təxmin edirdilər.

arrow Ətraflı
Azərbaycanın zəlzələyə həssas əraziləri hansılardır? like
  • 23 Avq 14:47  
Digərləri Azərbaycanın zəlzələyə həssas əraziləri hansılardır?

Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad ray

arrow Ətraflı
Həkim uşaqlarda qidalanma pozğunluğunun səbəblərini açıqlayıb like
  • 23 Avq 14:36  
Digərləri Həkim uşaqlarda qidalanma pozğunluğunun səbəblərini açıqlayıb

"Qida vərdişləri uşaqlarda hələ körpəlikdən formalaşır. Buna val

arrow Ətraflı
Britninin həyat yoldaşı illər öncə tanınmaz halda like
  • 23 Avq 14:25  
Şou-biznes Britninin həyat yoldaşı illər öncə tanınmaz halda

Dünyaca məşhur müğənni Britni Spirsin qalmaqallı boşanma prosesi ilə ba

arrow Ətraflı
Azərbaycan və Özbəkistan birgə fındıq yetişdirilməsinə dair memorandum imzalayıb like
  • 23 Avq 14:23  
Digərləri Azərbaycan və Özbəkistan birgə fındıq yetişdirilməsinə dair memorandum imzalayıb

Azərbaycanın "Agrarco" MMC şirkəti ilə Özbəkistanın Kənd Təs

arrow Ətraflı
Türkiyə neftə görə şərtlərini açıqladı like
  • 23 Avq 14:14  
Digərləri Türkiyə neftə görə şərtlərini açıqladı

Türkiyə İraqla neft axınının yenidən başlaması üçün şərtlərini a�

arrow Ətraflı
Dünyada yayımı qadağan edilən filmlər like
  • 23 Avq 14:03  
Şou-biznes Dünyada yayımı qadağan edilən filmlər

Kinematoqrafiya həm adi tamaşaçılar, həm də peşəkar tənqidçilər tər�

arrow Ətraflı
Avropa mediası Qarabağdakı separatçıların yalanlarını ifşa edir like
  • 23 Avq 13:55  
Siyasət Avropa mediası Qarabağdakı separatçıların yalanlarını ifşa edir

İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan Qarabağın erməni �

arrow Ətraflı
Könül Kərimovanın Böyük Adadakı TƏTİLİ like
  • 23 Avq 13:41  
Şou-biznes Könül Kərimovanın Böyük Adadakı TƏTİLİ

Əməkdar artist Könül Kərimova da bir çox həmkarları kimi Türkiyəyə t�

arrow Ətraflı
Surovikinin vəzifəsi bu generala tapşırıldı like
  • 23 Avq 12:57  
Dünya Surovikinin vəzifəsi bu generala tapşırıldı

Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanı və

arrow Ətraflı