Onlardan pis rəftar görməyə hazır olun Ən kobud bürclər


Digərləri 20 Avq 2023 20:07:00 257 0

Onlardan pis rəftar görməyə hazır olun  Ən kobud bürclər

Bəzi insanlar ağıllı, təvazökar, bəziləri isə aqresiv davranışları ilə bütün diqqətləri üzərlərinə çəkirlər. Son.az bildirir ki, astroloqların fikrincə bəzi bürclərin nümayəndələrinin kobud rəftarı ilə üzləşmək ehtimalımız çoxdur.

Əkizlər

Bu bürcün nümayədələri sizi dinləməyə və üzdə hörmət göstərməyə qadirdir. Amma onun fikirlərini oxuya bilsəydiniz, tam əksini görərdiniz. Onların səssiz anlaşma və rəğbətlərinin arxasında tam biganəlik dayanır. Duyğusal olaraq, onlar yalnız həqiqətən sevdikləri insanlara reaksiya verirlər. Əkizlər nadir hallarda düşmənlə açıq mübahisəyə girirlər, lakin bu zaman onlardan ən xoşagəlməz ifadələr eşidə bilərsiniz. Sevmədiyi suallara da olduqca sərt cavablar verirlər.

Oğlaq

Oğlaqlar başqalarına münasibətdə təmkinli davranırlar. Bu, onların heç nəyə əhəmiyyət vermədiyi təəssüratı yarada bilər. Bununla belə, əgər onlara pislik etməsəniz, bu insanlar yaxşı əməllərə qadirdirlər. Lakin təkəbbürlü davranacağınız təqdirdə, oğlaqların kobudluqlarına hazır olmalısınız. Onlar sizi saymayacaq, bacardıqları qədər əzməyə çalışıb, çatışmazlıqlarınızı üzünüzə vuracaqlar.

Şir

Şirlər həddən artıq kobud ola bilirlər. Söhbət kobudluqdan gedirsə, şirlərin kin-küdurəti əsas rol oynayır. Əgər onun yolunu nə vaxtsa kəsmisinizsə, onda sonrakı həyatda bu insana güvənməyin mənası yoxdur. Çətin vaxtlarda nəinki əlini uzatmayacaq, həm də sizin haqqınızda daim mənfi danışıb, qarşısına çıxdığınız anda kobudluq etməyə başlayacaq.

Qoç

Qoçlar kifayət qədər şən insanlardır, amma bu heç də o demək deyil ki, onlardan kobudluq görməyəcəksiniz. Əgər onu uzun müddət və israrla təngə gətirsəniz, kifayət qədər kobudluğa, sonra isə biganəliyə şahid olacaqsınız. Xüsusən də, onlara öz düşüncələrinizi təbliğ etmək istəsəniz, ən ağır formada kobudluqla üzləşəcəksiniz.

Oxatan

Oxatanlar astrologiyada ən vecsiz bürclərdən biridir. Heç vaxt başqalarının nə düşündüyünə əhəmiyyət vermirlər. Oxatanlar vaxtlarını və enerjilərini akademik və peşəkar olaraq özlərini daha yaxşı hiss etməyə sərf edirlər. Oxatan bürcü çox enerjilidir. Həyata qarşı olan bu enerjilər onların özlərini digər insanlardan üstün görmələrinə səbəb olur. Başqaları nə qədər çalışdıqlarını dərk etmədikdə, gömədikdə çox kobud və alçaldıcı hərəkətlərlə qəlb qıra bilərlər.

Əqrəb

Bu bürcün nümayəndələri də bəzən elə davranır ki, sanki hər zaman hər kəsdən üstündürlər. Onlar həmçinin bənzərsiz, açıq sözlü xarakterlərinə görə, insanları heyran etdiklərinə inanırlar. Əqrəb bürcü insanları təbiətcə ağıllı olurlar. Təmkinli olmağa çalışırlar, ancaq əsəbləşdikdə və qıcıqlandıqları hadisə baş verdikdə olduqca kobud rəftar edə, səs tonlarını qaldıra bilərlər.

Xərçəng, Qız, Tərəzi və Balıqlar insanlara necə davranmalı olduqlarını çox yaxşı bilirlər. Ona görə də hamı ilə mehribandırlar. (Baku.ws)

Yol qəzasında 4 nəfər like
  • 20 Avq 20:00  
Digərləri Yol qəzasında 4 nəfər

Oğuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadis�

arrow Ətraflı
Almaniya Kiyevə hər il 5 milyard ayıra bilər like
  • 20 Avq 19:40  
Dünya Almaniya Kiyevə hər il 5 milyard ayıra bilər

Almaniyanın maliyyə naziri Kristian Lindner Berlin hökumətinin "Açıq

arrow Ətraflı
Buzovnada batan iş adamının meyiti tapıldı like
  • 20 Avq 19:34  
Digərləri Buzovnada batan iş adamının meyiti tapıldı

Bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb.

arrow Ətraflı
Məşhur milyarderdən uğurlu həyat üçün 4 tövsiyə like
  • 20 Avq 19:27  
Digərləri Məşhur milyarderdən uğurlu həyat üçün 4 tövsiyə

"Microsoft"un həmtəsisçisi, amerikalı milyarder Bill Qeyts insanla

arrow Ətraflı
Rostova PUAlarla hücum... like
  • 20 Avq 19:20  
Dünya Rostova PUAlarla hücum...

Rusiyanın Rostov vilayətində kamikadze dronlarla terror aktına cəhd edilib.

arrow Ətraflı
"Kızılcık şerbeti" bu tarixdə yayımlanacaq like
  • 20 Avq 18:59  
Şou-biznes "Kızılcık şerbeti" bu tarixdə yayımlanacaq

"Kızılcık şerbeti" serialının ikinci mövsümünün yayım tarix

arrow Ətraflı
Bu ölkə vətəndaşlarını Nigerdən çıxardı like
  • 20 Avq 18:51  
Dünya Bu ölkə vətəndaşlarını Nigerdən çıxardı

Belçika 130 vətəndaşını hərbi təyyarə ilə Nigerdən təxliyə edib.

arrow Ətraflı
2023cü ilin trendi like
  • 20 Avq 18:40  
Digərləri 2023cü ilin trendi

Qışda çox fikir verilməsə də, yayda ayaq dırnaqlara xüsusi diqqət edili

arrow Ətraflı
Məşhur aktyora ağır itki like
  • 20 Avq 18:31  
Şou-biznes Məşhur aktyora ağır itki

Türkiyəli aktyor Can Yamana ağır itki üz verib.

arrow Ətraflı
Dərinizi yaşıl çay və nar suyu ilə canlandırın like
  • 20 Avq 18:20  
Digərləri Dərinizi yaşıl çay və nar suyu ilə canlandırın

Makiyajı sildikdən sonra məsamələrdə qalan qalıntıları ev şəraitind�

arrow Ətraflı
Qarabağda “çevriliş planı”: like
  • 20 Avq 18:11  
Siyasət Qarabağda “çevriliş planı”:

Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi

arrow Ətraflı
Düşmən Laçın istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib like
  • 20 Avq 18:03  
Siyasət Düşmən Laçın istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqq

arrow Ətraflı