Ermənilərin suiqəsd çağırışı:


Siyasət 22 Avq 2023 09:51:00 241 0

Ermənilərin suiqəsd çağırışı:

Ermənilərin sosial şəbəkələrdə Azərbaycan dövlət nümayəndələrini və diplomatlarını hədəf alan çağırışlarının arxasında siyasi qruplar dayanır. Onlar ASALA və digər terrorçu qruplardır ki, erməni diasporunun himayəçiliyi ilə müxtəlif ölkələrdə fəaliyyət göstəriblər və indi də göstərirlər.

Son.az bildirir ki, bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə ermənilərin sosial şəbəkələrdəki çağırışlara münasibət bildirərkən deyib.

Erməni diasporu tərəfindən formalaşdırılan terrorçu qrupların hazırda gizli şəkildə fəaliyyət göstərdiyini deyən politoloq bildirib ki, sosial şəbəkələrdə müzakirə olunan sui-qəsd çağırışlarına ciddi yanaşmaq lazımdır:

"Erməni diasporu tərəfindən mütəşəkkil surətdə təşkil olunmuş müəyyən qruplar var. Onlar müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Sadəcə olaraq, latent şəkildədir və fəaliyyətləri bir o qədər də gözə çarpmır. Bu bizə məlumdur. O təşkilatlar hamısı məxfi və qeyri-qanunidir. Onlar lazımi vaxtda, müəyyən siqnaldan sonra hərəkətə keçə bilərlər. Sosial şəbəkələrdə yayılan hədə-qorxular ondan xəbər verir ki, qruplar aktivləşir. Bu da müəyyən təhlükə törədir. Bu ilin əvvəllərində Fransada yerləşən diplomatik nümayəndəliyə olan hücumda, müxtəlif dövrlərdə Azərbaycanın ictimai-siyasi şəxslərinə qarşı aksiyalarda, xaricdə yaşayan vətəndaşlara qarşı törədilən xəsarətlərdə bu cür destruktiv qüvvələrin əli olub".

O, erməni qrupların həyata keçirdiyi cinayət əməllərinə qarşı sərt reaksiya verilmədiyini bildirib:

"Bununla bağlı araşdırmalar aparılıb, cinayət işi qaldırılıb. Təəssüflər olsun ki, təsirli reaksiya yoxdur. Odur ki, biz diqqətli olmalıyıq. Vətəndaşlarımız ayıq-sayıq davranmalıdır. Təhlükəsizlik işləri aparılmalıdır ki, bizim diplomatik nümayəndələrimizə və xaricdə yaşayan soydaşlarımıza qarşı cinayətlər törədilməsin".

Qeyd edək ki, son günlər ermənilərin sosial mediada azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışları ciddi narahatlıq yaradıb. Bununla bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili bəyanat yayıb. Bildirib ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətə yol açan siyasətindən əl çəkməli, həmçinin, aidiyyəti beynəlxalq təşkilatlar insan hüquqlarına zidd olan bu əməllərin qarşısının alınması üçün zəruri tədbirləri görməlidirlər.

Son.az 

Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb like
  • 22 Avq 09:46  
Kriminal Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb

Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.

arrow Ətraflı
Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olundu like
  • 22 Avq 09:41  
Digərləri Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olundu

Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifə

arrow Ətraflı
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı like
  • 22 Avq 09:34  
Siyasət Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi

arrow Ətraflı
Yardımlıda avtomobil dərəyə aşdı: like
  • 22 Avq 09:29  
Digərləri Yardımlıda avtomobil dərəyə aşdı:

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti bahalaşıb like
  • 22 Avq 09:23  
Digərləri Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba

arrow Ətraflı
Özünü belə təbrik etdi: "Yer üzündən qopub..." like
  • 22 Avq 09:17  
Şou-biznes Özünü belə təbrik etdi: "Yer üzündən qopub..."

"Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki, b

arrow Ətraflı
Bu gün Bakıda 36, rayonlarda 37 dərəcə isti olacaq like
  • 22 Avq 09:11  
Digərləri Bu gün Bakıda 36, rayonlarda 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludl

arrow Ətraflı
Nərimanov rayonunda 30 yaşlı kişi qətlə yetirilib like
  • 22 Avq 09:07  
Kriminal Nərimanov rayonunda 30 yaşlı kişi qətlə yetirilib

Avqustun 22-də saat 08 radələrində Bakının Nərimanov rayonunun Rövşən

arrow Ətraflı
Rusiya raket hücumundan sonra...  FOTO like
  • 22 Avq 09:03  
Dünya Rusiya raket hücumundan sonra... FOTO

Xəbər verdiyimiz kimi, gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron

arrow Ətraflı
Ümumi orta təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı davam edir like
  • 22 Avq 08:56  
Digərləri Ümumi orta təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrin

arrow Ətraflı
“Bu, bizim üçün qəbuledilməzdir”  Ərdoğan like
  • 22 Avq 08:49  
Dünya “Bu, bizim üçün qəbuledilməzdir” Ərdoğan

"BMT Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kipr Türk Respubl

arrow Ətraflı
Hitlerin evi polis idarəsinə çevriləcək like
  • 22 Avq 08:43  
Digərləri Hitlerin evi polis idarəsinə çevriləcək

Adolf Hitlerin Avstriyadakı evi polis idarəsinə çevriləcək.

arrow Ətraflı
Piyadanın ölümü ilə nəticələnən qəza  FOTO like
  • 22 Avq 08:29  
Digərləri Piyadanın ölümü ilə nəticələnən qəza FOTO

Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Zelenski Yunanıstandan bunu istədi like
  • 22 Avq 07:54  
Dünya Zelenski Yunanıstandan bunu istədi

Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstandan Ukraynanın Qara dənizdək

arrow Ətraflı
Ərdoğandan ehtimal olunan zəlzələ ilə bağlı açıqlama like
  • 22 Avq 07:47  
Dünya Ərdoğandan ehtimal olunan zəlzələ ilə bağlı açıqlama

Türkiyə hökuməti İstanbulun təxminən 1,5 milyona yaxın sakinini zəlzəl

arrow Ətraflı