Özbəkistan Prezidentinin xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub FOTO


Siyasət 22 Avq 2023 21:27:00 219 0

Özbəkistan Prezidentinin xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub  FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Heydər Əliyev Mərkəzində olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov Ziroatxon Mirziyoyevaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Qonaq "Azərbaycan inciləri" sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Mini Azərbaycan" sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.

Özbəkistan Prezidentinin xanımı Heydər Əliyev Mərkəzində, eyni zamanda, "Musiqi alətləri: birlik və müxtəliflik" adlı sərgi ilə tanış olub.

Qeyd olunub ki, burada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya - XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti sərgilənir.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

Özbəkistanlı qonaq "Kukla incəsənətdə" sərgisi ilə də tanış olub. Diqqətə çatdırılıb ki, burada nümayiş etdirilən sənət əsərlərinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.

Sonra Özbəkistan Prezidentinin xanımı "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı xalça kolleksiyasına baxıb.

Məlumat verilib ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb.

Kolleksiyada "Yaranış", "Şikargah", "Xan ovu", "Cəng və barış", "Bəndi-rumi", "Şəbəkəli", "Adəm və Həvva, "Ağaclı", "Narlı", "Göllü", "Ləçək-turunc", "Dörd fəsil", "Tağlı", "Cəmadət" xalçaları, "Cənnət quşları" və "Cənnət bağı" dəstxalı - gəbələri kimi bənzərsiz sənət nümunələri qonağın marağına səbəb olub.

Özbəkistan Prezidentinin xanımına, həmçinin "Azərbaycan xalçası-ilmələrin rəqsi" kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat verilib.

Daha sonra qonaq Heydər Əliyev Mərkəzinin Auditorium zalında olub. Bildirilib ki, bura müxtəlif tədbirlərin - konfrans, simpozium, forum, konsert və s. keçirilməsi üçün ideal məkandır.

Ziroatxon Mirziyoyeva Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb.

Sonda Özbəkistan Prezidentinin xanımı xatirə kitabına ürək sözlərini yazıb.

Qonağa "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı kitabı hədiyyə olunub.

Bu çay bədəndəki piyləri əridir like
  • 22 Avq 21:26  
Digərləri Bu çay bədəndəki piyləri əridir

Dietoloq Meri Sabat bədəndəki piyi əridən çayın adını açıqlayıb.

arrow Ətraflı
Toya hazırlaşan Səidənin like
  • 22 Avq 21:14  
Şou-biznes Toya hazırlaşan Səidənin

Müğənni Kərim Abbasov həmkarı Səidə Sultanın yeni görüntsünü yayım

arrow Ətraflı
İnfeksionistdən AÇIQLAMA: Yayda insanlar ən çox like
  • 22 Avq 21:02  
Digərləri İnfeksionistdən AÇIQLAMA: Yayda insanlar ən çox

Havaların isti keçməsi insanları soyuq qidalardan və sudan istifadə etməy

arrow Ətraflı
76 yaşlı sürücü nənədən gənclərə TÖVSİYƏ  VİDEO like
  • 22 Avq 20:50  
Digərləri 76 yaşlı sürücü nənədən gənclərə TÖVSİYƏ VİDEO

Bakıda 76 yaşlı qadın sürücü görənlərin marağına səbəb olub.

arrow Ətraflı
Ali qonağın dövlət ziyafəti like
  • 22 Avq 20:49  
Siyasət Ali qonağın dövlət ziyafəti

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu dəqiqələrdə Bakıda, "Gü

arrow Ətraflı
Elnarə həyat yoldaşı ilə illər əvvəl çəkilən fotolarını paylaşdı like
  • 22 Avq 20:27  
Şou-biznes Elnarə həyat yoldaşı ilə illər əvvəl çəkilən fotolarını paylaşdı

Müğənni Elnarə Xəlilova öz və ailəsinin arxiv fotolarını yayımlayıb.

arrow Ətraflı
Türkiyənin şimalqərbində meşə yanğını olub like
  • 22 Avq 20:05  
Dünya Türkiyənin şimalqərbində meşə yanğını olub

Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində meşə yanğını olub.

arrow Ətraflı
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər like
  • 22 Avq 19:53  
Siyasət Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özb

arrow Ətraflı
Bədənində şiş aşkarlanan like
  • 22 Avq 19:52  
Şou-biznes Bədənində şiş aşkarlanan

Xalq artisti, tanınmış aktyor Yasin Qarayev əməliyyat olunub.

arrow Ətraflı
Dünya şöhrətli müğənni VƏFAT ETDİ like
  • 22 Avq 19:40  
Şou-biznes Dünya şöhrətli müğənni VƏFAT ETDİ

Dünya şöhrətli italiyalı müğənni Toto Kutunyo vəfat edib.

arrow Ətraflı
AzərbaycanÖzbəkistan sənədləri imzalanıb like
  • 22 Avq 19:35  
Siyasət AzərbaycanÖzbəkistan sənədləri imzalanıb

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ö

arrow Ətraflı
Mehriban Əliyeva Özbəkistanın birinci xanımı ilə görüşüb  FOTO like
  • 22 Avq 19:19  
Siyasət Mehriban Əliyeva Özbəkistanın birinci xanımı ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 22-də Azərbaycan Respublik

arrow Ətraflı
Ağdaş sakini Bakıda qəza törətdi: ölən var like
  • 22 Avq 19:15  
Digərləri Ağdaş sakini Bakıda qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
Novxanıda 6 nəfər like
  • 22 Avq 19:08  
Digərləri Novxanıda 6 nəfər

Novxanıda fəaliyyət göstərən ictimai iaşə obyektində ciddi pozuntular a

arrow Ətraflı