Xankəndidəki bu şəxslə bağlı


Siyasət 22 Avq 2023 10:48:00 182 0

Xankəndidəki bu şəxslə bağlı

Xankəndi sakininin "Telegram"da müraciəti ilə bağlı cinayət işi başlanıb.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil "Artsax Respublikası" kimi adlandırması, ərazimizdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan "Yerli özünü müdafiə qüvvələri" adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.

Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Bu şəhərlə bağlı 7 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI like
  • 22 Avq 10:41  
Dünya Bu şəhərlə bağlı 7 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

Türkiyənin Hakkari bölgəsi üçün mütəxəssislər 7 baldan yuxarı zəlz�

arrow Ətraflı
Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib like
  • 22 Avq 10:34  
Digərləri Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Mersin limanı 2 181 gəmi qə

arrow Ətraflı
Xocavənd rayonu ərazisində like
  • 22 Avq 10:30  
Digərləri Xocavənd rayonu ərazisində

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edil

arrow Ətraflı
Qarabağa getmək istəyənlərin nəzərinə! like
  • 22 Avq 10:19  
Digərləri Qarabağa getmək istəyənlərin nəzərinə!

Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyind�

arrow Ətraflı
İcarəyə götürdüyü texnikaları satana ağır cəza like
  • 22 Avq 10:08  
Kriminal İcarəyə götürdüyü texnikaları satana ağır cəza

Bakı sakini 37 yaşlı Vasif İsmayılov fərqli şirkətlərə məxsus yük ma

arrow Ətraflı
Düşmən Sədərək və Laçın rayonu istiqamətlərində atəş açdı like
  • 22 Avq 09:58  
Siyasət Düşmən Sədərək və Laçın rayonu istiqamətlərində atəş açdı

Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahl�

arrow Ətraflı
16 yaşlı oğlu tərəfindən öldürülən Günayın yeni görüntüləri like
  • 22 Avq 09:57  
Kriminal 16 yaşlı oğlu tərəfindən öldürülən Günayın yeni görüntüləri

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-

arrow Ətraflı
Ermənilərin suiqəsd çağırışı: like
  • 22 Avq 09:51  
Siyasət Ermənilərin suiqəsd çağırışı:

Ermənilərin sosial şəbəkələrdə Azərbaycan dövlət nümayəndələrini

arrow Ətraflı
Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb like
  • 22 Avq 09:46  
Kriminal Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb

Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.

arrow Ətraflı
Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olundu like
  • 22 Avq 09:41  
Digərləri Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olundu

Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifə

arrow Ətraflı
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı like
  • 22 Avq 09:34  
Siyasət Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi

arrow Ətraflı
Yardımlıda avtomobil dərəyə aşdı: like
  • 22 Avq 09:29  
Digərləri Yardımlıda avtomobil dərəyə aşdı:

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti bahalaşıb like
  • 22 Avq 09:23  
Digərləri Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba

arrow Ətraflı
Özünü belə təbrik etdi: "Yer üzündən qopub..." like
  • 22 Avq 09:17  
Şou-biznes Özünü belə təbrik etdi: "Yer üzündən qopub..."

"Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki, b

arrow Ətraflı