Düşməni qorxudan dostluq:


Siyasət 20 Avq 2023 14:44:00 223 0

Düşməni qorxudan dostluq:

Azərbaycan özünün qonşusu olan (30 illik işğal faktoruna görə Ermənistan istisna) və olmayan dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstanla müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında inkişaf edir.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın 1 il ərzində sayca ikinci Macarıstan səfəri əlbəttə ki, dostluq və etibarlı tərəfdaşlıq münasibətlərindən, ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişafından qaynaqlanır.

Hər iki dövlət həqiqətən də dost və tərəfdaş ölkələrdir. Bunu təkcə ikitərəfli münasibətlərə aid proseslərin gedişatında yox, eyni zamanda beynəlxalq platformalarda da aydın sezmək mümkündür. Bu səbəbdənm də Azərbaycan-Macarıstan münasibətləri artıq strateji tərəfdaşlıq kimi müəyyən edilib. Hələ 2023 cü il yanvarın 30 da cənab Prezidentin Budapeştə səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu tərəfdaşlığın hansı səviyyədə olduğunu açıq-aşkar nümayiş etdirirdi.

Qeyd edim ki, bu, iki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci belə sənəd idi və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar, bu münasibətlərin gələcək perespektivləri çox dinamik şəkildə daha da güclü faktorlara əsaslanır.

Təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə nəyinki regionda, ümumilikdə Avrasiyada fayda verən dövlətlər sırasında olan müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətilə seçilən transmilli, enerji layihələri reallaşdıran ölkə çoxfunksionalla fəaliyyəti ilə də seçilir. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verməklə diqqət çəkən Azərbaycan etibarlı, təhlükəsizliyin qarantı olan əsas aktor olaraq əhəmiyyətini günbəgün artırır.

Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır" - deyə Cənab Prezident bildirib ki, Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyinin də Azərbaycanı etibarlı tərəfdaş adlandırması da təsadüfi deyil.

Bütün bu sadalanan məsələlərlə yanaşı, bu gün Azərbaycan etibarlı tranzit ölkəyə də çevrilir ki, bu detallar ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu sürətlə artırır, ətrafında özü kimi etibarlı dövlətlərin birləşməsinə imkan verir. Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən ölkəmizin tranzit potensialının inkişafı qeyri-neft sektorunun inkişafına öz təsirini göstərməkdədir. Əlbəttə ki, istənilən bir ölkənin tranzit potensialının inkişafında qonşu ölkələrlə münasibətləri vacib məsələlərdəndir. Vurğulamaq yerinə düşər ki. dəmiryol nəqliyyatı əsrdən də artıq bir dövrdə yük və sərnişin daşımalarında mühüm potensial istiqamət kimi daha çox diqqət çəkir.

Bu məqamda bir daha onu qeyd etmək yerinə düşər ki, Azərbaycanın Macarıstanla əməkdaşlığının böyük hissəsi enerji məsələləri ilə bağlı olsa da, nəqliyyat sahəsində uğurlu addımlar atılır. Bu dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. Bu layihənin böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa belə, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmək potensialı çox yüksəkdir. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Elə dövlət başçısı və birinci vitse-prezident Mehriban Əliyevanın 1 il ərzində iki dəfə Macarıstana səfər etmələri deyilənlərin əyani sübutudur. Tərəflər arasında ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və bu günkü səfər də deməyə əsas yaradır ki, bundan sonra da iki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf edəcəkdir.

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər bu gün Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində çox uğurla inkişaf etdirilir. Macarıstanın müşahidəçi qismində qoşulduğu təşkilat çərçivəsində Bakı ilə Budapeşt əlaqələri daha da möhkəmlənir. Macarıstanın bu təşkilata qoşulmasında Bakının rolunun az olmadığını nəzərə alsaq, o zaman iki ölkənin bir-birinə olan münasibətləri, dostluğu, sadiqliyi mübahisə mövzusu ola bilməz.

Təkcə TDT səviyyəsində yox, iki ölkənin bir-birinə olan dəstəyi digər beynəlxalq platformalarda daim müşahidə edilib. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir və hər ötən gün bu əməkdaşlıq daha çox strateji əhəmiyyət daşımağa başlayır.

Təhməz Əsədov TREND

Çimərlik paltarı alanda bunlara mütləq diqqət edin, yoxsa... like
  • 20 Avq 14:40  
Digərləri Çimərlik paltarı alanda bunlara mütləq diqqət edin, yoxsa...

Artıq dəniz sezonu başlayıb. Dənizə gedərkən qadınların yaşadığı �

arrow Ətraflı
Şəkər xəstələri necə qidalanmalıdır? like
  • 20 Avq 14:20  
Digərləri Şəkər xəstələri necə qidalanmalıdır?

Şəkər xəstələrə hər zaman qidalanmalarına, sağlamlıqlarına fikir ver

arrow Ətraflı
Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi like
  • 20 Avq 14:00  
Kriminal Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi

Son.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında maraqlı faktl

arrow Ətraflı
"Qadınların azadlığı kişiləri də xilas edir" like
  • 20 Avq 13:51  
Şou-biznes "Qadınların azadlığı kişiləri də xilas edir"

58 yaşlı məşhur aktrisa Monika Belluççi bu dəfə "Harper's Bazaa

arrow Ətraflı
Bu yağlar sizi 10 yaş cavanlaşdıracaq – like
  • 20 Avq 13:40  
Digərləri Bu yağlar sizi 10 yaş cavanlaşdıracaq –

Yaşlandıqca vücudunuzun kollagen istehsalı azalmağa başlayır. Kollagen is

arrow Ətraflı
Mal ətinin qiyməti BAHALAŞIB... like
  • 20 Avq 13:31  
Digərləri Mal ətinin qiyməti BAHALAŞIB...

Mal ətinin qiyməti yenidən bahalaşıb.  Hazırda mal ətinin kilosu 14-16 m

arrow Ətraflı
Narla sızanaq izlərinə son like
  • 20 Avq 13:20  
Digərləri Narla sızanaq izlərinə son

Mövsümlə əlaqədar üz maskalarında istifadə etdiyiniz tərkiblərdə dəy

arrow Ətraflı
İranda polis əməkdaşı öldürülüb like
  • 20 Avq 13:11  
Digərləri İranda polis əməkdaşı öldürülüb

İranda polis əməkdaşı öldürülüb.

arrow Ətraflı
Xırdalanda kişidən qadınlara əxlaqsız təklif: “Otеlə gеtməyə görə...” like
  • 20 Avq 13:00  
Kriminal Xırdalanda kişidən qadınlara əxlaqsız təklif: “Otеlə gеtməyə görə...”

Abşeron rayonunda 2005-ci il təvəllüdlü Elmar bacısına qarşı əxlaqsız

arrow Ətraflı
İranda daha bir vəzifəli şəxsin əxlaqsız videosu yayıldı like
  • 20 Avq 12:51  
Digərləri İranda daha bir vəzifəli şəxsin əxlaqsız videosu yayıldı

İranın Teleradio Yayım Təşkilatının rəhbərlərindən olan Hacı Məhəm

arrow Ətraflı
90cı illərin saç modelləri yenidən dəbdədir like
  • 20 Avq 12:40  
Digərləri 90cı illərin saç modelləri yenidən dəbdədir

90-cı illərin laylı saç düzümü yenidən dəbə qayıdıb. 

arrow Ətraflı
Dövlət Qurumu vətəndaşa aid olan ərazini digər sahibkara verib... like
  • 20 Avq 12:31  
Digərləri Dövlət Qurumu vətəndaşa aid olan ərazini digər sahibkara verib...

Gəncədə yaşayan sahibkar Elvin Abdiyev ona məxsus olan mebel mağazasından

arrow Ətraflı
Sabah Bakıda hava küləkli olacaq, like
  • 20 Avq 12:24  
Digərləri Sabah Bakıda hava küləkli olacaq,

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Miranda Kerrin gözəllik sirri like
  • 20 Avq 12:20  
Digərləri Miranda Kerrin gözəllik sirri

Avstraliyalı model Miranda Kerrin gözəllik sirri bəlli olub.

arrow Ətraflı
Ya Ukraynanı məhv edəcəyik, ya da... like
  • 20 Avq 12:11  
Dünya Ya Ukraynanı məhv edəcəyik, ya da...

İndiki Kiyev rejimi tamamilə devrilməyənə qədər Rusiya dayanmamalıdır.

arrow Ətraflı