AzərbaycanÖzbəkistan münasibətləri üçün yeni perspektivlər


Siyasət 22 Avq 2023 11:01:00 233 0

AzərbaycanÖzbəkistan münasibətləri üçün yeni perspektivlər

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin təməl prinsipini təşkil edir. Hazırkı geosiyasi kontekstdə bu yanaşma son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ötən il Azərbaycanla Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları arasında fəal əməkdaşlıq dövrü kimi yadda qalıb. Prezident İlham Əliyevin şəxsi səyləri sayəsində Xəzər dənizinin Qafqazla Mərkəzi Asiya arasında birləşdirici element olaraq çıxış etdiyi artıq aydın şəkildə nəzərə çarpır.

Son.az Trend-ə istinadən bildirir ki, davam edən qlobal qeyri-müəyyənlik və müxtəlif sahələrdə bitmək bilməyən qarşıdurmalar şəraitində Azərbaycan-Özbəkistan münasibətləri öz stabilliyini qoruyub saxlayıb. Bakı-Daşkənd strateji müttəfiqliyi daima hər iki ölkə üçün birinci dərəcəli əhəmiyyət kəsb edib.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin 22-23 avqust tarixlərində Azərbaycana planlaşdırılan səfəri də bu mütərəqqi əməkdaşlığın daha bir sübutudur.

2022-ci ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı ikitərəfli münasibətlərin gələcək trayektoriyasını müəyyən edən bir sıra mühüm sənədlər imzalanıb. Bunların arasında strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə bəyannamə xüsusən diqqətəlayiqdir. Bu sənəd ikitərəfli münasibətlərdə yeni mərhələ deməkdir. Bəyannamədə əsas əməkdaşlıq sahələri, o cümlədən, ticari və sənaye əməkdaşlığının genişləndirilməsi nəzərə çarpır.

Bununla yanaşı, ümumi öhdəliklər nəqliyyat və logistika şəbəkələrinin möhkəmləndirilməsi, kənd təsərrüfatı sektorunun artımının birgə təşviqi, eləcə də, hərbi və hərbi-siyasi sahələrdə prioritet əməkdaşlığa şamil olunur. Bütünlükdə bugünədək bu səmərəli əməkdaşlığın əsasını 160-dan çox saziş təşkil edir.

Qarşılıqlı iqtisadi maraqlar ikitərəfli münasibətləri yalnız möhkəmləndirir. Beləliklə, Özbəkistan və Azərbaycan bir-biri üçün yeni bazarlara çıxışın təmin edilməsində unikal imkanlar yarada bilər. Özbəkistanın coğrafi mövqeyi sayəsində Azərbaycan Asiya bazarlarına çıxış imkanı əldə edə bilər, eyni zamanda, Azərbaycan Özbəkistanı Avropa bazarlarına çıxış imkanı ilə təmin edə bilər.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və ya Orta Dəhliz qlobal ticarətin əsas kanalı olmaqla, hər iki ölkə üçün perspektivlər spektri ehtiva edir. Dəhlizin potensial faydaları açıq-aşkardır, belə ki, bu təşəbbüsdə iştirak Bakı və Daşkəndin öz iqtisadi imkanlarını gücləndirməsinə şərait yaradır, eləcə də, beynəlxalq arenada öz siyasi nüfuzunu genişləndirmək imkanı ilə təmin edir.

2022-ci ildə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi illik hesablamada mühüm artım nümayiş etdirərək, 118,9 milyon dollardan 181,2 milyon dollara çatıb (52,4 faiz artım). Bu ilin birinci yarısında iki ölkə arasında əmtəə dövriyyəsi 84,6 milyon dollara çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,7 faiz artım deməkdir.

Eyni zamanda, son illər ərzində birgə müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. 2023-cü il 1 iyul tarixinə olan məlumatlara görə, Özbəkistanda Azərbaycan kapitalına malik 204 müəssisə fəaliyyət göstərir (2017-ci ildə - 71 şirkət), bunlardan 67-si birgə, 137-si isə sırf Azərbaycan şirkətdir. Təkcə bu ilin əvvəlindən 22 birgə müəssisə yaradılıb.

Bu ilin əvvəlində tərəflər 500 milyon dollarlıq kapitala malik birgə investisiya fondunun yaradılması barədə hökumətlərarası saziş imzalayıblar. Fond iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində, yeni birgə investisiya layihələrinin icrasında və yeni əmək məşğulluğu imkanlarının yaradılmasında mühüm rol oynayacaq.

Özbəkistan, həmçinin, Qarabağın yenidən qurulması üzrə səylərdə fəal iştirak edir. Prezident Şavkat Mirziyoyev 2021-ci ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal zirvə görüşündə çıxışında ölkəsinin işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə səylərə töhfə verməyə hazır olduğunu bildirib. Bu töhfə ilk növbədə tarixi abidələrin, məscidlərin, eləcə də, mədəniyyət və təhsil ocaqlarının bərpasını ehtiva edir. Bugünkü gün ən mühüm layihə Füzuli şəhərində 960 şagird üçün nəzərdə tutulmuş müasir məktəbin inşasıdır. Təhsil ocağının təntənəli açılış mərasiminin Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı keçirilməsi planlaşdırılır.

Energetika sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı əlaqələrin daha bir sütununu təşkil edir. Bu əməkdaşlıq həm ənənəvi enerji resurslarını, həm də bərpa olunan enerji mənbələrini (BEM) əhatə edir. Hazırda Azərbaycan və Özbəkistan BEM sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş müzakirələr aparır. Ekoloji cəhətdən təmiz enerji üçün əsas komponentlərin istehsalı üzrə birgə müəssisənin yaradılması perspektivinə xüsusi diqqət yetirilir.

Hər iki ölkənin aparıcı enerji şirkətləri olan SOCAR və "Uzbekneftegaz" uzun müddətdir ki, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparırlar. Bu il şirkətlər artıq qaz ticarəti üzrə ixtisaslaşmış birgə müəssisənin yaradılması barədə saziş imzalayıblar. Bundan başqa, tərəflər "Uzbekneftegaz"ın Azərbaycanın neft-qaz təşəbbüslərinə, SOCAR-ın isə Özbəkistanın neft-qaz təşəbbüslərinə cəlb edilməsi üzrə planları inkişaf etdiriblər.

Mərkəzi Asiya ölkələri ilə möhkəm əməkdaşlığın qurulması Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin məhək daşıdır. Eyni zamanda, Azərbaycan Avropa ilə səmərəli əməkdaşlığını təkmilləşdirməklə Mərkəzi Asiyanın Qərblə inteqrasiyasında vasitəçi rolunu effektiv şəkildə oynayır.

Bu kontekstdə Azərbaycanla qardaş Özbəkistan arasında həm mövcud olan, həm də nəzərdə tutulan birgə təşəbbüslər yeni nəqliyyat layihələrini inkişaf etdirmək, enerji layihələrinin icrasına şərait yaratmaq, ümumi infrastruktur potensialını artırmaq iqtidarındadır. Bu da nəticədə regionu qarşılıqlı əməkdaşlığın mərkəzinə çevirə və maraqlı bütün tərəflər üçün üstünlük yarada bilər. Bu səylər eyni zamanda regionlararası əlaqələrin möhkəmlənməsi üçün yeni imkanlar yaratmaqla vədverici perspektivlər üçün yol açır.

Bütün müavinət və sosial yardımlar like
  • 22 Avq 10:57  
Digərləri Bütün müavinət və sosial yardımlar

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım

arrow Ətraflı
Ermənilər növbəti dəfə Laçın buraxılış məntəqəsindən sərbəst keçiblər like
  • 22 Avq 10:54  
Siyasət Ermənilər növbəti dəfə Laçın buraxılış məntəqəsindən sərbəst keçiblər

Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəq�

arrow Ətraflı
Qadın sevgilisini evə görüşə çağırdı, oğlu ikisini də bıçaqladı like
  • 22 Avq 10:51  
Kriminal Qadın sevgilisini evə görüşə çağırdı, oğlu ikisini də bıçaqladı

Bakının Suraxanı rayonunda oğul anasını və onun sevgilisini bıçaqlayıb

arrow Ətraflı
Xankəndidəki bu şəxslə bağlı like
  • 22 Avq 10:48  
Siyasət Xankəndidəki bu şəxslə bağlı

Xankəndi sakininin "Telegram"da müraciəti ilə bağlı cinayət iş

arrow Ətraflı
Bu şəhərlə bağlı 7 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI like
  • 22 Avq 10:41  
Dünya Bu şəhərlə bağlı 7 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

Türkiyənin Hakkari bölgəsi üçün mütəxəssislər 7 baldan yuxarı zəlz�

arrow Ətraflı
Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib like
  • 22 Avq 10:34  
Digərləri Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Mersin limanı 2 181 gəmi qə

arrow Ətraflı
Xocavənd rayonu ərazisində like
  • 22 Avq 10:30  
Digərləri Xocavənd rayonu ərazisində

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edil

arrow Ətraflı
Qarabağa getmək istəyənlərin nəzərinə! like
  • 22 Avq 10:19  
Digərləri Qarabağa getmək istəyənlərin nəzərinə!

Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyind�

arrow Ətraflı
İcarəyə götürdüyü texnikaları satana ağır cəza like
  • 22 Avq 10:08  
Kriminal İcarəyə götürdüyü texnikaları satana ağır cəza

Bakı sakini 37 yaşlı Vasif İsmayılov fərqli şirkətlərə məxsus yük ma

arrow Ətraflı
Düşmən Sədərək və Laçın rayonu istiqamətlərində atəş açdı like
  • 22 Avq 09:58  
Siyasət Düşmən Sədərək və Laçın rayonu istiqamətlərində atəş açdı

Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahl�

arrow Ətraflı
16 yaşlı oğlu tərəfindən öldürülən Günayın yeni görüntüləri like
  • 22 Avq 09:57  
Kriminal 16 yaşlı oğlu tərəfindən öldürülən Günayın yeni görüntüləri

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-

arrow Ətraflı
Ermənilərin suiqəsd çağırışı: like
  • 22 Avq 09:51  
Siyasət Ermənilərin suiqəsd çağırışı:

Ermənilərin sosial şəbəkələrdə Azərbaycan dövlət nümayəndələrini

arrow Ətraflı
Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb like
  • 22 Avq 09:46  
Kriminal Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb

Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.

arrow Ətraflı
Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olundu like
  • 22 Avq 09:41  
Digərləri Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olundu

Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifə

arrow Ətraflı