Erməni separatçılarının son ümidi Makrondur: Vaşinqton raundu başlayır


Siyasət 27 İyn 2023 12:00:00 209 0

Erməni separatçılarının son ümidi Makrondur: Vaşinqton raundu başlayır

"Utanmasan oynamağa nə var ki!" deyimini bir qədər dəyişib, "Utanmasan görüşməyə nə var ki" şəklinə salaraq Ermənistanın "əyninə" biçmək olar. Çünkü son bir ayda intensiv şəkildə Naxçıvan və digər sərhədlərimiz istiqamətində mövqelərimizi intensiv atəşə tutan, Laçın sərhəd buraxılış məntəqəsində əsgərimizə atəş açan Ermənistan tərəfi indi əl-qolunu sallaya-sallaya okeanın o tayında (Vaşionqtonda) sülh danışıqları ilə bağlı XİN başçılarının görüşündə iştiraka yollanıb. Buna Ermənistanın ikitirəliyi də deyə bilərik. Hər danışıqları prosesindən sonra destruktiv bəyanatlar, sülhü sabotaj edəcək addımlarla diqqət mərkəzinə düşən rəsmi İrəvana qarşı Bakıda etimad sıfra bərabərdir. Amma Bakı ümidini üzmür...

Xüsusilə Ermənistanın mövqelərimiz istiqamətində sükutu tez-tez pozmasından sonra gözləntilərimiz böyük olmasa da rəsmi Bakı vasitəçi tərəflərin təzyiq və təkidi ilə Ermənistanı danışıqlar masasında üzərinə götürdüyü öhdəlikləri icra etdirə biləcəyi ilə bağlı nikbinliyini hələ də pozmur. Elə bu səbəbdən də ötən gün Ceyhun Bayramov Vaçinqton görüşünün növbəti raundu üçün ABŞ-a getdi.

Əlqərəz, bu gün Vaşinqtonda Bayramovla Mirzoyanın görüşü gözlənilir. 12 iyun görüşünün təxirə salınmasından sonra nazirlərin okeanın o tayında müzakirə edəcəyi gündəlikdə əhəmiyyətli dəyişiklik gözləmək biraz özümüzü aldatmaq olar. Amma istənilən halda masada güclü tərəf, diqtə edən əsas aktor olaraq Bakının çıxış edəcəyini nəzərə alsaq, bütün bu manipulyasiya cəhdlərinin elə rəsmi İrəvanın özünə ziyan edəcəyini düşünmək olar.

Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində çıxışı zamanı vacib məqamları toxunması, verdiyi mesajlar belə düşünməyə əsas yaradır. Dövlət başçısı dünyada geosiyasi vəziyyətin gərginləşməsi, regionda yeni təhdidlərin mövcudluğu, Ermənistanda revanşist qüvvələrin baş qaldırması fonunda Azərbaycanın yeni silahlar alması prosesinin davam etdiyini açıqlamaqla əslində Bakı üçün "hava yenə xoşdur" abu-havasını yaratmış oldu.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionda yeni təhdidlər var, təhdid mövcuddursa, deməli, hərbi eskalasiya riski də qalmaqdadır.Bütün bunları nəzərə alan Azərbaycan həm postkonflikt reallıqları çərçivəsində diplomatik masada, həm də hərb nöqteyi nəzərindən çox önəmli üstünlüklərə malikdir və bu üstünlüyümüz hər ötən gün daha da artır, daha da möhkəmlənir.

Bütün bu proseslər fonunda Ermənistan siyasi rəhbərliyinin Vaşinqton görüşünün növbəti raundunda nə deyib, deməyəcəyi əslində bir o qədər də önəm kəsb etmir. Məsələ sülhdürsü, Ermənistan bunu istəmirsə, Bakıya da heç lazım deyil.

İstisna edilmir ki, İrəvan qondarma "Bakı-Xankəndi" formatını yenidən ortaya atacaq, çalışacaq ki, bu məsələnin üzərindən Bakıya təzyiq yaradıb danışıqlar prosesini dalana dirəsin, "Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyin qorunması üçün beynəlxalq mexanizm"i irəli sürərək prosesə mane olsun. Halbuki Ermənistan Azərbaycanın bu məsələdəki mövqeyini artıq 3 ildir ki, çox yadın bilir: Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və bu cür təzyiq vasitələri ilə hər hansı beynəlxalq mexanizmin yaradılmasının mümkün olacağı xülyasından Ermənistan rəhbərliyi nə qədər tez ayılsa, o qədər onun özü üçün yaxşı olar.

Yaxşı olar ki, istər XİN başçıları Ararat Mirzoyan, istərsə də Baş nazir Nikol Paşinyan son dönəmlər tez-tez "Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyırıq" demələrinə rəğmən Qarabağ separatçıları üçün növbəti hökümət iclasında növbəti maliyə yardımının ayrılması qərarına bir aydınlıq gətirsinlər. O ki, qaldı Bakıdan eşidəcəklərinə. Ermənistanın bu mazaxist mövqeyinə Bakıdan veriləcək reaksiya məlumdur. Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu Ermənistan tərəfi hələ də qəbul edə bilmirlərsə və bunu hərəkətlərində gizlətməkdə belə çətinlik çəkirlərsə, o zaman hər hansı bir davamlı sülhdən danışmaq çox tezdir. Çünkü məhz son təxribatlar da, törədilən hərbi insidentlər də, destruktiv bəyanatlar da Qarabağın erməni əhalisinin reinteqrasiyasına mane olmaq, qondarma rejim qalıqlarına züy tutmaqdan başqa bir şey deyil.

Bu dəfə də Vaşinqton müzakirələrinin bir neçə gün çəkəcəyi məlum olsa da İrəvandan proseslərin sonunda sülhdən qaçmaq ənənəsinə "sadiq" qalacağı gözləniləndir. Lakin Ceyhun Bayramovun bir neçə gün əvvəl sülh sazişinin ilin sonundan daha tez imzalanması mümkünlüyünü bildirməsinin ardınca, oxşar optimist açıqlamanın İrəvandan da eşidilməsi danışıqlara olan marağı beynəlxalq arenada da bir xeyli artırıb.

Ermənistan parlamentinin sədri Alen Simonyan günlər öncə brifinqdə deyib ki, Vaşinqton danışıqlarından irəliləyiş gözləmək olar. Simonyan təmasların intensivliyinə diqqət çəkərək hər iki tərəfin təkliflərinin və müzakirələrinin nəticə verdiyini vurğulayıb.

Danışıqlarda irəliləyiş əldə olunacaqsa və tərəflər sülh sazişini imzalamağa yaxınlaşacaqlarsa, bu ya Vaşinqtonda, ya da Brüsseldə baş verməcəyini düşünmək olar. Çünkü etiraf etmək lazımdır ki, yekun sülh sazişi məsəsləsində Rusiya tərəfi çox da səmimi gpörünmür. Eyni sözü özünü ara-sıra "vasitəçi" kimi proseslərə pərçimləmək istəyən qatı ermənipərəst Emanuel Makronlu Fransaya da aid edə bilərik.

Hətta bölgədəki son proseslər, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi ilə bağlı danışıqlar prosesinə aid "Newsweek Rumıniya" nəşri də çox maraqlı qeydləer ilə diqqət mərkəzinə düşüb. "Newsweek Rumıniya" bölgədəki son proseslərlə bağlı təqdim etdiyi məqalədə bildirir ki, erməni separatçılarının son ümidi Makrondur.

"Fransa prezidenti Makron və Rusiyadakı dairələr Ermənistanı silahla təmin edir və bununla da separatçıların mövcud olduğu Qarabağ bölgəsində Bakı ilə sülh nizamlanmasının İrəvan əleyhdarlarını gücləndirir. Beləliklə, Makron revanşizm tərəfdarlarını gücləndirmiş olur", - deyə nəşr qeyd edib.

Nəşr onu da əlavə edib ki, Fransa da Rusiya kimi özünü "vasitəçi" kimi göstərir, lakin eyni zamanda münaqişə tərəflərindən birini (Ermənistana) silahla təmin edir".

Ümidi Parisə olan çıraqsız qalar. Makrona papış toxuyan Paşinyan anlamalıdır ki, bu onun siyasi fəaliyyətinin sonu ola bilər. Bəlkə də elə özünün. Çünkü sülhdən qaçmaqla xalqının taleyi ilə oynayan bir qrup siyasətçinin sonrakı aqibətinin necə olacağı hələ 44 günlük müharibədən sonra üçtərəfli bəyanatın ardından bütün Ermənistanı bürüyən iğtişaşlardan aydın idi. Həmin iğtişaşlarda indiki XİN başçısı A.Mirzoyanın gözünün altı qaralmışdısa, bu da tək qaralan gözlərinin altı yox, "dünyaları" ola bilər. Odur ki, cəsarətli, qətiyyətli ol, taleyini başqalarının ixtiyarına buraxma, Ermənistan hakimiyyəti!

Təhməz Əsədov TREND

Sumqayıtda əri tərəfindən öldürülən qadının anası açıqlama verdi   VİDEO like
  • 27 İyn 11:58  
Kriminal Sumqayıtda əri tərəfindən öldürülən qadının anası açıqlama verdi VİDEO

Məlumat verdiyimiz kimi, iyunun 26-da Sumqayıt şəhərində 1993-cü il təv�

arrow Ətraflı
Azərbaycanda KOB subyektlərinin sayı 45 faiz artıb like
  • 27 İyn 11:50  
Digərləri Azərbaycanda KOB subyektlərinin sayı 45 faiz artıb

2018-2021-ci illər üzrə KOB subyektlərinin sayı 45% artaraq 360 minə yaxı

arrow Ətraflı
“Teatra gedəndə biabır oluram”  VİDEO like
  • 27 İyn 11:46  
Şou-biznes “Teatra gedəndə biabır oluram” VİDEO

Aparıcı Elgiz Əkbər yuxu ilə bağlı problemindən söz açıb. 

arrow Ətraflı
Lerikdə evləri qəzalı olan sakinlər çadıra köçürülüb like
  • 27 İyn 11:30  
Digərləri Lerikdə evləri qəzalı olan sakinlər çadıra köçürülüb

Lerikdə evləri qəzalı vəziyyətə düşən sakinlər çadırlara köçürü

arrow Ətraflı
24 iyunda Rusiyanı buna inandırdıq  ABŞ like
  • 27 İyn 11:22  
Dünya 24 iyunda Rusiyanı buna inandırdıq ABŞ

İyunun 24-də ABŞ Rusiya hakimiyyəti ilə müxtəlif səviyyələrdə əlaqə

arrow Ətraflı
"44 günlük müharibədən yayınmaq olardı" like
  • 27 İyn 11:20  
Digərləri "44 günlük müharibədən yayınmaq olardı"

Ermənsitan baş naziri Nikol Paşinyan etiraf edib ki, 2020-ci ildə baş verə

arrow Ətraflı
Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə təsirləri olacaq? like
  • 27 İyn 11:12  
Digərləri Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə təsirləri olacaq?

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi

arrow Ətraflı
Pomidor yeyənlər daha çox yaşayır like
  • 27 İyn 11:10  
Digərləri Pomidor yeyənlər daha çox yaşayır

Pomidor bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edir, ür

arrow Ətraflı
Afra ona təhqir yazanları məhkəməyə verəcək like
  • 27 İyn 10:58  
Şou-biznes Afra ona təhqir yazanları məhkəməyə verəcək

"Yalı çapkını" serialının ulduzu Afra Saraçoğlu tərəf müqab

arrow Ətraflı
Qərb Putinin zəiflədiyini gördü, gizli plan işə düşdü like
  • 27 İyn 10:46  
Dünya Qərb Putinin zəiflədiyini gördü, gizli plan işə düşdü

Dünyada Rusiyanın "yeni ölçüyə" keçməsi ilə bağlı yekdil r�

arrow Ətraflı
Azərbaycanda toyda dayı bacısı oğlunu bıçaqladı like
  • 27 İyn 10:34  
Kriminal Azərbaycanda toyda dayı bacısı oğlunu bıçaqladı

Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Şahzadə Diananın məşhur sviteri müştərisini gözləyir  FOTO like
  • 27 İyn 10:22  
Dünya Şahzadə Diananın məşhur sviteri müştərisini gözləyir FOTO

Şahzadə Diananın illərdir itmiş hesab olunan sviteri hərraca çıxarılaca

arrow Ətraflı
Priqojinin təyyarəsi Belarusda eniş edib  FOTO like
  • 27 İyn 10:18  
Dünya Priqojinin təyyarəsi Belarusda eniş edib FOTO

"Vaqner" Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin t�

arrow Ətraflı
Azərbaycanda yüksək vəzifəli şəxs hoteldə öldü like
  • 27 İyn 10:10  
Digərləri Azərbaycanda yüksək vəzifəli şəxs hoteldə öldü

Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

arrow Ətraflı