Bakıda Olimpiya çempionu sevgilisinin ərini bıçaqladı


Kriminal 22 Avq 2023 22:26:00 260 0

Bakıda Olimpiya çempionu sevgilisinin ərini bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin ərini bıçaqlamaqda və quldurluqda təqsirləndirilən Azərbaycanın tanınmış güləşçisi, olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az news24.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş şəxsin 10 yaşlı oğlu ifadə verib. O bildirib ki, Elman Muxtarovun onun anası ilə münasibətləri olub: "Mən həyətdən gəlirdim . Bir nəfər kişi arxamca gəldi mənimlə evə girdi. Atam öz otağında idi, anam isə mətbəxdə. Həmin şəxs mətbəxə keçib qapını bağladı. Mən ağladım. Anam gəlib məni sakitləşdirdi, dedi ağlama, keç otağında otur, yenə qapını bağladılar. Bir müddətdən sonra atam gəldi, dava düşdü, atamı döydü".

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu qadının həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da qadının oğlunu yaşadığı binanın qarşısında izləyib. Uşaq  evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman qadının əri də evdə olub. 

Evə basqın edən idmançı qadının həyat yoldaşına  yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Prezident Mirziyoyev: Özbəkistan Azərbaycanın uğurlarına çox sevinir like
  • 22 Avq 22:24  
Siyasət Prezident Mirziyoyev: Özbəkistan Azərbaycanın uğurlarına çox sevinir

Yaxın qonşular, yaxın ölkələr kimi Azərbaycanın uğurları ilə fəxr ed

arrow Ətraflı
Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alınıb like
  • 22 Avq 22:15  
Siyasət Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alınıb

Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlılarının müvəqq

arrow Ətraflı
Koka ağacı və “CocaCola” like
  • 22 Avq 22:14  
Digərləri Koka ağacı və “CocaCola”

Cənubi Amerikada geniş yayılan Koka ağacının yarpaqları kokain alkaloidi

arrow Ətraflı
Canlı efirdə qızı ilə bağlı şad xəbər aldı, kövrəldi  VİDEO like
  • 22 Avq 22:02  
Şou-biznes Canlı efirdə qızı ilə bağlı şad xəbər aldı, kövrəldi VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın qızı Tekirdağ Namiq Kamal Univers

arrow Ətraflı
Aktyor avtomobil qəzasına düşdü like
  • 22 Avq 21:50  
Şou-biznes Aktyor avtomobil qəzasına düşdü

Türkiyəli aktyor Olgun Şimşek avtomobil qəzasına düşüb. 

arrow Ətraflı
70 yaşından sonra evlənəcək like
  • 22 Avq 21:38  
Şou-biznes 70 yaşından sonra evlənəcək

Türkiyəli müğənni Teoman ötən gecə restoranların birindən çıxarkən

arrow Ətraflı
Özbəkistan Prezidentinin xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub  FOTO like
  • 22 Avq 21:27  
Siyasət Özbəkistan Prezidentinin xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxo

arrow Ətraflı
Bu çay bədəndəki piyləri əridir like
  • 22 Avq 21:26  
Digərləri Bu çay bədəndəki piyləri əridir

Dietoloq Meri Sabat bədəndəki piyi əridən çayın adını açıqlayıb.

arrow Ətraflı
Toya hazırlaşan Səidənin like
  • 22 Avq 21:14  
Şou-biznes Toya hazırlaşan Səidənin

Müğənni Kərim Abbasov həmkarı Səidə Sultanın yeni görüntsünü yayım

arrow Ətraflı
İnfeksionistdən AÇIQLAMA: Yayda insanlar ən çox like
  • 22 Avq 21:02  
Digərləri İnfeksionistdən AÇIQLAMA: Yayda insanlar ən çox

Havaların isti keçməsi insanları soyuq qidalardan və sudan istifadə etməy

arrow Ətraflı
76 yaşlı sürücü nənədən gənclərə TÖVSİYƏ  VİDEO like
  • 22 Avq 20:50  
Digərləri 76 yaşlı sürücü nənədən gənclərə TÖVSİYƏ VİDEO

Bakıda 76 yaşlı qadın sürücü görənlərin marağına səbəb olub.

arrow Ətraflı
Ali qonağın dövlət ziyafəti like
  • 22 Avq 20:49  
Siyasət Ali qonağın dövlət ziyafəti

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu dəqiqələrdə Bakıda, "Gü

arrow Ətraflı
Elnarə həyat yoldaşı ilə illər əvvəl çəkilən fotolarını paylaşdı like
  • 22 Avq 20:27  
Şou-biznes Elnarə həyat yoldaşı ilə illər əvvəl çəkilən fotolarını paylaşdı

Müğənni Elnarə Xəlilova öz və ailəsinin arxiv fotolarını yayımlayıb.

arrow Ətraflı